Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Abasət İsayev
Abasət İsa oğlu İsayev (7 oktyabr 1948, Kotam, Ordubad rayonu) — fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Abasət İsayev 1948-ci il oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Kotam kəndində[mənbə göstərin] anadan olmuşdur. O, 1971-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakultəsini bitirib və AMEA Fizika İnstitutunda yarımkeçiricilər fizikası ixtisası aspiranturaya daxil olub.[mənbə göstərin] Burada selen yaımkeçiricisinin elektron xassələrinin tədqiqi üzrə elmi-tədqiqat işləri aparıb və 1976-cı ildə namizədlik, 1992-ci ildə doktorluq dissertasiyası müdafiə edib. Abasət İsayev 2017-ci ildə professor elmi adını alıb. === Elmi-pedeqoloji fəaliyyəti === Onun həm namizədlik, həm də doktorluq dissertasiyası kristal və amorf selen və selen əsasında olan yarımkeçirici sistemlərdə elektron proseslərinin tədqiqinə həsr olunmuşdur. Abasət İsayev tərəfindən ilk dəfə olaraq selen monokristalında bir sıra qeyri-tarazlıqlı proseslər (qalıq və mənfi fotokeçiricilik, foto və elektro-stimulyasiya effektləri, anomal fotokeçiricilik, fotocərəyanın alçaq tezlikli rəqsləri və s.) müşahidə edilmiş və həmin effektlərin kompleks şəkildə tədqiqi nəticəsində yükdaşıyıcıların generasiya-rekombinasiya proseslərini və dreyfini idarə edən müxtəlif təbiətli baryerlərin parametrləri təyin edilmiş, həmin proseslərin mexanizmi aydınlaşdırılmışdır. İsayev 1994-cü ildən Dövlət İmtahan Mərkəzi (DİM) ilə əməkdaşlıq edir və 2015-ci ildən Fizika institutunun magistrantlarına müxtəlif fənnləri tədris edir. O, 1994–2010-cu illərdə Bakı şəhərindəki 289 saylı məktəbdə (Zəngi liseyində) fizika fənnini tədris edib. Abasət İsayev 2004–2011-ci illərdə Azərbaycan Təhsil Nazirliyinin Fizika fənni üzrə Elmi-Metodiki Şurasının sədr müavini, 2008-ci ildən isə Dövlət İmtahan Mərkəzində Fizika fənni üzrə ekspert olmuşdur.[mənbə göstərin] == Elmi əsərləri == Abasət İsayev 130 elmi əsərin müəllifidir və bunlardan 60-ı ölkədən xaricdə, 40-ı isə beynəlxalq bazalarda indekslənmiş jurnallarda dərc olunmuşdur. O, 4 müəlliflik şəhadətnaməsi və patentin sahibidir.
Gəlin havası
Vağzalı (Atlandırma) — Azərbaycanda xalq arasında əsasən "gəlin havası" kimi qəbul olunan rəqs. == Söz açımı == "Vağzal" sözü XVIII əsrdə yaranıb. ingilis sözü Vauxhall-un törəməsidir. Vaux (oxunur Foks) Londonda park və əyləncə yerinin yiyəsinin adı idi. Rus dilində sözünün anlamı dəyişikliyə uğrayır: əyləncə yeri → dəmir yollarında gözləmə zalı. Ancaq rəqsin özü "Vağzal" sözündən çox daha əvvəl XVI əsrdə yaranıb. Əski adı "Atlandırma"dır. Qədim və Orta Çağ türkləri atlı xalqlar olublar, gəlini də atla gətirərdilər. Toya, əlində fənər olan qırx atlı (yengə) gələrdi. Iki boş at isə gəlin və yengə üçün gətirilərdi.
Avast (brauzer)
Avast Antivirus
Avast Microsoft Windows, macOS, Android və iOS üçün Avast tərəfindən hazırlanmış platformalararası antivirus proqramıdır. Avast Antivirus məhsullarına digər xidmətlər arasında kompüter təhlükəsizliyi, brauzer təhlükəsizliyi, antivirus proqramı, anti-kompüter cəsusluğu və anti-spam təmin edən pulsuz və ödənişli versiyalar daxildir. Avast, 2015-ci ilin fevral ayında Avast for Business adlı pulsuz bir iş məhsulu təqdim etdi. Bu antivirusun qorunması, veb təhdid daraması, brauzerin qorunması və bulud idarəetmə konsolunu özündə birləşdirən platformalararası bir proqram idi. 2017-ci ildən etibarən Avast, bazarda ən populyar antivirus satıcısıdır və antivirus tətbiqetmələri bazarında ən böyük paya sahibdir.
