Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ləpui
Ləpui-İranın Fars ostanının Şiraz şəhristanının Zərqan bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,975 nəfər və 1,333 ailədən ibarət idi.
Lepus
Dovşan (lat. Lepus) — dovşanlar fəsiləsinə aid məməli cinsi.
Lepus americanus
Amerika ağ dovşanı (lat. Lepus americanus) dovşanlar fəsiləsinin dovşan cinsinə aid məməli növüdür. == Yarımnövləri == Lepus americanus americanus Lepus americanus bairdii Lepus americanus cascadensis Lepus americanus dalli Lepus americanus struthopus Lepus americanus virginianus == Yeməlnmə == Bala dovşanın anasından 30-45 gün süd əmməsi lazımdır. Burada onların kifayət qədər süd əmmələri çox əhəmiyyətlidir, çünki ana südü ilə lazımi immunitet əldə edilər. Balalar bu immunitet ana südündən başqa heç bir qidadan götürə bilməzlər. Burada süd yalnız dovşan südü olmalıdır. Dovşan balaları 15 gündəlik olduqdan sonra ana südü ilə birgə quru yonca-quru saman və pelet yeyirlər. Dovşanların bəslənməsində digər bir məsələ onlara tərəvəz və meyvə vermənin zamanıdır. Bu qidalar sulu qida olduqlarından 3 aylıq yaşdan əvvəl verilmələri uyğun olmaz. Çünki həzm sisteminin inkişafı tam olaraq reallaşmamışdır.
Lepus brachyurus
Yapon dovşanı (lat. Lepus brachyurus) — Dovşanlar fəsiləsinə aid növ. Yaponiya adalarında yayılmış endemik canlı. == Görünüşü == Yapon dovşanı əsasən kiçik ölçülü dovşanlara aiddir. Onların çəkisi 2,5 kq təşkil edir. Rəngi parlaq qırmızı-qəhvəyidən tünd boz-qəhvəyi çalarlarında ola bilir. Ağ ləkələr isə baş və ayaq nahiyələrində rast gəlinir. Şimal adalarında yayılmış yarımnövlərdə mövsümü dimorfizm müşahidə edilir. Beləki, qış ayları xəzi ağ rəngə bürünür. == Yayılması == Onların yayılma sərhədləri əsasən yapon adaları daxilində yerləşir Honşu, Şikoku, Kyuşu, Sado, Oki adaları, Avaci.
Lepus europaeus
Boz dovşan və ya Adi dovşan (lat. Lepus euporaeus) dovşanlar fəsiləsindən (lat. Leporidae) olan məməli növüdür. == Xarici görünüşü == Bədən uzunluğu 57 – 68 sm, çəkisi 4 – 6 kq-a, nadir hallarda 7 kq çatır. Ən iri fərdləri arealın şimal və şimal – şərq hissələrində qeydə alınır. Xarici görünüşcə boz dovşan daha uzun qulaqları (9,4 – 14 sm) və üst tərəfdən qara və ya qaramtıl – qonur rəngli uzun pazşəkilli quyruğu ilə (7,2 – 14 sm) ağ dovşandan asanlıqla ayırd edilir. Gözləri qırmızımtıl – qəhvəyi rəngdədir. Ağ dovşanla müqayisədə arxa ətrafları daha uzundur, lakin pəncələri qısa (pəncənin uzunluğu 13,6 – 18,5 sm) və dardır. Bunun səbəbi adi dovşanın qar örtüyünün çox olmadığı ərazilərdə yayılmasıdır. Yay tük örtüyü sarımtıl – boz, qonur, qəhvəyi, sarımtıl – qırmızı və ya zeytuni – qonur olur.
Xəfif ləpə
Xəfif ləpə (rus. рябь, ing. ripple) — küləyin təsiri altında dalğalanmanın başlanğıc forması. Dənizin hamar səthi kələ-kötürlənir və sanki pulcuqlarla /kapilyar sularla/ örtülür. Ləpələr uzun müddət qalmır, və küləyin sürəti artdıqca qravitasion dalğaya çevrilir.
