Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Exploration Flight Test 1
Exploration Flight Test 1 (azərb. Kəşfiyyat Uçuş Testi 1‎) — Amerikanın çox missiyalı və qismən təkrar istifadə edilə bilən Orion kosmik gəmisinin ilk ekipajsız sınaq buraxılışıdır. Buraxılış 2014-cü il dekabrın 5-də, UTC vaxtı ilə 12:05-də (7:05 EST) Kanaveral burnunda Launch Complex SLC-37 -dən Delta IV Heavy daşıyıcı raketdən istifadə edilərək baş tutdu. Missiyanın müddəti 4 saat 24 dəqiqə idi, bu müddət ərzində gəmi növbə ilə iki fərqli orbitə çıxarıldı və son mərhələdə Kaliforniya sahillərində Sakit Okeana eniş etdi. Qayıdanda cihazın maksimal sürəti 8900 m/s olub. Proqram Apollon proqramı üçün 1960-cı illərdəki inkişaflara əsaslanır .