Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dekada
Dekada (q.yun. δεκάς, δεκάδος — "onluq") — on tərkib hissəsi olan məcmu. Azərbaycan dilində daha çox "on günlük dövr" mənasında işlənir. Dekada həm də 10 illik dövrü əhatə edən zaman ölçüsü kimi işlənə bilər. Dekadalar adətən tarix, mədəniyyət və planlaşdırma da daxil olmaqla müxtəlif kontekstlərdə istifadə olunur ki, bu da müəyyən bir vaxt çərçivəsini qruplaşdırmaq üçün əlverişlidir.
Arkada
Arkada — tağla örtülən, təkrarlanan eyni oyuqların sırasıdır. Arkadanın qurulması üçün bir sıra ölçülər – oyuqların eni və hündürlüyü, divarın pəncərə və qapılar arasındakı hissəsi, o cümlədən divarın qalınlığı müəyyənləşdirilməlidir. Bütün deyilən ölçülər bir-birindən qarşılıqlı asılıdır. Roma memarlığının öyrənilməsi göstərir ki, Roma memarları müəyyənləşmiş münasibətlər hazırlamışlar. Oyuqların eni onun hündürlüyündən iki dəfə azdır, aralıq divarın eni oyuqların enindən iki dəfə azdır, divarın qalınlığı isə aralıq divarın enindən iki dəfə azdır. Başqa sözlə, oyuğun forması özünü düzbucaqlı kimi göstərir.
Dekabr
Dekabr — Qriqorian təqvimi ilə ilin on ikinci, sonuncu ayıdır. 31 gündən ibarətdir. Qış fəslinin birinci ayıdır. Dekabr sözünün mənası (lat. dekem - onuncu) deməkdir. Buna səbəb Roma İmperiyası dövründə ilin mart ayından hesablanması idi.
Dekart
Rene Dekart (fr. René Descartes; 31 mart 1596[…], Dekart[d], Turen[d], Fransa krallığı – 11 fevral 1650[…], Stokholm) — fransız filosofu və riyaziyyatçısı, fiziki və fizioloqu. Adı Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Riyaziyyatçı və filosof == Bir çoxları tərəfindən "Müasir fəlsəfənin banisi" və ya "Müasir riyaziyyatın atası" kimi qəbul olunur. Özündən sonra Qərb fəlsəfə və elmində yazılanların əksəriyyəti onun əsərlərinə bir reaksiya olaraq yazılmışdır. Müasir həndəsə və cəbrdə istifadə olunan Kartezian koordinat sistemi onun adı ilə bağlıdır. Dekart Qərb elmi inqilabının ən nüfuzlu simalarından biridir. Dekart XVII əsr rasionalizm fəlsəfi cərəyanın ilk və ən nüfuzlu nümayəndələrindən biridir. Sonralar Benedikt Spinoza və Qotfrid Leybnits kimi alim-filosoflarla güclənən bu cərəyan Tomas Hobbs, Con Lokk, Berkle və Hyumun tərəfdarı olduğu empirik fəlsəfi cərəyana qarşı idi. Qeyd etmək lazımdır ki, həm Spinoza, həm də Leybnits Dekart kimi həm də riyaziyyatçı idilər.
Deqadi
Deqadi — Azərbaycan Respublikasının Astara rayonunun Şuvi kənd inzibati ərazi dairəsində kənd. Deqadi Astara rayonunun Şüvi inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır. Tədqiqatçıların fikrincə, oykonim Talış dilindəki de (iki), qalkə (ev) və di (kənd) komponentlərindən düzəlib, "iki evli kənd" mənasındadır. Kəndin əsasını iki ailə qoyduğu üçün belə adlandırılmışdır. == Etimologiyası == Talış dilində de (dü) "iki" qa (kə) "ev" və dı "kənd" deməkdir. Degadi (Qoşakənd). == Yolları == 12 sentyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Deqadi-Pəlikəş avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Astara Rayon İcra Hakimiyyətinə 2 milyon manat ayrılmışdır.
Nevada
Nevada (ing. State of Nevada) — Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Karson şəhəridir.
Dekan
Dekan — təhsil və təlim fəaliyyətləri ilə məşğul olan hər bir fakültənin rəhbərliyindən məsul olan ən yüksək vəzifəli şəxsdir. == Səlahiyyətləri == Dekan, fakültənin və ona bağlı olan bölmələrin tədris qabiliyyətinin rasional istifadəsi və inkişaf etdirilməsindən, lazım olduqda təhlükəsizlik tədbirlərinin görülməsindən, tələbələrə lazımi sosial xidmətlərin göstərilməsindən, müntəzəm olaraq təhsil, təlim, elmi tədqiqat və nəşr fəaliyyətlərindən məsuldur. Bir-başa rektora tabedir.
