Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Groove metal
Qruv-metal (ing. groove metal), heavy metaldan yaranmış bir tərzdir. Groove metal, thrash metalın səs xüsusiyyətlərini də daşıyır, orta temp və sürətli temp ilə ifa olunur. Bu üslubun yaradıcıları Pantera və Exhorder qrupları qeyd edilir. == Yaranışı və tarixi == Pantera qrupunun 1990-cı ildə çıxmış "Cowboys from Hell" adlı albomu groove metalın yaranışı deyilir. Həmiçinin həmin ildə Sepulturanın da, "Chaos A. D." adlı albomu bu yaranışa aid edilir. === Əsas qruplar === Groove metal üslubun da ifa edən məşhur qruplar Pantera, Lamb of God, Sepultura, Soulfly, Cavalera Conspiracy, Gojira, Throwdown və Machine Head qrupu.
Logan Grove
Qambolun heyrətamiz dünyası (ing. The Amazing World of Gumball) — Ben Bokle(en) tərəfindən yaradılmış cizgi serialı. Serialda Kaliforniyanın uydurma şəhəri Elmorda yaşayan 12 yaşlı insanabənzər mavi pişik Qambol Uotterson və ögey qardaşı qızıl balıq Darvin Uottersonun sərgüzəştlərindən bəhs olunur. Serial 3 may 2011-ci ildən etibarən Cartoon Network telekanalında yayımlanır. Serialın yaradıcısı Ben Bokle yeni televiziya şousu hazırlamaq istəyirdi. Beləliklə o, ailə və məktəbdə keçən əyləncəli cizgi serialı ideyasını Cartoon Network telekanalına təqdim etdi. Onlar bu ideyanı çox bəyəndilər və layihə üzərində işləməyə başladılar. Cizgi serial "Cartoon Network Studios Europe(en)", "Boulder Media(en)" və "Studio Soi" animasiya studiyalarının iştirakı ilə hazırlandı. Cizgi serial müxtəlif animasiya üslublarından istifadə edilərək hazırlanmışdır. Səhnələrin əksəriyyəti kuklalar, kompüter animasiyası, stop-motion, real kadrlar və s.
Grove.io
Grove.io və ya əvvəlki adı ilə Convore — real vaxt rejimində çat veb proqramı. Erik Florenzano, Liya Kalver və Erik Maquayr tərəfindən yaradılmışdır. "PC World" proqram haqqında qeyd etmişdir ki, "bu, saysız-hesabsız mövzular üçün bir xəbər məcmuəsi, eləcə də sual/cavab forumu kimi işləyir". "MIT Technology Review"a görə, o, "özünün yeni saytlarının əksəriyyətində çatışmayan cila və həssaslığa" sahib idi. 2016-cı ilin oktyabr ayında "Grove.io" bağlandıqlarını açıqlamışdır. Onlar istifadəçilərə "Slack"i əvəzedici kimi istifadə etməyi tövsiyə görmüşdür.
Gromee
Andjey Qromala (pol. Andrzej Gromala; d. 14 dekabr 1978, Krakov, Polşa) və ya səhnə adı ilə Gromee — Polşa DJ-i, prodüseri və bəstəkarı. O Kingztown Music albom şirkətinin rəhbəridir. 2016-cı ildə Gromee Sony Music şirkəti ilə anlaşma imzalamışdır. 2017-ci ildə o Polşanın Eska Music Awards mükafatlandırma mərasimində "Ən yaxşı DJ/prodüser" kateqoriyasında mükafata layiq görülmüşdür. Gromee Lukas Meyer ilə birlikdə "Light Me Up" mahnısı ilə Polşanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Find a Grave
Find a Grave (azərb. "Məzar tap"‎) — məşhur adamların məzarları haqqında məlumatların toplandığı ən böyük veb-sayt və məlumat bazası. Sayt 1995-ci ildə Solt-Leyk-Siti sakini Cim Tipton tərəfindən məşhur adamların dəfn olunduğu yerlər haqqında ümumi bir məlumat bazası olmaması problemini aradan qaldırmaq məqsədi ilə yaradılıb. Sayt sürətlə böyümüş və 2015-ci ilin fevral ayına olan məlumatlara görə burada artıq 121 milyon qeyd toplanmışdır. Şəxs haqqında fərdi səhifədə onun doğum və ölüm tarixi, bioqrafik məlumatlar, dəfn olunduğu qəbiristanlığın adı, sahənin nömrəsi və şəxsin özünün, eləcə də məzarının fotosu yer alır.
Rove burnu
Rove burnu — Antarktidanın Cənubi Şetland adalarının Livinqston adasının Barkley körfəzi sahillərindən cənub-şərqdə yerləşən burundur. Burun buzlaqlardan azaddır. Burun 1821–22-ci illərdə Yeni Plimutdan Livinqston adasına doğru hərəkətə başlayan, dənizçilərdən ibarət Qreys gəmisinin kapitanı olan Henri Rovenin adını daşıyır. == Yerləşməsi == Burun Nedelya burnundan 4.6 km şimal-şərqdə, Bilyar burnundan 3 km şimal-şərqdə, Esseks burnundan 14.64 km cənub-şərqdə, Şirreff burnundan 15.93 km cənub-qərbdə yerləşmişdir. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L. L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005. L. L. Ivanov.
