Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gündəlik
Gündəlik və ya günlük — bir şəxsin və ya kollektivin həyatında baş verən hadisələri günbəgün əks etdirən yazı kitabçası, xatirə dəftəri. Xatirə ədəbiyyatından fərqli olaraq, gündəlikdə dəqiq tarix göstərilir. İlk dəfə XVII əsrdə İngiltərədə geniş yayılmışdır. == Haqqında == Gündəliklər tarixi, tarixi-bioqrafik və ya tarixi-mədəni, bədii sənəd kimi mühüm əhəmiyyətə malikdir (Ceyms Kukun elmi gündəliyi, Vilhelm Karloviç Küxelbekerin lisey gündəliyi, Valter Skott, Stendal, Taras Şevçenko, Lev Nikolayeviç Tolstoy və başqalarının gündəlikləri). Qəhrəmanın gündəliyi şəklində yazılmış bədii əsərlər də var. Belə əsərlərdə qəhrəmanın həyatı ilə bağlı ən mühüm hadisələr, onun daxili aləmi, düşüncələri, hiss və həyəcanları birnci şəxsin dilindən nəql edilir. Məsələn, İvan Turgenevin "Artıq adamın gündəliyi", Mixail Saltıkov-Şedrinin "Ucqardan gəlmiş adamın Peterburq gündəliyi", Mixail Yuryeviç Lermontovun "Zəmanəmizin qəhrəmanı" povestində "Peçorinin jurnalı", Rəşad Nuri Güntəkinin "Çalıquşu" romanında Fəridənin gündəliyi və s. Azərbaycan yazıçılarından Mehdi Hüseyn, Əziz Şərif və başqalarının gündəlikləri çap olunmuşdur. Keçən əsrdə bir çox siyasi və sosial sarsıntılara məruz qalan xalqların ədəbiyyat tarixlərinin tam mənzərəsinin yaradılmasında gündəliklərin rolu böyükdür. Bu səbəbdən də, bu gün ictimaiyyətə təqdim edilən yazıçı gündəlikləri çox əhəmiyyətlidir.
Girdəni
Girdəni — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 5014 nəfərdir. == Toponimiyası == Keçmiş adı Rəzi Girdəni olmuşdur. Rəzi talış dilində "tənəklik, üzümlük" deməkdir. Oykonim talış dilində Qırdəni şəklində tələffüz edilir. Bəzi tədqiqatçılar kəndin adını qırdə (yığılmış, yığcam) sözündən və -ni (-ma, -mə inkarlıq ədatı) şəkilçisindən ibarət "evləri dağınıq, pərakəndə kənd" kimi izah edirlər. Lakin Azərbaycan toponimiyasında girdə coğrafi termin kimi dairəvi relyef formasında olan hündürlüklərə deyilir. -ni şəkilçisi -li (mənsubluq bildirir) şəkilçisinin yerli tələffüz formasıdır. Rayonun ərazisində eyniadlı çay da var.
Onlayn gündəlik
Onlayn gündəlik və ya veb-gündəlik — ümumdünya hörümçək torunda şəxsi veb-saytda və ya gündəlik-hostinq saytında dərc olunan şəxsi gündəlik və ya jurnal. == Tarixi == Onlayn gündəliklər ilkin internet səhifələrində iştirak edən insanların şəxsi profillərini əks etdirən "24 saat kiberməkanda" (1996) kitabının nəşri ilə tezliklə medianın diqqətini çəkmişdir. Onlayn gündəliklərin ən erkən kitab uzunluğunda elmi müzakirəsi Filipp Lejennin "Əziz ekran" (fr. Cher écran) əsəridir. == İcmanın formalaşması == Gündəlik yazanlar (bəzən eskriptisionistlər də adlanır) bir-birindən öyrənməyə başladığı zaman müxtəlif gündəlikləri və jurnalları birləşdirmək üçün bir neçə veb-üzüklər meydana gəlmişdir. Onlardan ən populyarı 1996-cı ilin iyulunda başlayan və 20 oktyabr 1998-ci il tarixinə 537 üzvü olan "Open Pages" idi. "Diarist.net" adlı icma veb-saytı yaradılmışdır və 1999–2004-cü illərdə rüblük olaraq "The Diarist Awards" mükafatına layiq görülmüşdür. Mövzuya görə gündəliklərin və jurnalların bir sıra siyahıları var idi. "Burbs" adlanan bu siyahılar insanlara bir-biri ilə müəyyən əlaqəsi olan saytları tapmağa imkan verirdi. 1998-ci ilin oktyabrında "Open Diary"nin işə salınması onlayn gündəliklərin icma olaraq birlikdə yerləşdirilə biləcəyi ilk veb-saytı təmin etmişdir.