Gecux
Gecux — Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kəndlərdən biridir. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıya alınması zamanı kənddə 6,367 nəfər yaşayırdı və onların 4,585 nəfəri etnik azərbaycanlılar idi.
Hecux
Gecux — Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kəndlərdən biridir. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıya alınması zamanı kənddə 6,367 nəfər yaşayırdı və onların 4,585 nəfəri etnik azərbaycanlılar idi.
Ledum
Rododendron (lat. Rhododendron) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinə aid bitki cinsi. == Maraqlı faktlar == Bu bitki Nepalda ölkənin milli bitkisi hesab olunur.
Lepel
Lepel (belar. Лепель) — Belarusda şəhər. Vitebsk vilayətində yerləşən şəhər Lepel rayonunun inzibati mərkəzidir. Şəhər ölkənin paytaxtı olan Minsk şəhərindən 155 km, vilayətin mərkəzi olan Vitebsk şəhərindən isə 110 km məsafədə yerləşir.
Lexus
Lexus – Yaponiya avtomobil istehsalçısı Toyotanın lüks avtomobil bölməsi. Lexus brendi dünyanın 90-dan çox ölkə və ərazisində satılır və Yaponiyanın ən çox satılan premium avtomobil markasıdır. Bazar dəyərinə görə Yaponiyanın 10 ən böyük qlobal markası arasında yer alıb. Lexus-un baş ofisi Yaponiyanın Naqoya şəhərində yerləşir. Mərkəzləri isə Brüssel, Belçika və Plano, Texas, ABŞ-də yerləşir. 2005-ci ildən etibarən Yaponiyada satılmağa başlamışdır. 1989-cu ildə ilk çıxdığından bəri, Lexus avtomobillərini dözümlü, möhkəm və yüksək keyfiyyətdə təqdim etdiyi üçün müştərilərin etibarını qazanmışdır. 2006-cı ildə JD Power and Associates Vasitələrin Etibarlılığı Araşdırmasına əsaslanaraq Lexus markasını ABŞ-də ən dözümlü və möhkəm avtomobil istehsal edən marka seçdi. Lexus bu mükafatı 12 il ardıcıl olaraq qazanmışdır.
Linux
Linux – (/ˈlɪnəks/ LIN-uks və ya /ˈlaɪnəks/ LYN-uks kimi də tələffüz oluna bilər, azərb. Linuks‎) açıq kodlu, sərbəst paylanan, Unix bənzəri bir əməliyyat sistemidir. GNU GPL lisenziyası ilə əməliyyat sistemi pulsuz paylanıla, dəyişdirilə və istifadə oluna bilər. Linux sözünü ilk dəfə 5 oktyabr 1991-də internetdə yayıımladığı bir mesajda Linus Torvalds tərəfindən işlədilib. Linux Unix bənzəri bir əməliyyat sistemi olmasına baxmayaraq Unix ilə heç bir ortaq kodu yoxdur. Yəni, Linux sıfırdan yaradılıb. Əslində Linux əməliyyat sistemi nüvəsidir. Linux-un əsl adı GNU/Linux-dur. Deyilməsi rahat olduğu üçün hamı GNU/Linux yox, məhz Linux kimi təfəffüz edir. Linux superkompüterlərdə, masaüstü kompüterlərdə, dizüstü kompüterlərdə, ağıllı telefonlarda, planşetlərdə, yeni nəsil televizorlarda və s.
Petux
Petux və ya xoruz (rus. петух), həmçinin keçi və ya kozyol (rus. козёл), çmo (rus. чмо), mavi və ya qoluboy (rus. голубой), incidilmiş, küsdürülmüş, sındırılmış, pərt olunmuş, "obıjenniy" (rus. обиженный) — cinayət jarqonunda həbsxana iyerarxiyasında ən aşağı səviyyəni tutan şəxsi, passiv homoseksualı və ya adətən məhbus etikasının kobud şəkildə pozulmasına görə zorla homoseksual cinsi əlaqəyə girmiş şəxsi ifadə edən anlayış. "Petux" həmçinin, Azərbaycanda homoseksuallara qarşı istifadə edilən təhqiredici sözdür. == Hüquqi baxımdan == 2015-ci ilin iyununda Avropa İnsan Hüquqları Məhkəməsi Rusiyanın ən yüksək rejimli koloniyalarından birində cəza çəkən, islah müəssisəsində mövcud olan həbsxana iyerarxiyasına qarşı çıxış edən məhbusun şikayətini qəbul etmişdir.
