Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası (ing. the Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora, CITES) — 2010 iyulun 2-ə qara kürü ixracçıları, emalçıları və qablaşdırıcılarının siyahısına 4 Azərbaycan şirkətinin adı daxil edib. Azərbaycanda qanuni olaraq nərə balıqlarının tutulması ilə üç şirkət – "Xəzərbalıq", "Lənkəran Balıq Kombinatı" və "Neftçala Balıq Kombinati" məşğul olur. Sonuncu iki şirkət "Caspian Fish Co. Azerbaijan"ın (Britaniya) nəzarəti altında işləyir. Qara kürünün emalı və ixracı hüququ "Caspian Fish Co. Azerbaijan"a məxsusdur. Siyahıya, həmçinin, "KASPI" və "AB Siyazan Fish" şirkətləri daxil edilib. Onlar, demək olar ki, qara kürü biznesindən kənarlaşıblar. Xəzər dənizinin bioloji su resursları üzrə komissiya iyunda nərə balıqlarının tutulması və onların kürüsünün yığılmasına kvota qoyub.
Akuku Danger
Akuku Danger — 130 dəfə evlənən və 210 uşağı olan keniyalı == Həyatı == Danger ilk dəfə 1939-cu ildə ailə qurub. 130 dəfə evlənən mərhum 30 dəfə boşanıb. Bu rəqəmlərlə həm də "Ginnesin rekordlar kitabı"na düşən Danger sonuncu dəfə 1997-ci ildə 79 yaşında 18 yaşlı bir qızla evlənib. Övladlarından yalnız 40-ın məxsus olduqları Luo qəbiləsinin qanunları ilə qeydə alınıb. Digər uşaqların adları isə heç bir yerdə qeyd olunmayıb. 1970-ci ildə onun tikdirdiyi 2 orta məktəbdə yalnız öz uşaqları təhsil alırdı. Evlənməkdən doymayan Danger Akuku ölməmişdən bir gün əvvəl nəvələrini başına yığaraq onlara cavanlığından danışıb: "Həmişə cavan və gülərüz olmuşam, heç bir qadın mənim cazibəm qarşısında cavabsız qala bilmirdi. Həmişə istədiyimi ağılla etmişəm, ona görə də xoşbəxtəm". 130 dəfə evlənən və 210 uşağı olan Akuku Danger 2010-cu ildə 92 yaşında dünyasını dəyişib.
Prix Femina Etranger
Femina — Fransanın Ədəbiyyat üzrə nüfuzlu mükafatı.
Danger Close Games
DICE Los Angeles (əvvəllər DreamWorks Interactive L.L.C., EA Los Angeles və Danger Close Games) — ABŞ videooyun istehsalı şirkəti. "DICE Los Angeles" 1995-ci ilin aprel ayında "DreamWorks" və "Microsoft" şirkətləri tərəfindən təsis edilmişdir və 2013-cü ildən bəri "EA DICE" şirkətinin diviziyasıdır. 2000-ci ildə "Electronic Arts" studiyanı satın almış və onun adını "EA Los Angeles", daha sonra isə 2010-cu ildə "Danger Close Games" olaraq dəyişmişdir. 2013-cü ildə studiya baş ofisi İsveçdə yerləşən "EA DICE" şirkətinin bir diviziyası olmuş və "DICE Los Angeles" adını almışdır. Şirkət başlıca olaraq yaratdığı "Medal of Honor" və "Command & Conquer" videooyun seriyalarına görə tanınır. == Tarix == === DreamWorks Interactive (1995–2000) === "DreamWorks Interactive" şirkətinin təsis ediləcəyi 22 mart 1995-ci ildə açıqlanmışdır. 3 aprel 1995-ci ildə fəaliyyətə başlayan şirkət "DreamWorks" və "Microsoft" şirkətlərinin birgə idarə etdiyi bir müəssisə idi. Studiyaya rejissor Stiven Spilberq rəhbərlik edirdi. Spilberqin dövründə studiya çoxlu lisenziyalı videooyun buraxmışdır. "Los Angeles Times" qəzetinin redaktoru Lezli Helmin dediyinə görə, şirkətin istehsal etdiyi ilk videooyunlar olduqca müvəffəqiyyətsiz idi.
Cozef Erlanqer
Cozef Erlanqer (5 yanvar 1874[…], San-Fransisko, Kaliforniya – 5 dekabr 1965[…], Sent-Luis, Missuri) — Amerika fizioloqu, elektrofiziologiyanın banilərindən biri. Nobel mükafatı laureatı. Əsas əsərləri sinir hüceyrələrində və liflərində bioelektrik hadisələrinin öyrənilməsinə həsr edilmişdir. Birinci olaraq katod osilloqrafından istifadə etmiş və onun qeydiyyatı üçün orijinal metod işləyib hazırlamışdır. Arterial təzyiqin və ürəkdə qan dövranının qansız qeyd olunması üsulunu tətbiq etməklə ürək-damar fiziologiyasına mühüm töhfələr vermişdir. Ürək blokadasının mahiyyətini öyrənmişdir.