Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Emincə
Emincə — Türkiyənin İğdır ilinı daxil olan Aralıq ilçəsində kənd. Tarixən Qərbi Azərbaycanın Gərnibasar mahalı ərazisinə daxil olmuşdur. == Tarixi == Kənd 1901-ci ildən bəri eyni adı daşıyır. == Coğrafiyası == İğdır il mərkəzindən 53 km, Aralıq ilçə mərkəzinə 8 km uzaqlıqdadır.
Əlincə
Əlincə qalası — Culfa rayonunun Xanəgah kəndində Əlincəçayın sağ sahilində yerləşən tarixi memarlıq abidəsi. Əlincə (Culfa) — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Əlincə (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd.
Çincə
Çin dili — Çin-Tibet dil ailəsinə aid bir dil. Dünya əhalisinin təxminən beşdə birinin ana dilidir. Orijinal adı con ven və (中文، Zhōngwén), han ü (汉语/漢語، Hànyǔ) adlanır. Çində dövlət dili və rəsmi dil Mandarin və ya Putonxua adlanır. == Əlifbası == Çin dilinin əlifbası yoxdur. Qədim piktoqramlar əsasında inkişaf etdirilmiş yazı növü zamanla ideoqramlara çevrilmiş və geniş yayılmışdır. Məlum olan bütün ideoqramları əzbərləmək çətin olduğundan 115 əsas literalı əzbərləməklə qalan bütün ideoqramları bu literalların birləşdirilməsi yolu ilə yadda saxlayırlar. Çin lüğətləri literalların xətt sayısına görə tərtib olunur. == Çin dilinin yazılışı == Çin dili iki cür yazılır: 1. Klassik 2.
Birincə (Marağa)
Birincə — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Təkab bölgəsində, Əhmədabad kəndistanında, Təkab qəsəbəsindən 14 km. şimal-şərqdədir.
Birincə (Tikantəpə)
Birincə (fars. برنجه‎‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 77 nəfər yaşayır (13 ailə).
Emincə (İğdır)
Emincə — Türkiyənin İğdır ilinı daxil olan Aralıq ilçəsində kənd. Tarixən Qərbi Azərbaycanın Gərnibasar mahalı ərazisinə daxil olmuşdur. == Tarixi == Kənd 1901-ci ildən bəri eyni adı daşıyır. == Coğrafiyası == İğdır il mərkəzindən 53 km, Aralıq ilçə mərkəzinə 8 km uzaqlıqdadır.
İkinci cəbhə
İkinci cəbhə - İkinci dünya müharibəsi zamanı 1944-cü il iyunun 6-da ABŞ və Böyük Britaniya tərəfindən faşist Almaniyasına qarşı açılmış cəbhə. 2,9 milyon ingilis və amerikan əsgəri Amerika generalı Eyzenhauerin ümumi komandanlığı ilə Normandiyaya çıxarıldı. İyunun 20-nə burada əsas qoşunların yerləşəcəyi plasdarın yaradıldı.
İkinci dil
İkinci dil — şəxsin öz ana dilindən başqa öyrənib danışa bildiyi əlavə dildir. Ümimiyyətlə isə ikinci dil daha çox öyrənilən dilin əslində həmin ölkədə danışılmayan dildir.
İkinci imperiya
İkinci imperiya (fr. Second Empire; rəsmi olaraq — Fransa imperiyası, Empire des Français) — Fransa tarixinin 1852-ci ildən 1870-ci ilə qədər əhatə edən bonapartist diktatura dövrü. 2 dekabr 1852-ci ildə plebissit nəticəsində I Napoleonun qardaşı oğlu, III Napoleon adı ilə imperator titulu almış Lui Napoleon Bonapartın başçılığı ilə konstitusiyalı monarxiya quruldu. Daha əvvəl Lui Napoleon İkinci respublikanın prezidenti (1848—1852) olmuşdur. İkinci imperiya dövrü baş verən hadisələrin xarakterinə və səciyyəvi xüsusiyyətlərinə görə iki yerə bölünür: Avtoritar imperiya dövrü - 1852-1860-cı illər; Liberal imperiya dövrü-1860-1870-ci illər. İkinci imperiya sentyabr inqilabı ilə devrilmişdir. III Napoleon, Fransa–Prussiya müharibəsi zamanı Sedan yaxınlığında alman əsirliyinə düşdükdən sonra (2 sentyabr 1870) fəhlələr Paris küçələrinə gələrək, III Napoleonun devrilməsini tələb etdilər. 3-4 sentyabr tarixlərində qanunverici korpusun gecə iclasında Jül Favr imperatorun dağıdılmasını elan edib müvəqqəti hökumət seçməyi təklif etdi. Sentyabrın 4-də səhər xalq palataya hücum etdi və Qambetta xalqın adından "Lui Napoleon Bonapart və onun xanədanının Fransada hökmranlığını dayandırıldığını" elan etdi. Həmin bələdiyyə başçısı tərəfindən Fransa respublika elan edildi və lazımi seçki olmadan Parisin bütün deputatlarının (Araqo, Kremyö, Ferri, Favr, Qambetta, Garnye-Pajes, Pelltan, Pikar, Simon, sonrakı Reşfor) daxil olduğu müvəqqəti bir "xalqın müdafiəsi hökuməti" təyin edildi.
