Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mişkinaz Cavid
Cavid Mişkinaz Molla Hüseyn qızı (1902, Naxçıvan ş. – 16.11.1976 Bakı) -- Məşhur xəttat, Görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin həyat yoldaşı. == Həyatı == Mişkinaz Cavid H. Cavidin ilk oxucusu olmuş, onların üzünü köçürmüşdür. "İblisin intiqamı" pyesinin onun xətti ilə köçürülmüş surəti olmasaydı, böyük şair və dramaturqun repressiya qurbanı olmuş başqa əsərləri kimi, bu əsər də itəcəkdi. Hüseyn Cavidin həbsindən sonra tikiş artelində işləmiş, mənzilləri əlindən alınmış, məşəqqətli günlər yaşamışdır. Lakin bu qeyrətli qadın bütün əzab-əziyyətlərə mərdliklə sinə gərərək dahi ərinin şərəf və ləyaqətini uca tutmuşdur. Hüseyn Cavidlə bağlı xatirələrinin bir qismi çap olunmuş, bir qismi isə böyük şairin Bakıdakı ev-muzeyində saxlanılır. Məzarı Naxçıvan şəhərindədir. Şair Hüseyn Cavidin həyat yoldaşıdır. Turan Cavidin anasıdır.
Əskinaz
Əsginas — dördbucaqlı kağız, xüsusi qalın parça, əsasən ipək, metal və plastik materialdan hazırlanan pul vahidi; Milli valyuta əsginaslar hər ölkənin mərkəzi bankı tərəfindən buraxılır və de-yure bütün ölkə ərazisində ödəniş vasitəsi kimi qəbul edilməyə məcburidir. == Tarixi == Əsginaslar tədavüldə olan qızıl sikkənin əvəzedicisi kimi meydana gəlmişdir. Ən qədim əsginas IX əsrdə (812-ci il)Çin ərazisində Tan sülaləsi tərəfindən buraxılıbdır. Əsginasların buraxılması hüququnu dövlət öz üzərinə götürür. Buraxılmış pulun nominal dəyəri ilə onların buraxılş dəyəri arasındakı fərq (kağıza çap edilməsinə çəkilən xərclər) xəzinənin emissiya gəlirini təşkil edir. İlk mərhələdə əsginaslar qızıl pullarla yanaşı buraxılırdı və onları tədavülə yeritmək üçün qızıl sikkələrə dəyişdirirdilər. == Əsginaslarla banknotların fərqi == Əsginaslar banknotlardan bir neçə xüsusiyyətinə görə fərqlənir. Əsginaslar tədavül funksiyasını yerinə yetirir, banknotlar isə tədiyə vasitəsidirlər. Əsginasları dövlət buraxır, banknotları isə mərkəzi emissiya bankları çap edir. == İstinadlar == == Xarici keçidlər == Ən maraqlı əsginaslar / banknotlar (az.) Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır.
Tadas Duşkinas
Salix muscina
Misir söyüdü (lat. Salix aegyptiaca) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Ümumi yayılması == Orta Asiya (Kopetdağ), Türkiyə, İran, İraq, Əfqanıstan və Pakistanda təbii аrеаllаrı vardır. == Azərbaycanda yayılması == Quba rayonunda, Talışda, Kür-Araz ovalığında, Qarabağ və Naxçıvan MR-nın dağlarında təbii halda yayılmışdır. == Statusu == Azərbaycanın nadir bitkisidir. NT. == Bitdiyi yеr == Orta dağ qurşağınadək rütubətli meşələrdə çay və suların kənarlarında, dərələrdə yayılmışdır. == Təbii ehtiyatı == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Təbiətdə hündürlüyü 4-6 m olan hündür kol və ya ağacdır. Bitkinin budaqlаrı qaramtıl-qоnur və ya boz rəngli olub, sıx tük-lüdür. Qabığı soyulmuş oduncağında düyünlər vardır.