10 dekabr
10 dekabr — Qriqorian təqvimində ilin 344-cü günü. (uzun ildə 345-ci) Bu tarixdə ilin sonuna 21 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 27 noyabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1817 — Missisipi ABŞ-nin 20-ci ştatı olub. === 1901–cari === 1901 — İlk "Nobel" mükafatı mərasimi Alfred Nobelin ölümünün beşinci ildönümündə Stokholmda keçirilib. 1948 — İnsan Hüquqları Konvensiyası Birləşmiş Millətlər Təşkilatı tərəfindən imzalanıb. 2017 — İraq Şam İslam Dövləti İraqda məğlub olub. === Azərbaycana aid hadisələr === 2002 — Bakıda Nizami metrostansiyasının açılışı olmuşdur. 2020 — İkinci Qarabağ Müharibəsində Azərbaycanın qələbəsi şərəfinə Bakıda hərbi parad keçirilmişdir.
11 dekabr
11 dekabr — Qriqorian təqvimində ilin 345-ci günü. (uzun ildə 346-cı) Bu tarixdə ilin sonuna 20 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 28 noyabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1816 — İndiana ABŞ-nin 19-ci ştatı olub. === 1901–cari === 1941 — İkinci Dünya müharibəsi: Pörl-Harbora hücumdan sonra amerikalıların Yaponiya imperiyasına müharibə elan etməsindən sonra Almaniya və İtaliya ABŞ-yə müharibə elan ediblər. ABŞ da öz növbəsində onlara müharibə elan edib. 1946 — Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım üzrə Beynəlxalq Fondu (UNICEF) təsis edilib. 1979 — Paraqvay milli futbol komandası Amerika Kubokunu qazanıb. 1997 — Kioto protokolu qəbul olunub. 2008 — Bernard Medoff həbs edilib və 50 milyard dollarlıq Ponzi sxemində qiymətli kağızlar fırıldaqçılığı ilə ittiham olunub.
12 dekabr
12 dekabr — Qriqorian təqvimində ilin 346-cı günü. (uzun ildə 347-ci) Bu tarixdə ilin sonuna 19 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 29 noyabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1787 — Pensilvaniya ABŞ-nin ikinci ştatı olub. === 1901–cari === 1963 — Keniya Böyük Britaniyadan müstəqilliyini elan edib. 2015 — BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasına aid Paris sazişi qəbul edildi. === Azərbaycana aid hadisələr === 1948 — Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Əfrasiyab Bədəlbəylinin "Nizami" operasının premyerası keçirilmişdir. 1988 — Spitak zəlzələsində yerli əhaliyə yаrdım göstərmək məqsədilə Azərbaycandan göndərilmiş İl-76 təyyаrəsi Ermənistanın Spitak rаyоnunun Quqark şəhərinin yаxınlığındа qəzaya uğramışdır. 1991 — Pakistan Azərbaycanın müstəqilliyini tanımışdır. 1994 — Azərbaycan və Kolumbiya arasında diplomatik əlaqələr qurulmuşdur.
13 dekabr
13 dekabr — Qriqorian təqvimində ilin 347-ci günü. (uzun ildə 348-ci) Bu tarixdə ilin sonuna 18 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 30 noyabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1642 — Abel Tasman Yeni Zelandiyanı görən ilk Avropalı olub. === 1901–cari === === Azərbaycana aid hadisələr === 1909 — Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəyovun "Şeyx Sənan" operasının premyerası keçirilmişdir.
14 dekabr
14 dekabr — Qriqorian təqvimində ilin 348-ci günü. (uzun ildə 349-cu) Bu tarixdə ilin sonuna 17 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 1 dekabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1819 — Alabama ABŞ-nin 22-ci ştatı olub. === 1901–cari === 1911 — Olav Byaland, Helmer Hanssen, Sverre Hassel və Oskar Vistinqdən ibarət Roald Amundsenin komandası Cənub qütbünə ilk səyahət edən şəxslər olmuşdur. 1939 — Qış Müharibəsi: Sovet İttifaqı Finlandiyanı işğal etdiyi üçün Millətlər İttifaqından qovulub. 2012 — Sendi Huk ibtidai məktəbində atışma: Konnektikut ştatının Sendi Huk kəndində silahlı şəxs də daxil olmaqla 28 nəfər öldürülüb. === Azərbaycana aid hadisələr === 1928 — Bakı Zooloji Parkı təsis edilib. 2015 — Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti təsis edilib. 2016 — Buta Airways təsis edilib.
