Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İraqdakı Çoxmillətli Qüvvələr
İraqdakı Çoxmillətli Qüvvələr (İngiliscə: The Multi-National Force – Iraq (MNF–I)) İraq müharibəsindən sonra İraqın işğalında iştirak etmiş olan və ABŞ tərəfindən idarə olunmuş silahlı qüvvələrdirlər. Qüvvələr 15 may 2004-cü ildə Kombinasiyalı Müştərək İşçi Qüvvəsi 7 (Combined Joint Task Force 7) adlanan strukturdan ölkənin işğalına nəzarəti təhvil almış və 2010-cu il yanvarın 1-də ABŞ Silahlı Qüvvələrinə təhvil vermişdir. == Təsviri == İraq müharibəsindən sonrakı dövrdə İraqda mövcud olan silahlı qüvvələrə, xüsusən də ABŞ əsgərlərinin böyük say üstünlüyünə görə, ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri deyilmişdir. ABŞ-dan başqa digər bu işə köməklik etmiş olan ölkələrin əsgərlərinin İraqda davam edən şiddətli zorakılıqlar və müharibə əleyhinə öz dövlətlərindəki hərəkatların intensivliyinə görə yalnız hərbi düşərgələrdə xidmət etdikləri və İraq Müqavimətinə qarşı müharibədə fəal iştirak etmədikləri müşahidə edilmişdir. == Missiyaları == Çoxmillətli qüvvələrin missiyasının tərifini ABŞ-ın o zamankı dövlət katibi olmuş Kolin Pauel 2004-cü ilin iyununda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına göndərdiyi məktubunda belə izah etmişdir: === İşğal dövründə baş vermiş olan hadisələr === Çoxmillətli Qüvvələrin işğalı altında olan İraqda hazırlanmış olan yeni konstitusiyada fikir, ifadə, din və cəmləşmə azadlığı, mülkiyyət hüququ və qanun qarşısında hamının bərabərliyi tanınmışdır. İşğal İraqında birinci parlament seçkiləri 2005-ci ilin dekabr ayında keçirilmişdir. 2006-cı ilin noyabr ayında isə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Çoxmillətli Qüvvələrin İraqda qalma müddətinin 2007-ci ilin sonuna qədər uzadılması haqqında qərar qəbul etmişdir. Bu qərarın qəbul edilməsində İraq hökumətinin tələbi əsas kimi qəbul edilmiş və buna səbəb kimi İraq hökumətinin nəzarəti təmin etmək üçün hələ ki, kifayət qədər silahlı qüvvələrinin olmaması göstərilmişdir. 2007-ci ilin dekabr ayında qəbul edilmiş olan yeni qərarla onun səlahiyyət müddəti yenidən 2008-ci ilin sonuna qədər uzadılmışdır. == Missiyalarının başa çatması və İraqı tərk etmələri == 2008-ci ilin dekabr ayında İraq və ABŞ hökumətləri arasında aparılmış olan danışıqların nəticəsində 2011-ci ilin sonuna qədər yalnız ABŞ əsgərlərinin ölkədə qalmasına icazə verilmişdir.
İraqdakı ümumdünya irsi obyektlərinin siyahısı
İraqda UNESCO ümumdünya irsi obyektlərinin siyahısı YUNESKO-nun İraqdakı ümumdünya irsi siyahısına 6 obyekt daxildir ki, bu da ümumi rəqəmin təxminən 0,4%-ni təşkil edir (2021-ci ildə 1154). 5 obyekt mədəni meyarlar üzrə, 1-i isə qarışıq meyarlar üzrə siyahıya alınıb. Bundan əlavə, İraqdakı 11 obyekt dünya irsi siyahısına daxil olmaq üçün namizədlər sırasındadır. İraq 1974-cü il martın 5-də ümumdünya mədəni və təbii irsin qorunması Konvensiyasını qəbul etmişdir. Hatra və Nimrud xarabalıqları 2015-ci ilin martında İŞİD tərəfindən dağıdılıb. == Siyahı == == Obyektlərin coğrafi yeri == == Siyahıya namizədlər == Cədvəldə obyektlər ilkin siyahıya əlavə olunduqları ardıcıllıqla düzülmüşdür. Bu siyahı İraq Hökumətinin dünya irs siyahısına salınması üçün namizəd kimi təklif etdiyi obyektlər qeyd edirb.