Gəlin havası rəqsi
Vağzalı (Atlandırma) — Azərbaycanda xalq arasında əsasən "gəlin havası" kimi qəbul olunan rəqs. == Söz açımı == "Vağzal" sözü XVIII əsrdə yaranıb. ingilis sözü Vauxhall-un törəməsidir. Vaux (oxunur Foks) Londonda park və əyləncə yerinin yiyəsinin adı idi. Rus dilində sözünün anlamı dəyişikliyə uğrayır: əyləncə yeri → dəmir yollarında gözləmə zalı. Ancaq rəqsin özü "Vağzal" sözündən çox daha əvvəl XVI əsrdə yaranıb. Əski adı "Atlandırma"dır. Qədim və Orta Çağ türkləri atlı xalqlar olublar, gəlini də atla gətirərdilər. Toya, əlində fənər olan qırx atlı (yengə) gələrdi. Iki boş at isə gəlin və yengə üçün gətirilərdi.
Havarə Bərzə (Bükan)
Havarə Bərzə (fars. ‎هواره برزه‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 126 nəfər yaşayır (20 ailə).
Kürdü (aşıq havası)
Kürdü — aşıq havası. Lirik xarakterlidir. Poetik mətni ayaqlı qoşma olan Kürdü yarıreçitativ şəkildə oxunur. Kürdünün melodiyası şur məqamındadır. Sazda qaraçı kökündə ifa olunur.
Avast təhlükəsiz brauzer
Avast Secure Browser
Avast Secure Browser (əvvəllər Avast! SafeZone) — 2016-cı ildən Avast Antivirus quraşdırıcısına əlavə quraşdırma üçün daxil edilmiş Avast proqram təminatının veb brauzeridir, lakin o, həm də onun saytında mövcuddur. O, açıq mənbəli Chromium layihəsinə əsaslanır. Microsoft Windows, macOS, iOS və Android üçün mövcuddur. Avast onlayn təhlükəsizlik Google Chrome, Microsoft Edge, Mozilla Firefox və Opera brauzerləri üçün Avast Secure Browser-ə oxşar xüsusiyyətlərə malik əlavədir. == Hadisələr == === 2016 === 24 mart 2016 – Avast Safezone Brauzeri işə salındı === 2018 === 6 aprel 2018 – Avast Secure Brauzeri işə salındı == Tarixi == Əvvəlcə Avast Secure Browser, Avast Antivirusun pullu versiyaları ilə birləşdirilmişdi. 2016-cı ilin mart ayında Avast onu pulsuz versiya ilə də yığmağa başladı.Avast Təhlükəsiz Brauzeri 2018-ci ilin əvvəlində yenidən işlənməmiş və "Avast Secure Brauzer" olaraq rebrendinq edilməmişdən əvvəl əvvəlcə "SafeZone" adlanırdı. Yeniləmə və adının dəyişdirilməsindən əvvəl SafeZone-un dizaynı Opera brauzerinin dizaynına bənzəyirdi. İstifadəçi onlayn əməliyyatlar aparmaq üçün maliyyə və ya alış-veriş saytlarını ziyarət etdikdə SafeZone avtomatik işə salındı. 2015-ci ilin dekabrında Tavis Ormandy hakerlərə Avast SafeZone Brauzer istifadəçilərinin brauzerlərinə zərərli JavaScript kodu daxil etməyə imkan verə biləcək təhlükəsizlik zəifliyini müəyyən etdi.
Hamaseh
İranın HESA şirkəti tərəfindən istehsal edilən “Hamaseh” PUA-sı yüksək hündürlükdə uçmaq imkanına malik vasitədir. “Hamaseh” 2013-cü ildə hazırlanmağa başlayıb və 2016-cı ildə İran İKK-nın silahlanmasına qəbul edilib. == Konstruksiyası == “Hamaseh” tək mühərrikli PUA-dır. 185 kq-a qədər yanacaq, avadanlıq və faydalı yük daşıya bilən vasitə konfiqurasiyadan asılı olaraq 11 saata qədər havada qala bilər. Uçuş-enmə zolağından və ya JATO katapultundan buraxıla bilər, enməsi isə açılan paraşütlə mümkündür. “Hamaseh”in uçuşu əvvəlcədən müəyyən edilən nöqtələrə əsasən idarə edilir. Onun güc qurğusunun modeli məlum deyil. “Hamaseh” sintetik aperturalı radara, rabitə müdaxilə qurğusuna malikdir. Kamera da daşıya bilən PUA-nın silahlanmasına kiçik bomba, qumbara və ya raket daxil ola bilər. == Əməliyyat tarixi == 9 may 2013-cü ildə “Hamaseh” zərbə PUA-sının hazırlanmasına həsr olunan mərasimdə İranın sabiq Müdafiə naziri Əhməd Vahidi, pilotsuz vasitənin “stels keyfiyyəti ilə düşmən tərəfindən aşkarlanmasının qarşısını ala biləcəyini” söylədi.