Sebayaşi xəfif ləpə nişanələri
Sebayaşi xəfif ləpə nişanələri (瀬林の漣痕, Sebayaşi no renkon) – Yaponiyanın Qunma prefekturasının Kanna qəsəbəsinin yaxınlığında yerləşən təbiət abidəsi. Dağ uçurumundakı bir divarda yerləşən qədim xəfif ləpə nişanələrindən və 50-yə yaxın dinozavr izindən ibarətdir. == Tarixi == Sebayaşi xəfif ləpə nişanələri Kanna qəsəbəsinin 299-cu magistralı boyunca davam edən Sezanami-iva adlı dağ uçurumu divarında yerləşir. Nişanələr ilk dəfə 1953-cü ildə yol tikintisi zamanı kəşf edilmişdir. Kəşf edildiyi zaman sadəcə qədim xəfif ləpə nişanələrindən ibarət olduğu düşünülürdü. Yaxınlığında yerləşmiş keçmiş bir kəndin adı ilə Sebayaşi xəfif ləpə nişanələri adlandırılmışdır. 23 iyul 1965-ci ildə təbiət abidəsi elan olunmuşdur. Qaya 1957-ci ildə Qunma Universitetinin alimləri tərəfindən araşdırılmış və xəfif ləpə nişanələrinin yanında "qəribə dəliklər"in olduğu bildirilmişdir. 1985-ci ildə ildə aparılmış araşdırmalar nəticəsində bu dəliklərin dinozavrların ayaq izləri olduğu məlum olmuşdur. Bu, Yaponiyada kəşf edilmiş ilk dinozavr izləri kimi tarixə düşmüşdür.
Lapu-Lapu
Lapu-Lapu (taqal Lapu-Lapu: 1492, Maktan adası, Mərkəzi Visay[d] – 1542, Maktan adası, Mərkəzi Visay[d]) — Maktan adasından olan tayfa başçısı (Visay adaları, Filippin). İspan koloniyalaşdırmasına qarşı mübarizə aparan ilk şəxs. Fernan Magellanı öldürmüş şəxs. == Maktan döyüşü == Fernan Magellan Sebu adasının tayfa başçısı ilə anlaşma işzalayır. anlaşmaya görə adalılar İspaniyaya bac verməli, xristianlığı qəbul etməli idilər. Ancaq Maktan adasında tayfa başçısı olan Lapu-Lapu bu şərtləri qəbul etməmişdir. 1521-ci il 27 aprel tarixində ada sahilində Maktan döyüşü baş vermişdir. Döyüş Fernan Magellanın rəhbərlik etdiyi ispan ekspedisiyası ilə yerli əhali arasında baş verir. Bu döyüşdə yerli əhalinin döyüşçüsü Lapu-Lapu döyüş əsnasında Magellanı öldürmüşdür.
LERU
Avropa Tədqiqat Universitetləri Liqası (ing. League of European Research Universities, qısa LERU) — Avropa aparıcı elmi tədqiqat universitetlərinin birliyi. Təhsildə və elmi fəaliyyətdə yüksək nəticələr əldə etmək üçün bilik və təcrübə mübadiləsi, fundamental tədqiqatlar aparmaq və beynəlxalq aləmdə Avropa universitetlərinin rəqabət qabiliyyətini artırmaq naminə yaradılıb.. Mənzil-qərargahı Belçikanın Lyöven şəhərində yerləşir. 2009-cu ildən LERU-nun baş katibi professor Kurt Deketelerdir == Tarixi == LERU 2002-ci ildə Avropanın 12 universitetinin təşəbbüsü ilə yaradılıb. 2010-cu ildə birlik üzvlərinin sayı 21-ə çatıb. == LERU statistikası == 550 min tələbə, həmçinin 50 min doktorant; Magistrlərə 55 min, doktorlara 12 min təqaüdün ayrılması; Ümumi tədqiqat büdcəsi — 5 milyard avro; Qrantların ümumi həcmi 300 milyon avro; Tədqiqatları və ya təhsili LERU universitetləri ilə bağlı olan 230 Nobel mükafatı və Fildsov mükafatı laureatı; 55 min nəfər professor-müəllim heyəti.
