Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Coser ehramı
Coser ehramı — pilləli ehram olub, günümüzədək gəlib çatan ən qədim daş tikilidir. Doqquz ən hündür ehramdan biri sayılır. Eramızdan əvvəl təqribən 2650-ci ildə memar və vəzir İmhotep tərəfindən Sakkarada məqbərə məqsədilə firon Coserin şərəfinə tikdirilmişdir. Ehram Coserin şərəfinə tikilsə də burada onun bütün ailə üzvləri -arvadları və uşaqları dəfn edilmişdir. == Tədqiqatı == Coser ehram kompleksi ilk dəfə 1821-ci ildə Prussiya baş konsulu Haynrix Menu Frayher fon Minutoli və italyan mühəndisi Cirolanio Seqato tərəfindən tədqiq edilmişdir. Bu zaman ehram kompleksinin giriş hissəsi aşkar edilmiş, həmin giriş hissəsində bir küncdə mumiya qalıqları: qızıla tutulmuş kəllə və ayaq pəncəsi tapılmışdır. Firona məxsusluğu təxmin edilən mumiya qalıqları fon Minutoli tərəfindən gəmi ilə Hamburqa aparılarkən gəminin batması nəticəsində itirilmişdir. 1837-ci ildə Con Şae Perrinq sonrakı dövrlərə aid olan məzarlıqları və ehram qalereyasını aşkar etmişdir. 1926-cı ildə Sesil M. Förs sistematik tədqiqatlar aparsa da onun ölümündən sonra bu iş yarımçıq qalır. Ceyms Edvard Kuibel bu işi davam etdirir, lakin o da 1935-ci ildə vəfat edir.
Sexemxet ehramı
== İstinadlar ==
Xaba ehramı
Xaba ehramı, Pilləli ehram (ərəb. الهرم المدور‎‎ - il-haram il-midawwar və ya "dairəvi ehram", bəzən onu "qatlı ehram" da adlandırılar) - Sakkara şəhərinin bir neçə mil aralıqda Qize istiqamətində yerləşir. Günümüzə demək olar ki, tam dağılmış şəkildə gəlib çatmışdır. Ehram haqqında ilk məlumatlara 1839 ildə ing. John Shae Perring malik olmuşdur. Eyni zamanda ehram Karl Rixard Lepsiusun ehramlar siyahısında XIV nömrədə öz əksini tapmışdır.
Xefren ehramı
Xefren ya da Xafra, Misirin paytaxtı Qahirədə, Giza bölgəsində yerləşən edən bir ehram. Ehramın hündürlüyü 143,5 metr, mailliyi 53,2 dərəcədir. Firon Kefrenin oğulu Mikerinos tərəfinən tikilməsi güman edilir. Ən əhəmiyyətli xüsusiyyəti onun ən üst hissəsindəki qoruyucu örtmələrinin pozulmadan günümüzə qədər gəlməsidir. Ən üstündəki daş 36 tondur və bu daşın ora necə qoyulduğu hələ də müəyyən edilməmişdir. Xeops ehramı ilə müqayisədə daha kiçik olmasına baxmayaraq yüksək bir zəminə oturdulduğundan daha böyük görünür. Ehramın alt qatında hökmdar və üst qatında isə hökmdarın arvadına məxsus otaq yerləşir.
Xeops Ehramı
Xeops ehramı — qədimdə "dünyanın yeddi möcüzəsi"ndən biri sayılırdı. Piramidaların daşları təxminən 2 ton ağırlığında olduğu hesab edilir və bu möhtəşəm piramidaları keçmişdə tikmək çətin olduğu üçün piramidaları "Dünyanın yeddi möcüzəsi"ndən biri kimi qələmə almışlar. Xeops ehramının tikintisinə hər biri 2,5 ton olan 2 300 000 ədəd daş sərf olunmuşdur. İlk piramida firon Coserə məxsus olmuşdur. Həmin piramidanın hündürlüyü 60 metr olmuşdur. Ən hündür piramida isə firon Xeopsa aid olmuşdur. Bu piramidanın hündürlüyü isə 147 metrdir. Herodotun verdiyi məlumata görə Xeops ehramı 20 ilə tikilmişdir. Ehramın tikintisinə firon yaşıyan zaman başlanılırdı. Ehramların ətrafında əyanlar dəfn olunurdular.
III Amenemhet ehramı
Əhkam
Əhkam — Məsuliyyət yaşı olaraq təyin olunan həddi-büluğa çatmış hər bir ağıllı müsəlmanın edə biləcəyi hərəkətlərlə bağlı dini etiket və ya təsnifatı ifadə edən termindir. Etiketlər 8-ə bölünür. Bu 8 sinifdən ilk 5-in edilməsi; son 3 hərəkət edilməməsi lazım olan hərəkətlərdir. Bu mövzuda işlədilən digər ifadələr arasında “əmr” ciddi şəkildə icra edilməsi əmr edilənlər üçün, “qadağan” isə qəti şəkildə edilməməsi tələb olunan hərəkətlər üçün işlədilir. Fiqhdə insan davranışı müxtəlif kateqoriyalara bölünür. Fərz (mütləq zərurəti ifadə edən əməl və ibadət), Vacib (zəruri, daha aşağı dərəcədə mükəlləfiyyət), sünnə, müstəhəb (bəyənilən əməllər), halal, məkruh (çirkin hesab edilən; çox çirkin, təhrimi məkruh, az çirkin, tənzihi məkruh) haram (qəti qadağandır). Bu hərəkətlərin klassik şəriət anlayışında maddi və ya mənəvi ekvivalentləri var. Fərz, vacib və sünnə sayılan əməlləri tərk etmək, məkruh və haram sayılan işləri yerinə yetirməyə görə cəzalar verilir (had və ya tazir cəzaları). Bu gün insanların bu təsnifat əsasında etiketlənməsi və cəzalandırılması fundamental insan hüquqlarının ciddi şəkildə pozulmasını kimi nəzərdə tutur. Fərz - Allahın Quranda açıq və aydın şəkildə ifadə etdiyi sözlərdir.