İkinci minillik
2-ci minillik — bizim eranın 1 yanvar 1001-ci ilindən 31 dekabr 2000 inədək olan zaman.
İkinci məbəd
Herod məbədi (ivr. ‏מקדש הורדוס‏‎) və ya İkinci məbəd (ivr. ‏בֵּית־הַמִּקְדָּשׁ הַשֵּׁנִי‏‎: Beyt HaMikdaş HaŞeni) — Yerusəlim şəhərindəki Məbəd dağında olmuş yəhudi müqəddəs məbədinə verilən ad. Məbəd dağında eyni yerdə iki yəhudi məbədi olmuş və onlar təxminən e.ə. 516-cı ildən b.e. 70-ci ilinə kimi fasiləsiz və ardıcıl olaraq ibadətçilərə xidmət etmişlər. Yəhudi tarixinin İkinci məbəd dövrünün adı bu məbədlə əlaqəlidir. Yəhudi Bibliyasına görə İkinci məbəd e.ə. 586-cı ildə Yeni Babil imperiyasının Yerusəlimi işğal edib, İudey krallığının əhalisinin bir hissəsini əsir alması zamanı dağıdılmış Solomon məbədinin (Birinci məbəd) yerində inşa edilmişdir. Bibliyaya görə, İkinci məbəd əvvəlcə Əhəmənilərin hakimiyyəti dövründə Babildən Lenavta qayıtmış bir qrup yəhudi tərəfindən Zarovavelin rəhbərliyi ilə inşa edilmiş kiçik tikili olmuşdur.
İkinci rejissor
İkinci rejissor, Rejissor köməkçisi və ya Köməkçi rejissor — rejissora köməklik göstərən, yazı blanklarını hazırlayan, yazışmalara nəzarət edən, çəkilişlər üçün lazım olan icazələri alan, proqram layihəsini və kamera kartlarını hazırlayan insandır. Çəkiliş məşqləri zamanı çəkilişin mərhələlərini və digər əmrləri hazırlayır. Redaktə mərhələsində rejissora köməklik göstərir. Proqramın vaxtını əvvəlcədən müəyyənləşdirir. Rejissor tərəfindən verilmiş olan digər vəzifələri və tapşırıqları yerinə yetirir.
İkinci Çaylı
İkinci Çaylı — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Şamaxı rayonunda Birinci və İkinci Çaylı adında iki Çaylı kəndi var. Bu kəndlər 1846-cı ildə ağakişibəyli (Çaylıda dəymədağıldı da deyilən bəy nəslinin bəyinin adı ilə adlandırılmışdır) (Birinci Çaylı) və baxşıbəyli (İkinci Çaylı) adlı elatlara mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışlar. Çaylı adlı bütün yaşayış məntəqələri çay kənarında yerləşdikləri üçün belə adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Kənd Pirqulu istiqamətində yerləşir. == Əhalisi == Kənd əhalisi 501 nəfərdir ki, onun da 253 nəfəri kişi, 248 nəfəri isə qadınlar təşkil edir.
İkinci Çağan
İkinci Çağan – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == İkinci Çağan Şamaxı rayonunun Dədəgünəş inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi keçmiş Çağan Məmmədsəlimli (indiki Birinci Çağan) kəndindən çıxmış ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır. == Əhalisi == Kənd əhalisi 194 nəfərdir ki, onunda 96 nəfəri kişi, 97 nəfəri isə qadınlar təşkil edir.
