Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dabok
Dabok - Koreya döyüş sənətləri ilə məşğul olanların geydiyi formadır. Dabok sözündəki "da" – həqiqi insanın həyat yolu, "bok" – paltar deməkdir. Dabok cüdo kimi Yapon döyüş sənətlərində istifadə edilən Yapon (Keikogi|keikogi/dōgi) dilindən gəldi. Dabok bir çox rəngdədir, baxmayaraq ki, ağ və qara ən çox yayılmışdır. Dabokun əksi dabokun qalan hissəsindən fərqli rəngdə ola bilər. Onlar ənənəvi pambıqdan pambıq-polyester qarışıqlarına qədər müxtəlif materiallardan hazırlanır. Dabokun şalvar və qolları ənənəvi Yapon keikogi-dən daha geniş və uzundur. Buna görə praktikantlar tez-tez Koreya hanbokundan sonra modelləşdirilmiş dabok geyinirlər. Dünya Taekvondo Federasiyası üslublu taekvondo ilə məşğul olanların daboklarında adətən hanbokun dizaynına uyğun tikilmiş v-yaxalı gödəkçələr olur. Ənənəvi taekvondoçular keikogi ilə eyni və ya çox oxşar olan dabok geyinə bilər, önü çarpaz gödəkçə ilə, Beynəlxalq Taekvon-Do Federasiyası üslublu taekvondoçular isə adətən şaquli şəkildə bağlanan gödəkçənin ön hissəsi ilə daha yeni dizaynda geyinirlər.
Sergey Dyaçkov
Sergey Dyaçkov (28 mart 1982, Bakı) — Azərbaycanı təmsil edən üzgüçü. == Karyerası == Sergey Dyaçkov Azərbaycanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 100 metr məsafəyə sərbəst üsulla üzmə turnirinin təsnifat mərhələsində 58.26 saniyə nəticə göstərdi və 67-ci pillənin sahibi olub.
Yarok adası
Yarok adası — inzibati cəhətdən Yakutiya ərazisinə daxildir. Yana körfəzində, Yana çayının deltasında yerləşir. Uzunluğu 38 km, eni 26 km-dir. Şimal-şərqində Makar adası və Şelon adaları yerləşir. Qabarmanın hündürlüyü 2 metrdir. Cənubunda Çondon buxtası yerləşir. Adada çoxlu sayda göl vardır. Qışda adanın ətraf suları quzlarla örtülü olur.
Dracaena draco
Ədəm ağacı (lat. Dracaena draco) — drasena cinsinə aid bitki növü.
Byaco Antonaççi
Byaco Antonaççi (it. Biagio Antonacci; 9 noyabr 1963, Milan) — İtaliya müğənnisi. Artist ölkəsinin ən çox satılan musiqi sənətçilərindən biridir. == Həyatı == Byaco Antonaççi 9 noyabr 1963-cü ildə Milanda doğulub. O gənc yaşlarında baraban çalmağı öyrənməsinə baxmayaraq, geodeziya diplomu almaq üçün təhsil alır. 1988-ci ildə müğənni ilk dəfə 38-ci Sanremo Musiqi Festivalında "Voglio vivere in un attimo" mahnısı ilə iştirak edir. O, 1989-cu ildə debüt albomu olan "Sono cose che capitano" ilə bir səsyazma şirkəti ilə çalışmağa başlayır.
Draco fragrans
Ətirli drasena (lat. Dracaena fragrans) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin drasena cinsinə aid bitki növü. == Təbii yayılması == Afrikanın tropiklərində yayılıb. == Botaniki xarakteristikası == Hündürlüyü 150-250 sm-dir. Düz gövdəli bitki olub, qalın, oduncaqlaşmış, əsasən budaqlanan və yarpaqlarla sıx örtülmüş çoxillik bitkidir. Yarpağının uzunluğu 50 sm, eni 5 sm, kənarları ağ zolaqlıdır. Salxımşəkilli qoltuq çiçək qruplarına yığılmışdır; üstdən tünd-qırmızı, içərisi ağdır, xoşagəlməz qoxusu vardır. Meyvəsi narıncı giləmeyvədir. Uc qələmləri və uzunluğu təxminən 10 sm olan gövdənin hissələri ilə çoxaldılır. == Ekologiyası == Parlaq, düz günəş şüalarından qorunmalıdır.
Luici Di Byaco
Luici Di Byaco (3 iyun 1971, Roma) — italyan peşəkar futbol meneceri və keçmiş oyunçu. == Bioqrafiyası == Təəccüblüdür, amma "Roma" ilə (1995–1999) "İnter"in (1999–2003) hərəsinə dörd mövsüm verən Di Byaço onlarla əhəmiyyətli uğur əldə edə bilməyib. Buna baxmayaraq, həmin illərdə hər iki nəhəng onsuz da diqqət mərkəzində idi, Cicinin uğurlu oyunu isə onun İtaliya yığmasına dəvət alması ilə nəticələndi. 1998–2002-ci illər aralığında havbek 31 görüşdə "Skuadra Azzura"nın formasını geyindi, 2 qolun müəllifi oldu və komandanın 2000-ci il Avropa çempionatında ikinci yeri tutmasına kömək etdi. "İnter"dən sonra Di Byaço ötən ilin yayına qədər "Breşiya"da çıxış edirdi. O, məlum yaradıcı keyfiyyətləri ilə yanaşı "A" Seriyasının tarixində ən kobud futbolçu kimi tanınır. Luçinin kolleksiyasında 12 qırmızı vərəqə var. == 2006/07-ci illər mövsümü == Çempionatın ikinci dövrəsində yüksək liqada yerini qoruya bilməyən "Askoli"nin düşərgəsinə qatıldı. Meydana çox çıxmasa da (mərkəz müdafiəçisi mövqeyində oynayırdı), 7 oyunda 2 qol vurdu. == Nailiyyətləri == 2000-ci il Avropa çempionatının gümüş mükafatçısı.