Lebu
Lebu — Çili şəhəri. Əhalisi 25.096 nəfərdir (2002).
ArchLabs Linux
ArchLabs və ya ArchLabs Linux — Arch Linux bazalı Linux əməliyyat sistemidir. Əsas masaüstü mühiti kimi Openbox pəncərə menecerindən istifadə edir. ArchLabs 25 iyul 2017-ci il tarixində DistroWatch saytının online məlumat bazasına əlavə edilib. Distrubitivin adı onun yaradıcılarının sevimli əməliyyat sistemləri olan Arch Linux və BunsenLabs Linux əməliyyat sistemlərinin adlarındakı "Arch" və "Labs" sözlərinin birləşməsindən yaradılıb.
Canis lupus
Adi canavar (lat. Canis lupus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü. Bədənin uzuqluğu 100–140 santimetr, quyruğun 30–50 santimetr, hündürlüyü 80–100 santimetr. Çəkisi 30–80 kiloqram. Başı və sifəti uzunsovdur, dişləri iti, böyük qılıqcıqlıdır. Qulaqları dik və sivridir. Çox itil iybilmə qabiliyyəti vardır, onlar 1,5 kilometr məsafədən iyi hiss edə bilirlər. Tükü boz, qışda yaya nisəbətən daha qalın olur. Erkək canavar dişidən iridir. Azərbaycanın bütün ərazisi boyu canavarların yaşayış məskənləri vardır.
Kali Linux
Kali Linux — Debian əsaslı təhlükəsizliyin yoxlanılması üçün nəzərdə tutulmuş əməliyyat sistemidir. Kali Linux BackTrack tərtibatçıları tərəfindən 2013-cü ildə yaradılmışdır. Hal-hazırda da dəstəklənməkdədir. Masaüstü mühiti olaraq BackTrack-dəki kimi KDE seçimi yoxdu. İstifadəçilər ancaq GNOME masaüstü mühitindən istifadə edə bilər. == Alətlər == BackTrack-dəki bütün alətlər və sonradan əlavə olunanlarla birlikdə Kali Linux-da işləmək üçün 300-dən çox alət var. == Platforma dəstəyi == Kali Linux ARM platformasını dəstəkləyir. Sistem Rasberry Pi, BeagleBone Black, HP Chromebook, CubieBoard 2, CuBox, CuBox-i, EfikaMX, Odroid U2, Odroid XU, Odroid XU3, Samsung Chromebook, Utilite Pro, Galaxy Note 10.1, və SS808 kimi cihazlarda işləyə bilir.
Klod Leluş
Klod Leluş (fr. Claude Lelouch) — fransız kino rejissoru, ssenarist, operator, aktyor və prodüser. == Həyatı == Klod Leluş 30 oktyabr 1937-ci ildə Parisdə anadan olmuşdur. Onun valideynləri Əlcəzair yəhudiləri idilər. Öz debütünü operator kimi qısametrajlı filmlərdə etmişdir. 13 yaşında Kann kinofestivalının debüt müsabiqəsinin mükafatını qazanmışdır. 1956-cı ildə Klod Leluş SSRİ haqqında "Pərdə qalxanda" adlı reportajın müəllifi olmuşdu. Bu reportaj gizli kamera ilə çəkilmiş və nümayiş üçün Fransa televiziyası tərəfindən alınmışdı. Leluşun tammetrajlı kinoda ilk işi "İnsanlığın məğzi" (1961) filmi olmuşdur. Bu ekran əsəri xüsusi bir uğur əldə etmədi.