İkinci İmamverdili
Qaralılar (əvvəlki adı: İkinci İmamverdili) — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Beyləqan rayonunun Bünyadlı kənd Sovetinin İkinci İmamverdili kəndi Qaralılar kəndi adlandırılmış və Bünyadlı kənd Sovetinin tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qaralılar kənd Soveti yaradılmışdır. == Toponimikası == XX əsrin 90-cı illərinədək rayonun ərazisində Birinci və İkinci İmamverdili adı ilə iki kənd olmuşdur. 1991-ci ildən İkinci İmamverdili kəndi Qaralılar adı ilə rəsmiləşdirildikdən sonra Birinci İmamverdili kəndi də İmamverdili adlandırılmışdır. Yaşayış məntəqələri imamverdili nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. == Coğrafiyası və iqlimi == Kənd Mil düzündə yerləşir.
İkinci İpək
İkinci İpək — Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 1 dekabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
İkinci Şahsevən
İkinci Şahsevən — Azərbaycan Respublikasının Beyləqan rayonunun İkinci Şahsevən kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == İkinci Şahsevən kəndi Beyləqan rayonunun eyniadlı i.ə.v.-də kənd. Düzənlikdədir. Yaşayış məntəqəsi Qarabağda məskunlaşmış şahsevən tayfa birliyinə mənsub ailələrin saldıqları kəndlərdəndir. Oykonimin birinci komponenti bu kəndi Ağcabədi rayonundakı eyniadlı (Birinci Şahsevən) kənddən fərqləndirməyə xidmət edir.
İkinci Şıxlı
İkinci Şıxlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Düzənlikdədir. 1950-ci ildə r-nun ərazisindəki Sarıvəlli və Dəllər (Hüseynoğlu) kəndlərinin genişlənərək birləşməsi nəticəsində yaranmış bu yaşayış məntəqəsi yaxınlığındakı eyniadlı kəndin adı ilə Şıxlı adlandırılmış, sonralar bu kəndlər birinci və ikinci komponentləri ilə fərqləndirilmişdir. Oykonimin ikinci komponenti etnotoponimdir. == Tarixi == İkinci Şıxlı kəndi düzənlikdə yerləşir. 1950-ci ilə qədər mövcud olmuş Sarıvəllı və Dəllər kəndlərinin genişlənərək birləşməsi nəticəsində yaranmış və İkinci Şıxlı adlandırılmışdır. Kənd Gürcüstanla sərhəddə, Qazax rayonu mərkəzindən 34 kilometr aralıqda yerləşir. Gəncə arxeoloji ekspedisiyası tərəfindən aparılan qazıntılar zamanı Kürlə Anaxatır (Xrami) çayının birləşdiyi yerdə qədim şəhərin xarabalıqları aşkar edilmişdir. Arxeoloqların rəyinə görə, xarabalıqlar bu vaxtadək Tovuz rayonu ərazisində lokalizə edilən Xunan şəhərinə aiddir (1↑ В Азербайджане обнаружен старинный город (рус.), Day.Az (18 мая 2011). Bundan əlavə kənd özü də çox qədimdir.
İkinci Əlicanlı
İkinci Əlicanlı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Girvan düzündə yerləşir. Qarabağdan gəlmə ailələrin məskunlaşması nəticəsində yarandığından Qarabağ Alıcanlısı da adlanır. Oykonimin birinci komponenti ərazidəki Alıcanlı adlanan yaşayış məntəqələrini bir-birindən fərqləndirməyə xidmət edir. == Din == Kənddə 2-ci Alıcanlı kənd məscidi dini icması fəaliyyət göstərir.
İkinci Ərəbcəbirli
İkinci Ərəbcəbirli — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Yaşayış məntəqəsi r-nun ərazisində məskunlaşmış ərəbcəbirli tayfasına məxsus kəndlərdəndir. Rayon mərkəzindən 4 km qərbdə, Ağdaş – Göyçay avtomobil yolu üzərində yerləşən kənd. == Tarixi == Göyçay rayonunun ərazisində Azərbaycanın tarixi keçmişini əks etdirən bir sıra abidələr vardır. Rayonun Ərəbcəbirli kəndi ərazisində XII-XIV əsrdə inşa edilmiş və Ərəb xilafəti dövrünə aid Surxay qalası, İnçə və Ərəbcəbirli kəndləri ərazisində tapılmış və bizim eradan əvvəl II əsrə aid küp qəbirlərinin qalıqları bu ərazidə qədim dövrlərdə insan məskənlərinin mövcud olduğunu sübut edir. 15 aprel 2005-ci ildə Azərbaycan Respublikasının Prezidentinin qanunu ilə Birinci Ərəbcəbirli, İkinci Ərəbcəbirli və Mirzəhüseynli kəndləri Şəhadət kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq, İkinci Ərəbcəbirli kəndi mərkəz olmaqla, İkinci Ərəbcəbirli kənd inzibati ərazi dairəsi yaradılmışdır. 2011-ci il oktyabr ayının 19-da Göyçay rayonunun Qaraməryəm və Ərəbcəbirli kəndlərinə ilk dəfə olaraq təbii qaz verilmişdir. == Toponimikası == İkinci Ərəbcəbirli oyk, mür. Göyçay rayonunun şəhadət inzibati ərazi vahidində kənd.
