Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Katarakta
Katarakta və ya Mirvari suyu — göz büllurcuğunun görmə qabiliyyətinin zəifləşməsinə və korluğa səbəb olan donuqlaşması ilə nəticələnən göz xəstəliyidir. Katarakta bəbəyin arxasında yerləşən və görməmizdə vacib rol oyanayan büllurun şəffaflığını itirərək bulanıqlaşması və tədricən görmənin itməsinə səbəb olan xəstəlikdir. Yunan dilindən tərcümədə katarakta – "şəlalə" deməkdir. Qədim yunanlar belə hesab edirdilər ki, katarakta zamanı bəbəyin bulanıq boz rəngi onun üzərinə şəlalə kimi düşən və görməni zəiflədən pərdə ilə bağlıdır. Kataraktalı xəstə ətrafa sanki "çirkli pəncərə" arxasından baxır. Xəstəliyin son həddində gözün rəngi mirvariyə oxşadığından, xalq arasında kataraktaya "Mirvari suyu" da deyilir. Katarakta yaşla bağlı yaranan xəstəlik olub, əsasən orta yaşdan yuxarı şəxslərdə rast gəlinsə də- yenidoğulmuşlarda, şəkərli diabet xəstələrində, göz nahiyyəsindən travma alan şəxslərdə, uzun müddət kortizolla müalicə alan xəstələrdə də yarana bilər. Əlamətləri: • Görmənin tədricən zəifləməsi • İşığa həssaslığın artması (gözlərin qamaşması) • İkili görmə • Oxumanın çətinləşməsi • Gecə görmənin zəifləməsi • Rəngləri solğun və ya sarımtıl görmə • Göz önündə ləkələrin görünməsi • Eynək nömrələrinin sürətlə dəyişməsi Bulanıqlığın büllurun hansı hissəsindən başlanmasından asılı olaraq klinikada bəzi dəyişikliklər ola bilər. Belə ki, bulanıqlıq büllurun mərkəzində yerləşdikdə (nüvə kataraktası) uzağı görmə zəifləyir, əşyalar dumanlı görünür. Belə xəstələr axşamlar gündüzə nisbətən daha yaxşı görür.
Katara
Katara (çin. 卡塔拉 Kǎ Tǎ Lā) — Avatar: Aanq haqqında əfsanə cizgi serialın və Axırıncı hava maqı filmin əsas personajlardan biri; Korra əfsanəsi cizgi serialın personajı. Birinci serialın əvvəlində Katara Cənub qütbdə tək bir su maqı idi. == Yaradılması və konsepsiyası == Yayılmamış pilot seriyasında Kataranın adı Kia (ing. Kya) idi. Nickelodeon-un hüquq şöhbəsi həmin adın bir video oyunda artıq işləndiyini öyrənəndə ona veto qoymuşdu. Bundan sonra Kanna adı təklif olunub, amma o daha sonra Kataranın nənəsi üçün işlənilib. Kia isə Kataranın anası olub. The Women of Avatar: The Last Airbender xüsusi buraxılışda Maykl Dante DiMartino və Brayan Konietzko deyiblər ki, Katara serialın Deyteraqonistidir və hekayə onun baxışından danışılır.
Eksudativ-kataral diatez
EKD ətraf mühitin qıcıqlarına qarşı dəri və selikli qişalarda baş verən dəyişikliklərlə təzahür edən uyğunlaşma pozuntusudur. O, mədə-bağırsaq traktının fermentativ sisteminin yaş xüsusiyyətləri, immun sisteminin vəziyyəti və ətraf mühitin orqanizmə təsiri ilə əlaqədardır. Bətndaxili inkişafa mənfi təsir edən amillər – dölün hipoksiyası, mərkəzi sinir sisteminin perinatal zədələnməsi, infeksion xəstəliklər, çoxsaylı medikamentoz müalicələr, qidalanmanın xarakteri EKD yaradan səbəblərdəndir. Bu zaman genetik faktor da mühüm əhəmiyyət kəsb edir və çox hallarda EKD-li körpələrin valideynləri də uşaq ikən bu vəziyyətdən əziyyət çəkirlər. == Kliniki əlamətləri == EKD-li uşaqlarda həyatın ilk həftələrindən dəridə davamlı bişməcələr, dərinin quru və avazımış olması, başın tüklü hissəsində çətin təmizlənən qartmaq, yanaqların dərisinin qızarması və qabıqlanması (bu, soyuq havanın təsirindən daha da kəskinləşir), içərisinə maye yığılan və qaşınan düyüncüklər və artıq çəki müşahidə oluna bilər. Eyni zamanda gözlər, bronxlar, ağız boşluğu, mədə-bağırsaq sisteminin selikli qişaları da bu prosesə cəlb oluna bilir. EKD-li uşaqlarda kliniki əlamətlərin kəskinləşməsi qidalanmanın pozulması və bəzən də iqlim şəraiti səbəbindən baş verir. == EKD-nin profilaktikası == EKD-nin profilaktikaslna ilk növbədə hamiləlik dövründə başlamaq məsləhətdir. Bunun üçün gələcək ana öz qida rasionundan allergenləri mümkün qədər çıxarmalı, ginekoloq isə dölün bətndaxili inkişafına nəzarət etməlidir. Uşağı doğum evindən evə gətirən andan onu əhatə edən mühitdəki allergenləri mümkün qədər aradan qaldırmaq lazımdır.