Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İbadilik
İbadilik — Orta əsrlər Müsəlman Şərqinin hüquq məzhəbidir. Təsisçisi Cabir ibn Zeyd Əl-Əzdidir. İbadi məzhəbinin ardıcılları hal-hazırda Omanda, Şərqi Afrikada, Əlcəzairdə, Liviyada, Tunisdə,Yəməndə yaşayırlar. == Tarixi == Orta əsrlər Müsəlman Şərqinin hüquq məzhəbidir. Təsisçisi Cabir ibn Zeyd Əl-Əzdidir. İslam dünyasında məşhur tabiinlərdəndir və İbn Abbasın şagirdlərindən sayılır. Hədis, fiqh və təfsir sahələrində dərin biliklərə yiyələnmişdir. İbadi məzhəbini Abdullah ibn İbad Təmimin adı ilə bağlayanlar da vardır. Abdullah ibn İbadın məzhəblə bağlı kəlam və siyasi məsələlərdə özünəməxsus mövqeyi olduğundan sözügedən məzhəb onun adı ilə tanınmışdır. İbadiyyənin başlanğıcı hicri 65-ci miladi 684-cü ilə aid edirlər.
Türkiyə İzcilik Federasiyası
Türkiye İzcilik Federasyonu (ing. Scouting and Guiding Federation of Turkey) — Türkiyə Milli izcilik Federasiyasıdır. Federasiya 1950-ci ildən Ümumdünya Skaut Hərəkatı Təşkilatının, 1987-ci ildən isə Dünya Qız Bələdçiləri və Qız Skautları Assosiasiyasının üzvüdür.Türkiyə izcilik Federasiyasda 278 klub və 240160 min izci var.Türkiyə İzcilik Federasiyası, Türkiyədəki izcilik hərəkatınıa əsaslanan bir qurum olaraq fəaliyyət göstərir. İzcilik, gənclərin fiziki, mənəvi və sosial inkişafına nail olmağı, onlara liderlik bacarığını öyrətməyi və ictimai fəaliyyətləri hədəfləyən hərkatdı.TİF, Türkiyə ərazisindəki bir çox izci klublarını özündə birləşdirən bir birlikdir. İzcilik və izci təşkilatları gənclərə müstəqil fikirlər, liderlik bacarığı, əməkdaşlıq və təbiət və sair fəaliyyətləri təşviq edir. Bu təşkilatlar, düşərgələr, təlimlər və digər tədbirlər vasitəsilə gənclərə peşəkar bacarıqlar öyrədir. == Tarixi == Türkiyədə izciliyin başlaması 1909-cu ildə İstanbulda Qalatasaray və Kabataş liseylərində idman müəllimi işləyən Əhməd və Əbdürrəhman Robenson qardaşları və Nafi Arif Kansu və Ethem Nejatla əlaqələndirilir. İlk dəstələr Osmanlının sonlarında Darüşşafaka, Qalatasaray və İstanbul liseylərində təşkil edildi. Eyni dövrdə Osmanlı İmperiyasının ərazilərində, xüsusən də Livan və Suriyada müstəqil izci dəstələri yaradılıb. İzcilik qurulduğu zaman "Keşşaflıq" adında olub.