İkinci sofistika
İkinci sofistika və ya yeni sofistika — sofistika dövrlərindən biri. Əsas nümayəndələri Samosatalı Lukian və Flavi Filostrat olmuşdur. II əsrin əvvəlindən, yəni Antoninlərin "qızıl dövrü"ndən IV əsrin sonuna qədərki dövrü əhatə edir. İkinci sofistikanın nümayəndələri adətən Filostratın "Sofistlərin bioqrafiyası" kitabında bəhs etdiyi filosoflar hesab olunurlar. Bəzi tədqiqatçılar hesab edirlər ki, ikinci sofistika b.e. I əsrinin əvvəllərinə gedib çıxır. Yeni sofistika dövrünü V əsrdən başlayaraq üçüncü sofistika dövrü, digər adı ilə Bizans ritorikası izləmişdir. İkinci sofistikanın nümayəndələri xüsusi boşluqları ilə seçilirdilər, çünki onların dövründə fəlsəfə çox yüksək ehtiramla qarşılanırdı, Roma hökmdarları sofistləri hər formada təşviq etməyə çalışırdı. Məsələn, Eli Aristid yuxuda ona tanrının göründüyünü və ona dahi olaraq Platon və Demosfenə bərabər olduğunu elan etdiyini söyləmişdir. Odur ki, ikinci sofistika ümumiyyətlə Demosfen və Platonun tərənnümü ilə xarakterizə olunur.
İkinci Qala
İkinci Qala — Bakı şəhərinin Əzizbəyov rayonunun Qala qəsəbə inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Bakı şəhərinin Əzizbəyov rayonunun Qala qəsəbə inzibati ərazi vahidi tərkibindəki İkinci Qala qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi Böyük Vətən müharibəsindən sonrakı illərdə Bakı-Sabuncu dəmir yolu xəttindəki stansiya əsasında yaradılmış və Qala qəsəbəsindən fərqləndirmək üçün İkinci Qala adlandırılmışdır.
İkinci Qaradəmirçi
İkinci Qaradəmirçi — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == İkinci Qaradəmirçi Bərdə r-nunun Qaradəmirçi i.ə.v.-də kənd. Qarabağ düzündədir. Oykonimin birinci komponenti r-nun ərazisində qaradəmirçi tayfasının məskunlaşdığı eyniadlı yaşayış məntəqələrini fərqləndirməyə xidmət edir.
İkinci Qaralı
İkinci Qaralı — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yaşayış məntəqəsi rayonun ərazisində məskunlaşmış qaralı tayfasının saldığı kəndlərdən biridir. == Coğrafiyası və iqlimi == Kənd Cənub-Şərqi Şirvan düzündədir.
İkinci simfoniya
İkinci simfoniya (Qara Qarayev)
Diziçə
Diziçə — İranın İsfahan ostanının Mübarəkə şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 17,966 nəfər və 4,759 ailədən ibarət idi.
Amblyseius irinae
Amblyseius irinae (lat. Amblyseius irinae) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius irinae Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
İgençe (Avurğazı)
İgençe (başq. Игенсе, rus. Игенче) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Türümbət kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 18 km, kənd sovetliyindən (Türümbət): 7 km. ən yaxın dəmiryol stansiyasından (Dövləkən stansiyası): 47 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (94%) üstünlük təşkil edir.
İqençe (Auırqazı)
İgençe (başq. Игенсе, rus. Игенче) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Türümbət kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 18 km, kənd sovetliyindən (Türümbət): 7 km. ən yaxın dəmiryol stansiyasından (Dövləkən stansiyası): 47 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (94%) üstünlük təşkil edir.