Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Drambon
Heyvalı (əvvəlki adı: Drombon və ya Drmbon) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Heyvalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Drombon kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Drmbon kəndi Heyvalı kəndi adlandırılmışdır. == Tarixi == XIX əsrdə Cənubi Azərbaycandan gəlmiş erməni ailələri burada yerləşdikdən sonra kənd Drmbon (Heyvalı toponimindən erm.-yə kalkadır) kimi rəsmiləşdi. 1992-ci ildə kəndin keçmiş adı bərpa edildi. Oykonim "heyva ağacları olan yer" mənasındadır. Heyvalı kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Heyvalı kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. Heyvalı kəndi Birinci Qarabağ müharibəsi zamanı 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmiş, 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Azərbaycan nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.
Baccharis ramboi
Baccharis ramboi (lat. Baccharis ramboi) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Dalton Trambo
Daltron Trambo (ing. Dalton Trumbo; 9 dekabr 1905[…] – 10 sentyabr 1976[…], Los-Anceles, Kaliforniya) — ssenarist, yazıçı, rejissor. == Həyatı == Ceyms Dalton Trambo 1905-ci ildə Koloradoda anadan olmuşdur. Hələ məktəbdə oxuduğu illərdə yerli qəzetlərin birində müxbir kimi fəaliyyət göstərir və orada müxtəlif mülki təşkilatların işini işıqlandırırdı. O, hələ Kolorado Universitetində oxuyarkən də jurnalistlik işini davam etdirirdi. Trambo öz sənətini peşəkarlıq səviyyəsinə "Vogue" jurnalı ilə əməkdaşlığı zamanı çatdırmışdır. Onun ilk mətbu əsəri sosrealizm janrında yazılmış "Tutqunluq" idi və bu qəzet məhsulu Kolorado ştatının geridə qalmış sadə əhalisinin həyatından bəhs edirdi. Dalton Trambo kinematoqrafla 1936-cı ildən əlaqə saxlamağa başlasa da artıq XX əsrin 40-cı illərində o, Hollivudun ən tanınmış müəlliflərindən biri idi. Dalton Trambonun antihərbi romanı olan "Conni silah götürdü" əsəri 1939-cu ildə Milli ədəbi mükafat (National Book Award) qazanmışdır. Trambo 40-cı illərdə ABŞ-nin kommunist partiyasına qoşulmuşdur.
Yambol vilayəti
Yambol vilayəti (bolq. Област Ямбол) — Bolqarıstanın cənub-şərq zonasında yerləşən vilayət. Sahəsi 3333.5 Km2 olan Yambol vilayətinin əhalisi, 2011-ci ilə olan məlumata görə 131 447 nəfərdir. == İnzibati əraziləri == Yambol vilayəti 5 icmadan ibarətdir. Yambol vilayətinin inzibati paytaxtı Yambol şəhəridir. == Əhalisi == Yambol vilayətinin əhalisinin 86.85 faizi milliyətcə bolqar, 8.48 faizi isə milliyətcə qaraçıdır.
Lui-Nikola Klerambol
Lui-Nikola Klerambo (fr. Louis-Nicolas Clérambault; 19 dekabr 1676, Paris — 26 oktyabr 1749, Paris) —fransız bəstəkarı. == Həyatı == Məşhur fransız bəstəkarı Klerambo 1676-cı ildə Parisdə-anadan olmuş, 1749-cu ildə orada vəfat etmişdir. 13 yaşından musiqi bəstələməyə başlamışdır. Sonralar «Səisir» adlı kral sarayında ortaq çalan işləmişdir. O dövrünün ən məşhur musiqişünası idi. O, «Buludları fəth edən günəş» operasının və «İki süitalı orqan kitabı» adlı ikicildlik əsərin müəllifidir. Klerambo saray və opera üçün kantatalar da bəstələmişdir. Bunlar XIV Lüdovikin sarayında böyük müvəffəqiyyətlə səsləndirilmişdir. Onun beş əsəri çap olunmuşdur.
Rambo (kommuna)
Rambo (fr. Rambaud, oks. Rambaud) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. La-Bati-le-Nyov kantonuna daxildir. INSEE kodu — 05113. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 361nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 234 nəfər (15-64 yaş arasında) arasında 175 nəfər iqtisadi cəhətdən fəal, 59 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74,8%, 1999-cu ildə bu göstərici 69.0%). Fəal 165 nəfərdən (87 kişi və 79 qadın), 9 nəfər işsizdir (7 kişi və 2 qadın).
Rambo Amadeus
Rambo Amadeus — Monteneqroda keçirilən milli seçim turlarında "Avroviziya-2012" təmsilçisi Rambo Amadeus seçilib. Əsl adı Antoniye Puşiç (Antonije Pušić) olan Rambo Amadeus 1963–cü ildə doğulub. Təmsilçi bildirib ki, müsabiqədə iştirak etməkdə əsas məqsədi Monteneqronu brend, turizm ölkəsi kimi tanıtmaqdır. O, Euro Neuro mahnısını ifa edib.
Kambon küçəsi (Paris)
Kambon küçəsi (fr. Rue Cambon) — Parisin I arrondissementinəaid məşhur küçələrindən biri. Küçə fransız içtimayi və siyasi xadimi Milli Konventin sədri olmuş Pyer Jozef Kambonun şərəfinə adlandırılmışdır. 1910 cu ildə Kambon küçəsi (fr. Rue Cambon) 21 ünvanında, "Chanel Modes" atelyesini açır.