15 dekabr
15 dekabr — Qriqorian təqvimində ilin 349-cu günü. (uzun ildə 350-ci) Bu tarixdə ilin sonuna 16 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 2 dekabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === === Azərbaycana aid hadisələr === 1993 — Qarabağ müharibəsi: Azərbaycan Silahlı Qüvvələri Ermənistan Silahlı Qüvvələrinə qarşı Kəlbəcər əməliyyatını keçirmişdir. 2007 — Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Firəngiz Əlizadənin "Qarabağnamə" operasının premyerası keçirilmişdir. 2012 — Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Elnarə Dadaşovanın "Sayalı" baletinin premyerası keçirilmişdir.
16 dekabr
16 dekabr — Qriqorian təqvimində ilin 350-ci günü. (uzun ildə 351-ci) Bu tarixdə ilin sonuna 15 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 3 dekabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1984 — Səudiyyə Ərəbistanı milli futbol komandası Asiya Kubokunu qazanıb. 1991 — Qazaxıstan Sovet İttifaqından müstəqilliyini elan etdi.
17 dekabr
17 dekabr — Qriqorian təqvimində ilin 351-ci günü. (uzun ildə 352-ci) Bu tarixdə ilin sonuna 14 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 4 dekabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 2010 — Məhəmməd Buəzizi özünü yandırır. Bu hərəkət Yasəmən inqilabı və daha geniş Ərəb baharı üçün katalizator oldu.
18 dekabr
18 dekabr — Qriqorian təqvimində ilin 352-ci günü. (uzun ildə 353-cü) Bu tarixdə ilin sonuna 13 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 5 dekabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1787 — Nyu-Cersi ABŞ-nin üçüncü ştatı olub. 1892 — Rusiyanın Sankt-Peterburq şəhərində Pyotr İliç Çaykovskinin "Şelkunçik" baletinin premyerası keçib. === 1901–cari === 1988 — Səudiyyə Ərəbistanı milli futbol komandası Asiya Kubokunu qazanıb.
19 dekabr
19 dekabr — Qriqorian təqvimində ilin 353-cü günü. (uzun ildə 354-cü) Bu tarixdə ilin sonuna 12 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 6 dekabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1154 — Vestminster abbatlığında II Henri Plantagenetin tacqoyma mərasimi keçirilib. === 1601–1900 === === 1901–cari === 1972 — Apollon proqramı: Cin Kernan, Ronald Evans və Harrison Şmitti daşıyan Apollon 17 Yerə qayıdıb. 2012 — Pak Kın He Cənubi Koreyanın ilk qadın prezidenti seçilib. === Azərbaycana aid hadisələr === 2007 Azərbaycan və Monako arasında diplomatik əlaqələr qurulmuşdur. "Baku" jurnalı ilk dəfə nəşr olunub.
1 dekabr
1 dekabr — Qriqorian təqvimində ilin 335-ci günü. (uzun ildə 336-cı) Bu tarixdə ilin sonuna 30 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 18 noyabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1918 — İslandiya suveren dövlət olur, lakin Danimarka krallığının bir hissəsi olaraq qalır. 1963 — Qana milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb. 2019 — Çinin Uhan şəhərində ilk dəfə COVID-19 qeydə alınıb. === Azərbaycana aid hadisələr === 1920 — Azərbaycan rəhbəri Nəriman Nərimanov Qarabağın Ermənistanın tərkibinə verilməsini elan edir. 1994 — Azərbaycan və Anqola arasında diplomatik əlaqələr qurulmuşdur. 2020 — Laçın rayonu Azərbaycana rəsmi olaraq geri qaytarılmışdır.
20 dekabr
20 dekabr — Qriqorian təqvimində ilin 354-cü günü. (uzun ildə 355-ci) Bu tarixdə ilin sonuna 11 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 7 dekabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1803 — Luiziananın satın alınması Nyu Orleanda keçirilən mərasimdə tamamlanıb. 1860 — Cənubi Karolina ABŞ-dən ayrılmağa cəhd edən ilk ştat olub. === 1901–cari === 1989 — ABŞ-nin Panamanı işğalı nəticəsində Manuel Noryeqa devirilib. 1999 — Makao Portuqaliya tərəfindən Çinə təhvil verilib. 2007 — II Yelizaveta I Viktoriyanı geridə qoyaraq Böyük Britaniya tarixində ən yaşlı monarx olub. === Azərbaycana aid hadisələr === 1991 — Litva Azərbaycanın müstəqilliyini tanımışdır. 1994 — Azərbaycan və Maldiv adaları arasında diplomatik əlaqələr qurulmuşdur.
