Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gecəgörmə cihazı
Gecəgörmə cihazı — obyektləri onların məxsusi və ya əks etdirdiyi istilik (infraqırmızı – İQ) şüalanmasına görə qaranlıqda, yaxud zəif işıqlandırılmış şəraitdə tapmaq və müşahidə etmək üçün cihaz. İş prinsipi obyektin İQ şüalardakı təsvirinin görünən təsvirə çevrilməsinə əsaslanır. Gecəgörmə cihazlarının əsasını İQ şüaların qəbuledicisi, gücləndirici və təsvirin vizuallaşdırılma qurğusu funksiyalarını yerinə yetirən fotoelektron cihaz təşkil edir. Mənbədən (işıqlanan gecə səması, ulduzlar, ay və s.) gələn şüalar obyektdən əks olunaraq gecəgörmə cihazının obyektivinə düşür və obyektin gözlə görünməyən təsvirini ("portretini") yaradır; bu "portret" qəbuledicidə görünən təsvirə çevrilir. Passiv (təbii gecə işığında işləyir) və aktiv (adətən, İQ diapazona yaxın işıqlandırma ilə işləyir) gecəgörmə cihazları olur. Elektron-optik çevirici və ya onun analoqu – fotohəssas inteqral sxem əsasında hazırlanan gecəgörmə cihazları daha geniş yayılmışdır. Konstruktiv cəhətdən gecəgörmə cihazları monokl, binokl, müxtəlif silahların nişangahı, eynəklər, həmçinin fotokamera və videokamera şəklində hazırlanır; enerji mənbəyi kimi akkumulyatorlar işlədilir. Bütün gecəgörmə cihazları tozdan və nəmdən qoruyan hermetik zərbəyədavamlı gövdəyə malikdir. Gecəgörmə cihazları, əsasən, hərbi və kəşfiyyat aparatlarında, həmçinin ov, xilasetmə əməliyyatları, gecə foto və video çəkilişləri, görünmə dərəcəsi aşağı olan şəraitlərdə gəmi və avtomobillərin idarə olunması zamanı tətbiq edilir.
Öncəgörmə
Öncəgörmə beş hiss orqanının (paranormal) köməyi olmadan canlı və cansız cisim və hadisələrin aşkarlanmasına verilən addır.
Öncəgörmə (film, 1993)
Öncəgörmə (rus. Предсказание) — rejissor Eldar Ryazanovun 1993-cü ildə Rusiya və Fransanın birgə istehsalı ilə lentə aldığı film. == Məzmun == Hadisələr 1990-cı illərin əvvəlində Moskvada cərəyan edir. Qaraçı qadın orta yaşlı yazıçının taleyi ilə bağlı öz öncəgörmələrini deyir: onu gözlənilməz görüş, böyük sevgi və tələsik ölüm gözləyir. Öncəgörmə həyata keçməyə başlayır: qəhrəman öz gəncliyi ilə qarşılaşır və əsl məhəbbətini tapır. Həyatının sonuncu günlərini yaşayaraq öz keçmişini canlandırır və yenidən mövcud olmağının itirilmiş mənasını əldə edir. == Film haqqında == Film Eldar Ryazanovun eyniadlı povesti əsasında ekranlaşdırılmışdır. bu povest ilk dəfə 1992-ci ildə "Gənclik" jurnalının birinci və ikinci nömrəsində dərc edilmişdi. Əsas qəhrəman Oleq Vladimiroviç Qoryunov rejissorun özünün prototipidir. Filmin premyerası məşhur "Kino Evi"ndə keçmişdir.