Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bu da bir həyatdı
"Bu da bir həyatdı" – Hamlet İsaxanlı nın 2004-cü ildə Xəzər Universiteti Nəşriyyatı nda işıq üzü görmüş şeirlər kitabı. Redaktoru – Camal Mustafayev. == Fəlsəfi şeirlər == Kitaba daxil olan "Fikir yükü", "Bu da bir həyatdı", "Ömrün harasındayıq", "Kim kimi yaratdı?", "Qismət", "Ölümə nə var ki?!", "Dalğalarla yan-yana", "Get-gedə", "Arasında", "Ot kökü üstə bitər", "Yollar" və digər şeirlər insanı düşündürən, onu narahat edən fəlsəfi və psixoloji problemlərə aiddir. Bu şeirlərə xas olan bədii tapıntılar, orijinal müşahidələr və incə lirizm şairin digər kitablarında olduğu kimi oxucunu cəlb edir. "Hamlet İsaxanlı poeziyasının qısa vaxtda bu qədər geniş əks-səda doğurmasını şərtləndirən nədir? Bu suala qısaca cavab vermək olar. Müxtəlif janrlı şeirlərdə bədii axtarışların, poetik fikrin orijinallığıdır. Burada məhəbbətdən başlamış dünya müəmmalarına qədər mövzuların təcəssümü, məna, üslub xüsusiyyəti fərqlənir" (Camal Mustafayev, kitabın supercildinin iç səhifəsindən) Şair həyatını, varlığını, xoşbəxtliyini düşüncə gücü ilə bağlayır, "fikir yüklü sənətkar"lıqla eyniləşdirir. İnsanı ən çox düşündürən, qəmə qərq edən ömrün hansı məqamında olması, ona nə qədər həyat bəxş olunduğu, arzuların həyata keçməsi üçün omür yetəcəkmi sualları deyilmi? "Bilirik ki uşaq deyilik daha", "Bilirik ki gənclik arxada qaldı" Fəqət insan güclüdür, həyatın mənasını dərk edir, təslim olmur, baş əymir, üzü sabaha doğru hərəkət edir.
Cəlal Hemmati
Cəlal Himməti (fars. جلال همتی‎; 6 may 1936, Kirmanşah – 23 sentyabr 2006, Los-Anceles, Kaliforniya) — İran pop müğənnisi. "Pərivaş" mahnısı ilə məşhurdur. == Haqqında == 1936-cı ildə Kirmanşahda dünyaya gəlmişdir. Altsheymer xəstəliyindən əziyyət çəkirdi. Los-Ancelesdə xəstəxanada 2006-cı ildə vəfat etmişdir.