Lapuş çayı
Lapuş çayı— Rumıniyada Someş çayının sağ qoludur. Çay İzvorul Alb və İzvorul Negru sularının birləşdiyi yerdə formalaşır. Lapuş çayı Baia Marenin qərbində Buşagda Someş çayına tökülür. Çay Bauut, Lapuş, Targu Lapuş, Vima Mika, Şomkuta Mare, Remetea Çioarului, Koaş, Sacalaşeni, Groşi, Koltau, Recea və Tautii-Magherauş icmalarından keçir.
Ledum palustre
Keçə rododendron (lat. Rhododendron tomentosum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü.
Lemur indri
Adi indri (lat. Indri indri) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin i̇ndrilər fəsiləsinin i̇ndri cinsinə aid heyvan növü.
Lepia sativa
Vəzəri (lat. Lepidium sativum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin bozalaq cinsinə aid bitki növü. == Sinonimləri == Arabis chinensis Rottler ex Wight Cardamon sativum (L.) Fourr. Crucifera nasturtium E.H.L.Krause Lepia sativa (L.) Desv. Lepidium hortense Forssk. Lepidium sativum var. crispum DC. Lepidium sativum subsp. sativum sativum Lepidium sativum var. spinescens (DC.) Jafri Lepidium sativum subsp. spinescens (DC.) Thell.
Lexus GX
Lexus GX və ya qeyri-rəsmi adı ilə Lexus Prado — "Toyota Motors"-un "Lexus" brendinə aid avtomobil. Lexus GX ilə Toyota Pradonun konstruksiyası demək olar ki, tamamilə eynidir. Yəni Lexus GX Toyota Pradonun Lexus variantıdır. Lexus Avtomobil Modelləri siyahısında Lexus GX "Lexus RX" və "Lexus LX" arasında yer almaqdadır. Avtomobilin ilk variantı (Lexus GX 470) ilk dəfə 2002-ci ildə NAIAS avtosalonunda nümayiş etdirilmişdir. İkinci nəsil isə (Lexus GX 460) 2009-cu ildə Quançjou şəhərində keçirilmiş "motor-şou"-da nümayiş etdirilimişdir.
Lexus LX
Lexus LX — Yapon avtomobil istehsalçısı Lexus tərəfindən 1996-cı ilin yanvar ayından bu günə kimi istehsal olunan tam ölçülü lyuks SUV (Sport Utility Vehicle). Bu günə kimi üç nəsil avtomobillər istehsal olunub və hamısı Toyota Land Cruiserin banı əsasında qurulub. Bəzi ölkələrdə Toyota Land Cruiserin olduğu bazarda da satılır, Yaponiyada və Toyota Land Cruiser J200-ün satıldığı bəzi ölkələrdə isə satılmır. LX "Luxury Crossover" mənasına gətirir. Bəzi idxalçı şirkətlər "Luxury Four Wheel Drive" bekronimindən istifadə edir. == Son Dəyişikliklər == LX 570 2008 model ili üçün tamamilə yenidən dizayn edilmişdir. == Üslublar və Əsas Seçimlər == Yeni LX üçün trim səviyyələri və bədən üslubları hələ tam olaraq buraxılmayıb. Bununla belə, Nyu York Beynəlxalq Avtomobil Sərgisində əsas detallar təqdim edildi. LX 570 təklif edəcək: yarı anilin dəri oturacaqlar, dörd zonalı klimat-kontrol, sərt disk yaddaşı olan 19 dinamik Mark Levinson ətraf səs stereo sistemi və sonar parkinq yardımı funksiyası olan Lexus Intuitive Park Assist. Yeni sistemlərə sürücünün "kor nöqtələri" görməsinə kömək etmək üçün avtomobilin şassisinin kənarlarına quraşdırılmış kameralar, Bubinqa ağacının bəzəkləri (özəl təyyarələrdə və yüksək keyfiyyətli alətlərdə də istifadə olunan Afrika qızılgül ağacının bir forması), soyuq içkilərin saxlanması üçün soyuducu daxildir.