21 dekabr
21 dekabr — Qriqorian təqvimində ilin 355-ci günü. (uzun ildə 356-cı) Bu tarixdə ilin sonuna 10 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 8 dekabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1937 — Dünyanın ilk tammetrajlı animasiya filmi olan "Ağbəniz və yeddi cırtdan" filminin premyerası Karthey Serkl teatrında keçirilib. 1965 — İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğvi haqqında Beynəlxalq Konvensiya qəbul edilib. 1995 — Betlehəm şəhəri İsraildən Fələstinin nəzarətinə keçib. 1996 — Səudiyyə Ərəbistanı milli futbol komandası Asiya Kubokunu qazanıb. === Azərbaycana aid hadisələr === 1991 — Əfqanıstan və Moldova Azərbaycanın müstəqilliyini tanımışdır.
22 dekabr
22 dekabr — Qriqorian təqvimində ilin 356-cı günü. (uzun ildə 357-ci) Bu tarixdə ilin sonuna 9 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 9 dekabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1894 — Dreyfus işi Fransada Alfred Dreyfusun haqsız yerə vətənə xəyanətdə mühakimə olunması ilə başlayıb. === 1901–cari === 1937 — Linkoln tuneli Nyu-Yorkda nəqliyyatın hərəkətinə açılıb. 1959 — Uruqvay milli futbol komandası Amerika Kubokunu qazanıb. === Azərbaycana aid hadisələr === 1994 — Azərbaycan və Honduras arasında diplomatik əlaqələr qurulmuşdur. 2009 — Sumqayıt Texnologiyalar Parkı açılışı olub.
23 dekabr
23 dekabr — Qriqorian təqvimində ilin 357-ci günü. (uzun ildə 358-ci) Bu tarixdə ilin sonuna 8 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 10 dekabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === === Azərbaycana aid hadisələr === 1991 — İsveçrə Azərbaycanın müstəqilliyini tanımışdır. 2005 — Nardaran qəsəbəsi yaxınlığında An-140 tipli sərnişin təyyarəsi qəzaya uğramışdır. 2006 — İsrafil Aşurlı Antarktidanın ən yüksək dağı olan Vinson massivinə çıxan ilk azərbaycanlı olmuşdur.
24 dekabr
24 dekabr — Qriqorian təqvimində ilin 358-ci günü. (uzun ildə 359-cu) Bu tarixdə ilin sonuna 7 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 11 dekabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1865 — Ku Kluks Klan Conatan Şank və Barri Ounbi tərəfindən təsis edilib. === 1901–cari === 1951 — Liviya müstəqil olmuşdur. I İdris Liviya kralı elan edilib. === Azərbaycana aid hadisələr === 1989 — "Azadlıq" qəzeti ilk dəfə nəşr olunub. 2008 Bakıda Ağ Şəhər layihəsinin təməlqoyma mərasimi baş tutmuşdur. Birinci Azərbaycan Antarktida ekspedisiyası baş tutmuşdur. == Doğumlar == === 1600-cü ildən əvvəl === E.ə.
25 dekabr
25 dekabr — Qriqorian təqvimində ilin 359-cu günü. (uzun ildə 360-cı) Bu tarixdə ilin sonuna 6 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 12 dekabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 336 — Romada Milad bayramının ilk sənədli əlaməti. === 1601–1900 === === 1901–cari === 1925 — Argentina milli futbol komandası Amerika Kubokunu qazanıb. 1991 — Mixail Qorbaçov Sovet İttifaqının prezidenti vəzifəsindən istefa verir (birlik özü ertəsi gün dağılır). Ukraynada referendum yekunlaşır və Ukrayna rəsmən Sovet İttifaqından çıxır. 2021 — Ceyms Uebb teleskopu orbitə buraxılıb. === Azərbaycana aid hadisələr === 1991 — İran və İsrail Azərbaycanın müstəqilliyini tanımışdır. 2000 — Azad Azərbaycan Televiziyası (ATV) təsis edilib.
28 dekabr
28 dekabr — Qriqorian təqvimində ilin 362-ci günü. (uzun ildə 363-cü) Bu tarixdə ilin sonuna 3 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 15 dekabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1846 — Ayova ABŞ-nin 29-cu ştatı olub. === 1901–cari === === Azərbaycana aid hadisələr === 1991 — Xorvatiya, İordaniya və Yaponiya Azərbaycanın müstəqilliyini tanımışdır. 1994 — Azərbaycan və Kamboca arasında diplomatik əlaqələr qurulmuşdur. 2010 — Azərbaycan və Toqo arasında diplomatik əlaqələr qurulmuşdur.