Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi
Milva Ekonomi
Milva Ekonomi (alb. Milva Ekonomi; 1962, Tirana) — Albaniya siyasətçisi, Albaniya sosialist partiyasının üzvü. 2016-cı ildən Albaniya iqtisadiyyat naziri. == Bioqrafiyası == Milva Ekonomi 1962-ci ildə Tiranada anadan olub. "Statistika və iqtisadiyyat" ixtisası üzrə Tirananın Kənd Təsərrüfatı universitetini bitirib. Tirana universitetində işgüzar inzibatçılıq üzrə magistr dərəcəsini alıb. 1994-dən 2005-ci ilədək Albaniyanın statistika institutunun direktoru idi. O, milli nomenaklatura komissiyasına başçılıq edib, iki müddət ərzində AİB/BMT Avropa Statistikləri Konfrans Bürosunun üzvü idi. 2006-cı ilin iyununda o, Tiranada iqtisadi və sosial məsələlər üzrə tədqiqat mərkəzini təsis etdi. O, 2007 və 2008-ci illərdə Kosovoda statistika layihəsi çərçivəsində yenidənqurma üzrə Avropa agentliyində işləyib.
Erqonomik klaviatura
Erqonomik klaviatura – klavişlərlə sürəkli iş zamanı əllər üçün zərərli nəticələrin heçə endirilməsini əsas götürərək layihələndirilmiş klaviatura. Klaviaturaların əksəriyyətində klavişlər yazı makinalarında olduğu kimi bir xətt boyunca yerləşir. Bu cür dizayn insan üçün rahatlıq düşüncəsinə deyil, yazı makinasının mexanikasının qoyduğu məhdudiyyətlərə əsaslanır; nəticədə əlləri çox zaman qeyri-təbii vəziyyətdə saxlamaq lazım gələr. Yazı makinalarının mexanikası ilə əlaqəli olan məhdudiyyətlərə əməl etmək zərurətindən azad olan çağdaş erqonomik klaviaturaların konstruktorları çox zaman hansısa əlavə imkanlar (məsələn, klavişlərin alternativ tərtibatı, ovuclar üçün dayaqlar və s.) nəzərdə tuturlar. Erqonomik klaviaturanın imkanlarının dəqiq diapozonu istehsalçıdan və konkret modeldən asılı olur. Belə modellərdən biri Microsoft Natural Keyboard klaviaturasıdır.
Kinesis ergonomik klaviaturası
Kinesis ergonomic keyboard ~ эргономичная клавиатура Kinesis ~ Kinesis ergonomik klavyesi ~ Kinesis ergonomik klaviaturası – işdə rahatlıq yaratmaq məqsədi ilə (məsələn, təkrarlanan rahat olmayan hərkətləri aradan qaldırmaqla) layihələndirilmiş klaviatura. Belə klaviaturanı proqramlaşdırmaq olar: əməliyyat sisteminin və ya tətbiqi proqramların imkanlarından istifadə etmədən klavişlərin təyinatını dəyişdirmək və onlara makros mənimsətməklə klaviaturanın öz yaddaşında saxlamaq olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == Contoured keyboard page on the Kinesis site. Jamie Zawinski on keyboards and other ways of dealing with wrist pain. An in-depth review.
Konstantin fon Ekonomo
Konstantin fon Ekonomo (21 avqust 1876, Breila — 21 oktyabr 1931, Vyana) — Yunanıstan mənşəli Avstriya nevroloqu. == Bioqrafiyası == Konstantin fon Ekonomo Rumıniyanın Breila şəhərində zəngin və zadəgan ailəsində anadan olmuşdur. Tezliklə ailəsi ilə birlikdə Avstriyanın Triest şəhərinə köçmüşdür. Onun uşaqlığını bu şəhərdə keçmişdir. 1893-cü ildə Vyana Politexnik Universitetinə daxil olmuş və mühəndislik fakultəsində təhsil almışdır. İki il sonra həkimliyi oxumağa başlamışdır. 1901-ci ildə Vyana Universitetinin tibbi fakultəsini bitirmişdir. 1900-cu ildən 1903-cü ilə qədər fizioloq Ziqmund Eksnerin assistenti olmuşdur. Münhendə Emil Krepelinadan dərs almışdır. 1906-cı ildən Vyanada psixiatriya kafedrasında Yulius Vaqner-Yaureqqin yanında assistent kimi çalışmışdır.