Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İstintaq
İstintaq və ya dindirmə yaxud dindirilmə — zəruri məlumatlar əldə etmək məqsədi ilə hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbi personal və kəşfiyyat orqanları tərəfindən geniş şəkildə istifadə olunur. Dindirmənin həyata keçirilməsi zamanı müxtəlif üsullardan istifadə olunur.
İstislah
İstihsan (ərəb. مرجع تقليد‎) — islam hüququ termini. Hərfi mənada "istislah" bir şeyi yaxşı görmək, bir şeyin yaxşı olmasını istəmək deməkdir. İslam şəriətində nəsihət növlərindən biri olan Məsləh-i mürsələ göndərilən nəsihət adlandırmaq olar. Mesalih-i mürsələ, "əsas dəlil" (Quran, Sünnə, icma və qiyas) lehinə və ya əleyhinə heç bir dəlili olmayan məsələlərə verilən addır. İstislah Malik ibn Ənəs (713–795) tərəfindən işlənib tətbiq edilmiş və Maliki məzhəbinin əsas fərqləndirici xüsusiyyətlərindən biridir. Bütün əsas məzhəblər tərəfindən bu və ya digər dərəcədə istifadə olunur. Hənəfi məzhəbində müstəqil hüquqi kateqoriya deyil. Şafiilər istislahı istihsanın bir hissəsi hesab edirlər. Bu üsuldan hənbəli məzhəbinin banisi Əhməd ibn Hənbəl tərəfindən də istifadə edildiyi məlumdur.
İstintaq (1979)
İstintaq (dəqiqləşdirmə)
İstintaq — cinayətlə əlaqədar məsələni aydınlaşdırmaq üçün aparılan sorğu-sual, dindirmə.
İstintaq (film)
İstintaq — Ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissoru Rasim Ocaqov olan Azərbaycan filmi. == Məzmun == Ölkədəki ictimai məsələləri cəsarətlə qaldıran film vətəndaşlıq borcu və şərəfi kimi ciddi sosial, mənəvi-etik problemlərə toxunmuşdur. Filmin mövzusu 60-cı illərdə Azərbaycanda baş vermiş hadisələr ətrafında cərəyan edir. Qeyd etmək lazımdır ki, o dövr üçün Sovetlər Birliyinin tərkibində olan sovet ölkəsində mafiyanın varlığından bəhs etmək böyük risq idi. Bu baxımdan filmin müəllifləri ilk dəfə olaraq cəsarətli addım atmağa nail ola bildilər. Ancaq bu, heç də asan başa gəlmədi. Çünki söhbət bir ölkədə fəaliyyət göstərən mafiyadan gedirdi. Mafiyada fəaliyyət göstərən cinayətkarlar isə daima xüsusi orqanlar tərəfindən dəstəklənirlər. Əvvəllər güləşmə üzrə məşhur idmançı olan Murad Əbiyev (Həsən Məmmədov) gözlənilmədən qalantereya sexinin rəisi təyin edilir. Günlərin birində o, qeyri-qanuni mal istehsal edib satdığına görə (milyon manat məbləğində) həbs olunur.
İstintaq (film, 1979)

İstintaq davam edir
İstintaq davam edir — Əlisəttar Atakişiyevin filmi. == Məzmun == Filmdə Vətənin təhlükəsizliyinin və Bakı şəhərinin əhalisinin əmin-amanlığının qorunmasında Azərbaycan çekistlərinin və milisinin fəaliyyətindən, sıravi vətəndaşların sayıqlığından söhbət açılır. Filmdə təhlükəsizlik orqanları tərəfindən xarici kəşfiyyatın apardığı əməliyyatın açılmasından bəhs olunur. == Film haqqında == Film aktrisa Larisa Xələfovanın kinoda ilk işidir. Film aktyor Fuad Poladovun kinoda ilk işidir. Film aktyor Ənvər Həsənovun kinoda ilk işidir. Film yazıçı Cəmşid Əmirovun "Sahil əməliyyatı" povestinin motivləri əsasında lentə alınmışdır. Film bəstəkar Polad Bülbüloğlunun kinoda ilk işidir. Prokata çıxdığı 1-ci il əzrində filmə 28,2 milyon tamaşaçı baxdı. Bu, 1963-cü ildən bəri çəkilən filmlərimiz arasında ən yüksək göstəricidir.
İstintaq davam edir (film, 1966)