Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Korrelyat çöküntülər
Korrelyat çöküntülər (rus. коррелятные отложения, ing. correlative sediments) — dağların parçalanması hesabına onların ətəyində toplanan çöküntülər, skulptur relyeflə bir vaxtda yaranır. Adətən K. ç. parçalanma mənbəyinə yaxın sahələrdə kobud çöküntülərin toplanması, nisbətən xırda dənələrin daha uzaqlara aparılması ilə əlaqədar zonal quruluşa malik olur. K. ç. görə skulptur relyefin yaşı və inkişaf tarixi təyin edilir.
Korreya Pinto
Korreya Pinto (port. Correia Pinto) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2008-ci il məlumatlarına əsasən bələdiyyənin əhalisi 14838 nəfərdir. Ərazisi 651,614 кm²-dir. Əhalinin sıxlığı 26,1 nəfər/кm²-dir. Bələdiyyə 10 may 1982-ci ildə yaradılmışdır.
Ulisseş Korreya i Silva
Joze Ulisseş de Pinya Korreya i Silva (port. José Ulisses de Pina Correia e Silva; 4 iyun 1962, Praya) — kabo-verdeli iş adamı və siyasətçi, 22 aprel 2016-cı ildən etibarən Kabo-Verde Baş naziri. Demokratiya Uğrunda Hərəkat Partiyası 20 mart 2016-cı ildə təşkil olunmuş parlament seçkilərində qalib gəldi və o, Baş nazir vəzifəsinə başladı. == Həyatı == Silvia 1988-ci ildə Lissabon Texniki Universitetinin İqtisadiyyat və Biznes İdarəetmə fakültəsini bitirib. == Fəaliyyəti == Silva fəaliyyətinə bank sektorunda başladı. 1989–1994-cü illərdə Kabo-Verde Bankında idarəetmə direktoru kimi çalışıb. Kabo-Verde Jan Piaje Universitetində müəllim kimi dərs deyib. Silva Kabo-Verde hökumətində 1995–1998-ci illərdə Maliyyə məsələləri üzrə dövlət katibi və 1999–2001-ci illərdə Maliyyə Naziri vəzifələrində çalışıb. 2008-ci ildə Praia bələdiyyə başçısı seçildi və 2013-cü ildə yenidən bu vəzifəyə təyin olundu. Silva 2013-cü ildə DUH-ın Prezidenti oldu.