Grave of the Fireflies
Grave of the Fireflies və ya Yaponiyada tanınan adı ilə Hotaru no Haka (火垂るの墓, azərb. Atəşböcəklərinin məzarı‎) – İsao Takahatanın rejissorluğu və ssenaristliyi ilə 1988-ci ildə çəkilən anime filmi. Film anime studiyası Studio Ghibli-nin məhsuludur. Anime filmi Akiyuki Nosakanın eyni adlı romanının motivləri əsasında çəkilmişdir. Belə ki Akiyuki Nosaka bu romanı İkinci dünya müharibəsi zamanı aclıqdan ölmüş bacısının həyat hekayəsini ondan üzr istəmək niyyəti ilə qələmə almışdır. Anime filmi kinotənqidçilər tərəfindən müsbət rəy almışdır və müharibə mövzusunda çəkilmiş ən təsiredici filmlərdən sayılır. Rocer Ebert filmi indiyə kimi ən güclü antimüharibə mövzusunda çəkilmiş dram filmlərindən biri olduğunu bildirib və 2000-ci ildə özünün "Great Movies" adlı film listinə daxil etmişdir. == Məzmun == Hadisələr İkinci dünya müharibəsinin sonlarına yaxın Yaponiyada baş verir.Film iki uşağın — 14 yaşlı Seita və 4 yaşlı Setsukonun həyatından bəhs edir. Film Seytanın 21 sentyabr 1945-ci ildə Sannomiya stansiyasında, qaranlıqda bir küncdə ölməsi ilə başlayır. Cəsədin ölüb-ölməməsini yoxlayan xidmətçilərdən biri onun cibindən Sakuma drops qutusu tapır və qutunun nə olduğunu anlamadan onu stansiyadan kənara atır.
Light Me Up (Gromee mahnısı)
Light Me Up (azərb. Məni aydınlat‎) — Polşanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Gromee və Lukas Meyer "Light Me Up" mahnısı ilə Polşanın Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnının musiqisi Gromee və Lukas Meyerə və sözləri isə Mahan Moin və Kristian Rabba aiddir.
Qrole
Qrole (Val-d'Uaz)
Rozvə
Rüzvə — İranın İsfahan ostanının Çadigan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,916 nəfər və 1,153 ailədən ibarət idi.
Darina Qromova
Darina Alekseyevna Qromova (Dünyaya, "Əsas sərnişin" (rus. Главный пассажир) yazısı ilə tanındı) (26 dekabr 2014, Qatçina, Leninqrad vilayəti – 31 oktyabr 2015, Şimali Sina mühafəzəsi[d]) — Qatçina şəhərindən olan 10 aylıq qız. O, 2015-ci il 31 oktyabrda "Airbus 321" avialaynerinin "9268 Metrojet" reysinin Misirin Sinay yarımadasında qəzaya uğraması nəticəsində, valideynləri ilə birgə həlak olub. Darina Qromovanın anası, Tatyana Qromova tərəfindən "VKontakte" (rus. ВКонтакте) sosial şəbəkəsinə "Əsas sərnişin" (rus. Главный пассажир) yazısı ilə yerləşdirilən foto, dünyanın bir çox KİV tərəfindən yayımlanıb və Rusiya tarixinin ən faciəvi təyyarə qəzasının bir növ rəmzinə çevrilib. == Həyatı və ölümü == Darina Qromova 2014-cü il 26 dekabrda Leninqrad vilayətinin Qatçina şəhərində anadan olub. Onun, valideynləri Aleksey (1988–2015) və Tatyana (1988–2015), "Resteq" Sərgi Birliyində çalışırdılar. Darina Qromova, 2015-ci il 15 oktyabrda valideynləri ilə birgə, Peterburq şəhərinin "Pulkovo" Beynəlxalq Hava Limanından Misirə səyahətə yollandı və oktyabrın 31-də, "Airbus 321" avialaynerinin "9268 Metrojet" reysi ilə vətənə, Rusiyaya qayıtmalı idi. Amma, təyyarə səmaya qalxdıqdan 23 dəqiqə sonra, Misirin Sinay yarımadasında faciəvi qəzaya uğradı və nəticədə, təyyarənin göyərtəsində olan 224 nəfər şərnişinin hamısı həlak oldu.
