Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Entoni Giddens
Entoni Giddens, baron Giddens (ing. Anthony Giddens, Baron Giddens; 18 yanvar 1940 və ya 18 yanvar 1938, London) — ingilis sosioloqu. Lester Universiteti və Kembric Universitetində işləmiş; London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin direktoru olmuş (1997-2003), hazırda fəxri professordur. Asturiya Şahzadəsi mükafatı laureatı (2002, sosial elmlər). Giddens müasir dövrün ən mühüm sosioloqlardan biri hesab olunur və 29 dildə nəşr olunmuş 34 kitabın müəllifidir. 2007-ci ildə Giddens humanitar elmlər üzrə ən çox istinad edilən alimlər siyahısında beşinci yeri tutdu . Strukturlaşdırma nəzəriyyəsi və müasir cəmiyyətlərin vahid orijinal konsepsiyası ilə tanınır. Giddensin elmi fəaliyyətini üç dövrə bölmək olar. Birincisi, klassiklərin tənqidi anlayışına əsaslanan, əsasən nəzəriyyə və metodologiya sahəsində sosiologiyaya yeni baxışın yaradılması ilə xarakterizə olunur. Bu dövrün əsas əsərləri "Kapitalizm və Müasir Sosial Nəzəriyyə" (1971) və "Sosioloji Metodun Yeni Qaydaları"dır (1976).
Patrik Geddes
Patrik Geddes (2 oktyabr 1854[…], Ballater[d], Aberdinşir[d] – 17 aprel 1932[…], Monpelye) – şotland bioloq, şəhərsalma nəzəriyyəçisi, memar, sosioloq. Biologiyanı Londonda Hekslidən öyrənmiş, 1880–1919-cu illərdə Dandi universitetində botanikadan dərs demişdir. Edinburqda sosial problemləri öyrənən yay məktəbində işləmişdir. "Ramzey-hardens kooperativ yaşayış evi", Edinburq universitetinin "Ramzeyloc" özünüidarə zalı onun layihəsi əsasında inşa olunmuşdur. 1910-cu ildə Londonda ilk beynəlxalq şəhərsalma konfransını təşkil etmişdir. Londonda o, Şəhərsalma insitutunun yaradıcılarından biridir.
Barbara Bel Geddes
Barbara Bel Geddes (31 oktyabr 1922[…], Nyu-York, Nyu-York ştatı – 8 avqust 2005[…], Nortist-Harbor[d]) — keçmiş ABŞ aktrisası, sənətçisi və yazıçısı.
Qodəsə
Qodəsə — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Günəhir kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qodəsə kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Qoness
Qoness (fr. Gonesse) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — Qoness. Əhalisi — 26.152 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 16 km şimal-qərbdə, Serji belediyyənin 29 km qərbdə yerləşir.
Gördəst xalçaları
Gördəst xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. Təbriz xalçaçılıq məktəbi Azərbaycanın ən qədim və məşhur xalçaçılıq məktəbidir, Təbriz, Ərdəbil, Marağa, Mərənd, Maku, Xoy, Urmiya, Zəncan, Qərəcə, Heris, Sərab, Əhmədabad, Miriş, Əhər, Salmas, Görəvan, Sennə, Qaradağ və başqa xalça məntəqələrini əhatə edir. Bu ərazidə yaşamış türk dilli tayfalar hələ qədimdən xalçaçılığın yaranması və inkişafında mühüm rol oynamış, müxtəlif dövrlərdə Iran xalça sənətinin təşəkkülünə ciddi təsir göstərmişlər. Orta əsrlərdə Şərqin ən mühüm ticarət mərkəzlərindən və zəngin şəhərlərindən olan eləcə də Avropa ilə ticarət əlaqələri xalçaçılıq sənətinin sürətli inkişafına səbəb olmuşdur. == Təbriz xalçaçılıq sənəti == Təbriz xalçaçılıq sənətinin çiçəklənmə dövrü XII–XVI əsrlərə aiddir. Təbriz məktəbinin XVI əsr qızıl dövrünün 200-ə qədər şah əsəri miniatür rəssamlıq sənəti ilə toxuculuğun harmonik birləşməsi, peşəkar rəssam və xalçaçıların yüksək ustalığı ilə səciyyələnir. Həmin şəhər dekorativ-tətbiqi sənətin zəngin ənənələrinin inkişafında mühüm rol oynamışdır. Təbriz xalçaları arasında saray üçün toxunan iri xalılar daha məşhur olub. Sərdabələri, məqbərələri bəzəmək üçün böyük ölçüdə xalçalar toxunub. Hətta xalçaların toxunmasında ipəkdən, bahalı daş-qaşdan da istifadə olunub.
Qeddes adası
Qeddes adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. == Yerləşməsi == Arxipelaqın mərkəzində, Vanderbilt boğazı akvatoriyasında, La-Ronser adası ilə Vilçek Torpağı adası arasında yerləşir. == Təsviri == Ada dairəvi formaya malikdir. Diametri 1 km-dir. Yayda buzdan azad olur. Qeddes adası şotland alimi ser Patrik Geddesin şərəfinə adlandırılmışdır. Sinqlerin ekspedisiyası adanı ilk dəfə görərkən səhvənbirinci dəfə kəşf etdiklərini zənn edərək onu amerika geoloqu Ferdinand qaydenin şərəfinə adlandırmışlar.
Qarj-le-Qoness
Qarj-le-Qoness (fr. Garges-lès-Gonesse) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel. Əhalisi — 40 058 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 14 km şimalda, Serji belediyyənin 27 km şərqdə yerləşir.
Sen-Qodens (rayon)
Sen-Qodens (fr. Saint-Gaudens) — Fransanın Cənub-Pireney regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Yuxarı Qaronna. Suprefektura — Sen-Qodens. Rayon əhalisi 2006-cı ildə 75 209 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 35 nəf / km². Rayon sahəsi — 2140 km².