Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Velenus
Velenus ( lat. Balerus, Belenus) — I Şapurun hakimiyyəti dövründə kadusilərin hökmdarı. == Tarixi == Roma imperatoru I Valerian Edessa döyüşündə xəyanət etdiyinə görə Sasanilərə əsir düşdükdən sonra kadusilərin hökmdarı Velenus sasani şahı I Şapura yazdığı məktubunda şaha müraciət etdi: “Sizə göndərdiyim köməkçilərim sağ-salamat geri qaytarıldı və onları böyük məmnuniyyətlə qəbul etdim. Ancaq Valerianı əsir götürmənizə sizi çox da təbrik etmirəm; onu qaytarsaydız daha çox təbrik edərdim. Romalılar məğlub olanda daha güclü olurlar. Onunla ehtiyatlı davranın və artıq çoxlarını aldatmış xoşbəxtliyin sizi alovlandırmasına imkan verməyin. Valerianın həm imperator oğlu, həm də Sezar adlı nəvəsi var. Bəs tamamilə sizə qarşı qalxan bütün Roma dünyasına nə demək olar? Beləliklə, Valerianı qaytarın və romalılarla barışın, bu da bizim üçün faydalı olacaq".
Andraş Hegedüş
Andraş Hegedüş (mac. András Hegedüs, 31 oktyabr 1922 – 23 oktyabr 1999, Budapeşt) — Macar dövlət xadimi. 1955–1956-cı illərdə Nazirlər kobinetinin sədri vəzifəsində çalışmışdır. 28 oktyabr 1956-cı ildə Macar inqilabından sonra SSRİ-ə qaçmış, 1958-ci ildə geri qayıtmışdır. == Həyatı == 1922-c il oktyabrın 31-də Macarıstanın Silşarkan (mac. Szilsárkány) şəhərində anadan olmuşdur. Orta məktəbi Evanjelist Akademiyasında başa vurduqdan sonra 1942-ci ildə Budapeşt Texniki Universitetinə daxil olmuşdur. Burada dəmiryolu mühəndisliyi fakültəsində təhsil almışdır. Universitet illərində yeraltı kommunist hərəkatına qoşulmuş nəticə də həbs edilmişdir. 1944-cü ilin avqust ayına qədər ev dustağı olsa da, noyabr ayında qaçmağa müvəffəq olmuşdur.
Pelecus cultratus
Pelecus cultratus (lat. Pelecus cultratus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin pelecus cinsinə aid heyvan növü. == Yayılması == Baltik, Qara, Azov dənizlərində, eləcə də Xəzərdə və Araldada yayılmışdır. Volqa, Ural, Terek, Kür və başqa çayların mənsəbində yaşayır. Şimali Xəzərdə duzluluğu 3–4%, nadir hallarda 9–10% olan sahələrdə tutulur. Aşağı Kürdə və onun əlavə su hövzələrində çox nadir hallarda tək-tük qeydə alınır. Kürətrafı su hövzələrində Varvara bəndinə qədər təsadüf edilir. == Morfoloji əlamətləri == D III 7–8, A II–III 25–31, qəlsəmə dişciqlərinin sayı 19–22, orta hesabla 20,5 fəqərələrin sayı 48–52, orta hesabla 50-dir. Bədəni axımlı, qılıncvarıdır, yanlardan sıxılmışdır. Bel üzgəci çox arxada — anal üzgəcinin üstündə yerləşir.