Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İndustry
Industry — Azərbaycan rok qrupu. Qrup 1994-cü ilin aprel ayında bas-gitarist Fuad Babayev tərəfindən yaradılıb. Azərbaycanda ilk grunge qrup sayılan "Industry"nin tərkibi vokalist Rüstəm Quliyev, bas-gitarist Fuad Babayev, solo-giratist Rüfət Mirzəyev və barabançı Eldar Topçubaşovdan ibarət olub. 1995-ci ildə qrupun tərkibində dəyişiklik baş verir. Qrupa yeni solo gitarist və dodaq qarmoşkası ifaçısı Nazim Abdullayev gəlir. Lakin o tezliklə qrupu tərk edir və onu Çingiz Ələkbərov əvəzləyir. Qrup məşqlərə ANS televiziyasının binasında icarəyə götürdüyü kiçik otaqda başlayır. Qrupun ilk fanatları onun musiqisini dinləmək üçün bura axışır. "Industry" 1995-ci ilin mayında Blakportda ilk debüt konsertini Mad Jam (1995), sonrakı konsertlərini isə Necropolis, LSD, Nemo və Crushing Heads - X-Ray qrupları ilə birgə verir. Qrup sonralar bir neçə festivalda ("Rok-fiesta", "Toçka oporı") iştirak edir.
Industry Standart Architecture
ISA (Industry Standart Architecture) <ay-sa> – IBM PC/XT kompüterlərinin genişləndirmə yuvalarına kart taxmaqla sistemə müxtəlif qurğular artırmağa imkan verən şinin qeyri-rəsmi adı. İlkin olaraq 8-bitlik verilənlər kanalına malik olan ISA standartı 1984-cü ildə genişləndirilərək (IBM’in PC/AT modelində) 16-bitlik verilənlər kanalına çevrildi. Adətən, ISA genişləndirmə yuvalarının (8-bitlik və 16-bitlik) özlərinə aid edilir. 16-bitlik yuva faktiki olaraq bir-birinə qarşı quraşdırılmış iki ayrıca genişləndirmə yuvasından ibarət olur, deməli, bir 16-bitlik kart iki yuvaya taxılır. 8-bitlik genişləndirmə kartı 16-bitlik yuvaya taxıla və istifadə edilə bilər, 16-bitlik kartı isə 8-bitlik yuvaya qoymaq olmaz. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
ISA (Industry Standart Architecture)

Recording Industry Association of America
Amerika Səsyazma Sənayesi Birliyi (ing. The Recording Industry Association of America (RIAA)) — ABŞ-də səsyazma sənayesində fəaliyyət göstərən güclü və nüfuzlu təşkilat. 1952-ci ildə yaradılan RIAA, musiqi sənayesinin formalaşmasında və musiqi şirkətlərinin və sənətçilərin hüquqlarının müdafiəsində mühüm rol oynamışdır. RIAA-nın əsas məqsədlərindən biri səsyazma sənayesində əqli mülkiyyət hüquqlarını qorumaq və təşviq etməkdir. Buraya güclü müəllif hüququ qanunlarının və tətbiqinin müdafiəsi, həmçinin musiqi piratlığına və qeyri-qanuni fayl paylaşımına qarşı mübarizə daxildir. RIAA rəqəmsal müəllif hüquqlarının pozulmasının qarşısının alınmasına və rəqəmsal əsrdə yaradıcıların və müəllif hüquqları sahiblərinin hüquqlarının qorunmasına yönəlmiş qanunvericiliyin lobbiçiliyində fəal iştirak etmişdir. RIAA həmçinin müəyyən satış mərhələlərinə çatan albomlar və sinqllar üçün Qızıl və Platin sertifikatları kimi mükafatlar verir.
Federation of the Italian Music Industry
İtaliya Musiqi Sənayesi Federasiyası (The FIMI) (it. Federazione Industria Musicale Italiana, ing. Federation of the Italian Music Industry) — İtaliyada musiqi sənayesində fəaliyyət göstərən şirkət. Şirkət 1992-ci ildə qurulub. 2011-ci ildə FIMI İtaliyanın musiqi sənayesində işləyən 2500-dən çox şirkəti təmsil edirdi. Şirkətin əsas məqsədi İtaliya səsyazma şirkətlərinin maraqlarını qorumaqdır. 2010-cu ilin iyul ayından etibarən federasiyanın prezidenti Enço Maççadır.
Recording Industry Association of New Zealand
The Recording Industry Association of New Zealand (RIANZ) — Yeni Zellandiyada musiqi industriyasında fəaliyyət göstərən şirkət.