Qrover Klivlend
Stiven Qrover Klivlend (ing. Stephen Grover Cleveland; 18 mart 1837, Kolduel, Nyu-Cersi, ABŞ — 24 iyun 1908, Prinston, Nyu-Cersi, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 22-ci və 24-cü prezidenti (1885–1889, 1893–1897). Prezident vəzifəsini fasiləylə iki dəfə tutmuş yeganə şəxsdir. Klivlend həmçinin, respublikaçıların tam ağalığı ilə keçən 1860–1912-ci illər aralığında Demokratlar partiyasından seçilmiş yeganə ABŞ Prezidentidir. 1928–1946-cı illərdə çap olunan 1000 dollarlıq əskinasın üzərində Qrover Klivlendin portreti təsvir olunmuşdu. == Maraqlı faktlar == Qrover Klivlend Ağ Evdə evlənmiş yeganə ABŞ prezidentidir. O, birinci prezidentlik dövründə, 1886-cı ilin iyununda Ağ Evin Mavi Zalında 21 yaşlı Fransez Folsomla ailə həyatı qurmuşdur.
Marselo Qrohe
Marselo Qrohe (13 yanvar 1987-ci ildə anadan olub) — Qapıçı kimi Qremio FK və Braziliya milli futbol komandasının şərəfini qoruyan Braziliya futbolçusudur. == Karyerası == Qrohe Kampo Bomda, Rio Qrande do Solda anadan olmuşdur. Öz karyerasına Qremio FK klubunun 13 yaşlılardan ibarət komandasında başlamışdır. 18 yaşından əsas komandada oynamağa başlamışdır. 5 il ərzində Kampeonato Brasileyro Serie B liqasında üçüncü qapıçı kimi iştirak etmişdir və heç bir oyunda meydana çıxmamışdır. 18 yanvar 2006-cı ildə o, öz peşəkar debütünü reallaşdırmışdır. Kampeonato Qauço liqasında oynanılan Sao Luiz klubuna qarşı oyunda 90 dəqiqə oyunda olmuşdur. Həmin oyunda Qremio səfərdə 2-1 hesabı ilə qalib gəldi. == Milli karyerası == Qrohe Çilidə təşkil edilən Amerika Kuboku 2015 turnirində Braziliya heyətinə daxil edilmişdir və heç bir oyunda meydana çıxmamışdır. O, milli komandada debütünü 5 sentyabr 2015-ci ildə Nyu-Cersidə yerləşən Red Bull Arenada Kosta-Rika ilə keçirilən oyunda etmişdir.
Qorvə Dərcəzin
Qürvə Dərcəzin və ya Qürvə-i Dərcəzin — İranın Həmədan ostanının Dərgəzin şəhristanının mərkəzi bəxşində şəhər və bu bölgənin mərkəzi. Bu şəhər iki keçmiş şəhər olan "Qürvə" və "Dərcəzin"in birləşməsindən yaranıb. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,335 nəfər və 2,456 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlıların qaragözlü oymağından ibarətdir və azərbaycan dilində danışırlar.
Qrole (En)
Qrole (fr. Groslée) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Lyui kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01182. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 353 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 220 nəfər arasında (15-64 yaş) 163 nəfər İqtisadi cəhətdən fəal, 57 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 74.1%, 1999-cu ildə 70.7%). Aktiv 163 sakindən 150 nəfər (83 kişi və 67 qadın), 13 nəfər işsizdir (7 kişi və 6 qadın). Fəal olmayan 57 nəfər arasında 17 nəfər şagird və ya tələbə, 19 nəfər təqaüdçü, 21 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Sprus-Qrouv
Spryus-Qruv — Kanadanın Alberta vilayətində şəhər.
Qrabove (Donetsk vilayəti)
Qrabove (ukr. Грабове) — Ukraynanın Donetsk vilayətində, Şaxtyorsk rayonunda yerləşən kənd. 2014-cü ildən tanınmayan Donetsk Xalq Respublikasının nəzəarəti altındadır. == Coğrafiyası == Qrabove kəndi Mius çayının sağ sahilində yerləşir. Yaşayış məntəqəsinin şimal-şərqindən Donetsk və Luqans vlayətləri arasında olan sərhəd keçir. Kənd ərazisindən çayın axımı istiqamətində Qrabove su anbarının akvatoriyası başlayır. == Əhalisi == 2001-ci ildə keçirilən əhalinin siyahıyaalınmasına görə kənd əhalisi 1000 nəfərdir. Poçt indeksi — 86234. Telefon kodu — 6255. == Tarixi == Kənd haqqında ilk məlumat XV əsrə addir.
Qrole (Val-d'Uaz)
Qrole (fr. Groslay) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — Monmoransi. Əhalisi — 8.075 nəfər (2007). Bələdiyyə Paris şəhərinin təxminən 15 km şimalda, Serji belediyyənin 22 km şərqdə yerləşir.
Qrole (Val-d’Uaz)
Qrole (fr. Groslay) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — Monmoransi. Əhalisi — 8.075 nəfər (2007). Bələdiyyə Paris şəhərinin təxminən 15 km şimalda, Serji belediyyənin 22 km şərqdə yerləşir.