Havaşan
Havaşan (fars. هاواشان‎ ) - İran İslam Respublikasının Ərdəbil ostanında kənd. Havaşan Kosar şəhristanının Qərbi Səncəbəd kəndistanında yerləşir. 2006-cı ildə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə görə kəndin əhalisi 596 nəfər (kişilər: 301 nəfər - qadınlar: 295 nəfər) olmuşdur. Kənddə 121 ailə yaşayır. == Coğrafiyası == Ərdəbildən 101 km cənub-şərqdə, Givi şəhərindən 15 km şimal-şərqdə, 37° 43' 30" şimal enində və 48° 24' 54" şərq uzunluğunda, dəniz səviyyəsindən 1970 m yüksəklikdə yerləşir. Şimal, şərq və qərbdən Talış dağları, cənubdan İstisu, cənub-şərqdən isə Ney Əhməd beyg kəndləri ilə əhatə olunub. == Əhali və dil == Kəndin əhalisi azərbaycanlılardır və Azərbaycan dilində danışırlar. == İqtisadiyyatı == Kənd sakinlərinin əsas məşğuliyyəti heyvandarlıq və qismən əkinçilikdir. == Təhsilin vəziyyəti == Kənddə ibtidai məktəb fəaliyyət göstərir.
Haya Hararet
Haya Hararet (ing. Haya Harareet, ivr. חיה הררית; 20 sentyabr 1931, Hayfa – 3 fevral 2021, Marlou[d], Cənub-Şərqi İngiltərə[d]) — İsrail aktrisası. == Həyatı == Haya Hararet 20 sentyabr 1931-ci ildə Hayfada anadan olmuşdur. Haya Hararetin aktrisalıq fəaliyyəti 1955-ci ildə İsraildə başlamışdır. Lakin Hararet bir neçə il sonra tanınmağa başladı. Bu, Çarlton Hestonla birlikdə çəkildiyi "Ben-Hur" filmində Esfir rolunu ifa edəndən sonra olmuşdu. 1961-ci ildə o, "Səhranın altına səyahət" filmində baş rola çəkilir. Onun bir aktrisa kimi fəaliyyəti o qədər də uzun çəkmir və daha bir neçə filmdə çəkiləndən sonra – 1964-cü ildə Hararet artıq heç bir filmə razılıq vermir. Haya həm də 1967-ci ildə çəkilmiş "Bizim ata yurdumuz" filminin ssenari müəlliflərindən biri idi.
Akiko Kavase
Akiko Kavase (川瀬晶子, Kavase Akiko, 13 iyul 1971, Tokio[d]) — Yaponiyanı təmsil edən sinxron üzgüçü. == Karyerası == Akiko Kavase Yaponiyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Akiko Kavase Olimpiadanın bürünc medalına sahib olub.
Open Handset Alliance
Open Handset Alliance — mobil cihazlara açıq standartlar yaratmaq üçün qurulmuş və 84 şirkətin üzv olduğu Konsorsium. Üzvlər arasında HTC,Sony,Dell,Intel,Motorola,Qualcomm,Texas Instruments,Google,Samsung Electronics,LG Electronics,T-Mobile,Sprint Corporation,Nvidia və digər şirkətlər var. OHA 5 noyabr 2007-ci ildə Google və aralarında mobil telefon istehsalçıları, proqram təminatı istehsalçıları, bəzi mobil operatorlar və çip istehsalçılarının da olduğu 34 üzvün rəhbərliyi ilə yaradıldı. Alyansın aparıcı proqram təminatı Android (ilk olaraq Google tərəfindən 2007-ci ildə yaradılıb) açıq qaynaq lisenziyasına əsaslanır və Apple, Microsoft, Nokia (Symbian), HP , Samsung Electronics / Intel (Tizen, Bada), BlackBerry şirkətlərinin mobil platformalarına qarşı rəqabət aparır. Vahid Android platformasının yayılması səyləri çərçivəsində OHA üzvlərinə müqavilə əsasında Androidin uyğun olmayan forklarına əsaslanan cihazlar istehsal etmək qadağan edilib. == Məhsullar == 2007-ci il Noyabrın 5-də Open Handset Alliance formalaşdırılmasının elan edilməsi ilə yanaşı, OHA həm də Androidi — Linux nüvəsinə əsaslanan açıq qaynaqlı mobil telefon platformasını təqdim etdi. Proqram təminatı istehsalçıları üçün ilk SDK 12 noyabr 2007-ci ildə təqdim edildi. Androidlə işləyən ilk kommersiya məqsədli telefon HTC Dream (digər adı ilə T-Mobile G1) olmuşdur. O 18 avqust 2008-ci ildə Federal əlaqə komissiyası (FCC) tərəfindən təsdiqləndikdən sonra, həmin ilin 22 Oktyabr tarixində satışa çıxarılmışdır.