Girdəni aşırımı
Girdəni aşırımı – Ordubad rayonu ərazisində dağ aşırımı (hünd. 2560,2 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Yağlıdərə yüksəkliyindən (3835,9 m) ayrılan Girdəni qolunun suayırıcısında gəzdək. Urmis kəndindən 2 km-dək cənub-cənub-şərqdədir. Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarının aşınması nəticəsində əmələ gəlmişdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb kənarında, Kilit-Kotam qalxımının mərkəzi strukturu olan Kilit-Ağrıdağ antiklinalının maili şimal-şərq qanadında yerləşir və şimal-qərb istiqamətli əks-fay qırılma pozulması ilə kəsilmişdir.
Girdəni bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Rəzi Girdəni
Girdəni — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 5014 nəfərdir. == Toponimiyası == Keçmiş adı Rəzi Girdəni olmuşdur. Rəzi talış dilində "tənəklik, üzümlük" deməkdir. Oykonim talış dilində Qırdəni şəklində tələffüz edilir. Bəzi tədqiqatçılar kəndin adını qırdə (yığılmış, yığcam) sözündən və -ni (-ma, -mə inkarlıq ədatı) şəkilçisindən ibarət "evləri dağınıq, pərakəndə kənd" kimi izah edirlər. Lakin Azərbaycan toponimiyasında girdə coğrafi termin kimi dairəvi relyef formasında olan hündürlüklərə deyilir. -ni şəkilçisi -li (mənsubluq bildirir) şəkilçisinin yerli tələffüz formasıdır. Rayonun ərazisində eyniadlı çay da var.
Gündəlik (qısametrajlı film)
Gündəlik, Ceki Çan tərəfindən yazılmış, qurulan və rejissor Noah Centineo, Martina Ştossel, Ceysi Çan, Kevin Klayn və Andy Lau, yaxınlaşan Çin dövrü dram filmidir. == Tökmə == Noah Centineo Tini Stoessel Kevin Kline Andy Lau Jaycee Chan == İstehsal == 19 İyul 2018 tarixində, filmin bükülmüş olduğu təsdiqləndi.
Gündəlik Azərbaycan (qəzet)
Gündəlik Azərbaycan — Gündəlik ictimai-siyasi qəzet. 2005-ci ilin avqust ayında təsis edilmiş, 2007-ci ilin mayında çapını dayandırmışdır. Təsisçi və baş redaktoru Eynulla Fətullayev, Şef redaktoru Şahvələd Çobanoğlu idi. == Haqqında == ”Gündəlik Azərbaycan” qəzeti 2005-ci ilin avqust ayında təsis edilib. Qəzet 2007-ci ilin may ayınadək nəşr olunub. Səs-küylü məqalələri ilə yadda qalan, qanqster Hacı Məmmədovun heç yerdə dərc olunmayan şəkillərini verən “Gündəlik Azərbaycan” bir sıra dairələri əməlli-başlı silkələyə bilmişdi. 2007-ci ilin mayında təsisçi və baş redaktor Eynulla Fətullayevin həbsi ilə “Gündəlik Azərbaycan”ın da nəşri dayandı.
Dərə Girdələ (Bükan)
Dərə Girdələ (fars. داره گردله‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 140 nəfər yaşayır (26 ailə).
Gecikmiş gündəlik (film, 1986)
Dəniz neftçilərinin gündəlik işləri (film, 1965)
Qurdərik-i Süfla (Xoy)
Qurdərik-i Süfla (fars. قوردريك سفلي‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Qurdərik-i Ülya (Xoy)
Qurdərik-i Ülya (fars. قوردريك عليا‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.