Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kemetizm
Kemetizm (q.misir kmt sözündən – Kemet), neterizm ("nṯr" sözündəndən; qibt. ⲛⲟⲩⲧⲉ, hərf. "tanrı") və ya Kemet paqanizmi — 1970-ci illərdə ortaya çıxan qədim Misir dininin, klassik və son antik dövrdə bununla bağlı din ifadələrinin dirçəlişi və neopaqan din. Bir neçə əsas qrup var ki, onların hər biri öz inanclarına fərqli yanaşır. Bunlar eklektikdən rekonstruksionizmə qədər fərqlənir. Bunların hamısının üç növə aid olduğu müəyyən edilir: yenidən qurulmuş kemetizm (filoloji və elmi yanaşmanı qəbul edir), sinkretik yanaşma və monoteizmə meyl edən daha yeni sintez olan Kemet ortodoksluğu. == Həmçinin bax == Misir mifologiyası Dinlərin siyahısı Hermetizm == İstinadlar == == Əlavə ədəbiyyat == Marilyn C. Krogh; Brooke Ashley Pillifant, Kemetic Orthodoxy: Ancient Egyptian Religion on the Internet: A Research Note, Sociology of Religion (2004). Ellen Cannon Reed, Circle of Isis: Ancient Egyptian Magic for Modern Witches (2002), ISBN 978-1-56414-568-0. J. G. Melton, Encyclopedia of American Religions, 5th ed., Detroit (1996). Wilkinson, Richard H. The Complete Gods and Goddesses of Ancient Egypt. Thames & Hudson.
Passiflora kermesina
Passiflora kermesina (lat. Passiflora kermesina) — qonaqotukimilər fəsiləsinin qonaqotu cinsinə aid bitki növü.
Macar Klementina
Macar Klementina (fr. Clémence de Hongrie; 8 fevral 1293, Neapol – 13 oktyabr 1328, Paris) — Fransa kralı X Lüdovikin ikinci xanımı, Fransa kraliçası. Atası Neapol kralı II Karlın böyük oğlu və Macarıstanın de-yure kralı Anjulu Karl Martel, anası isə Almaniya kralı I Rudolfun qızı Klemensdir. Hər iki valideynini uşaq yaşlarında itirən Klementina nənəsi Macarıstanlı Mariyanın himayəsində böyüdü. Ailəsi Macar taxtı üzərində haqq iddia etdiyi üçün, Neapolda doğulsa da, Klementina əsl macar əsilzadəsi kimi böyüdüldü. 19 avqust 1315-ci ildə yenicə Fransa kralı olan X Lüdoviklə evləndirildi. Kralın ilk xanımı Burqundiyalı Marqarita adı Nesl skandalında hallandığı üçün qaynatası tərəfindən həbs edilmiş, buna baxmayaraq əri taxta çıxdığı üçün tacqoyma mərasimi keçirilməsə də, faktiki olaraq Fransa kraliçası olmuşdu. Ancaq cəmi bir neçə ay sonra həbs tutulduğu Normandiyadakı Qaylard qalasında şübhəli vəziyyətdə öldü və ya öldürüldü. Burqundiyalı Marqaritanın ölümündən cəmi 5 gün sonra kralla evlənən Klementina, 24 avqustda Reymsdə keçirilən təntənəli tacqoyma mərasimiylə Fransa kraliçası elan edildi. Ancaq cəmi bir il sonra - 5 iyun 1316-cı ildə X Lüdovik geridə oğul övladı olmadan vəfat etdi.
Trichilia emetica
Trichilia emetica (lat. Trichilia emetica) meliekimilər fəsiləsinin trichilia cinsinə aid bitki növü.