Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Passiflora foetida var. mayarum
Pisiyli qonaqotu (lat. Passiflora foetida) - qonaqotu cinsinə aid bitki növü. == Sinonim == Decaloba obscura (Lindl.) M.Roem. Dysosmia ciliata M.Roem. Dysosmia foetida (L.) M.Roem. Dysosmia gossypiifolia M.Roem. Dysosmia hibiscifolia M.Roem. Dysosmia nigelliflora M.Roem. Dysosmia polyadena M.Roem. Granadilla foetida (L.) Gaertn.
Macar
Macarlar — Ural xalqları fin-uqor qrupunun uqor qoluna mənsub olan xalq. Macarıstan Respublikasının əsas əhalisidir. == Ümumi məlumat == Macarlar özlərini madyar adlandırırlar. Ural dilləri fin-uqor qrupunun uqor qoluna mənsub olan macar dilində danışırlar. Antropoloji cəhətdən yekcins olmayan macarlar əsasən ağ (Avropa) irqinin Orta Avropa tipinə aiddirlər. Dini dünyagörüşlərinə görə xristiandırlar (katolik). Şərqdən apardıqları qədim dini görüşlərinin, həmçinin şamançılığın izlərini hələ də saxlamaqdadırlar. Macarların dini görüşlərində, qədim türklərdə olduğu kimi, "Başı göy qübbəsinə çatan Dünya ağacına inam" çox güclüdür. 1989-cu il məlumatına görə sayları 14,5 milyon nəfərdir. Macarıstanın əhalisinin 99.4 %-ini təşkil edirlər..
Matar
Matar — Anju adaları qrupuna daxil olan elə də böyük olmayan ada. Ada Çukot dənizi ilə Şərqi Sibir dənizi araspnda yerləşir. İnzinati cəhətdən Yakutiya ərazisinə daxildir. Ərazi Ust Lena qoruğuna daxildir.
Mayak
Mayak ya da dəniz fənəri — gəmilərə yol göstərmək məqsədi ilə sahil yaxınlarında inşa olunan hündür mərtəbəli tikiliyə verilən addır. == Poçt markalarında mayak == Poçt markası == İstinadlar == == Xarici keçidlər == Ukrayna mayakları Arxivləşdirilib 2009-07-01 at the Wayback Machine Ukraynada mövcud olan mayaklar «Школы Яхтенного Капитана».
Mayan
Aşağı Mayan (Təbriz)
Mayor
Mayor (lat. maior — baş) — baş zabit heyətinin birinci hərbi rütbəsi. Bəzi ölkələrdə "komandante" (ispandilli ölkələrdə), "kommandant" (Fransa, İrlandiya) və s. adlandırılır. Səslənmə baxımından eyni olan və zabitliyə qədər ən ali dərəcə sayılan fransız rütbəsi ilə səhv salınmamalıdır (məsələn; fransız polisinin briqadir-mayoru). Rütbə XVII əsrdə polk serjant-mayoru — polk komandirinin köməkçisi rütbəsindən yaranmışdır. Mayor qarovula və polkun qidalanmasına görə məsuliyyət daşıyırdı. Polklar batalyonlara bölünəndə bir qayda olaraq batalyon komandiri mayor olurdu.
Maar
Maar (rus. маар, ing. maar, alb. maar) ― vulkanın lava axımı ilə müşayiət olunmayan qaz partlayışı zamanı yer səthində əmələ gətirdiyi qıfabənzər, yaxud silindrvari dərinlik, diametri 3200 m-ə, dərinliyi isə 300-dək olan çuxur. Maar vulkan lava püskürmədən qaz partalayışı nəticəsində əmələ gəlir. Rütubətli iqlimdə maar bəzən su ilə dolur və göl əmələ gəlir. Məsələn: Almaniyada Laxer-Ze gölü, Fransada Paven və Hodival gölləri.
Maya
Maya — qadın adı. Maya Anjelu – Amerikalı şairə. Maya Saviç — Monteneqronu təmsil edən həndbolçu. Maya Zebiç — Xorvatiyanı təmsil edən həndbolçu. Maya Sandu — Moldovalı dövlət və siyasi xadim Maya Bədəlbəyli — Azərbaycan Yazıçılar Birliyinin və Rusiya Yazıçılar Birliyinin üzvü Maya Tabakova — Bolqarıstanı təmsil edən bədii gimnast.
Mayr
Ernst Mayr (en Ernst Walter Mayr; 5 iyul 1904[…] – 3 fevral 2005[…]) — məşhur amerikalı bioloq, XX əsrin ən böyük təkamülçülərindən biri. == Kitabları == Mayr, Ernst. Systematics and the Origin of Species, from the Viewpoint of a Zoologist. Cambridge: Harvard University Press. 1999. ISBN 0674862503. Mayr, Ernst. Animal Species and Evolution. Cambridge: Belknap Press of Harvard University Press. 1963.
Armand Madyar
Armand Madyar (mac. Magyar Armand; 5 fevral 1898, Budapeşt – 12 fevral 1961, Budapeşt), Armin Munk kimi də tanınır, — macar Yunan-Roma güləşçisi, Avropa çempionu. 1898-ci ildə Budapeştdə doğulmuşdr. 1924-cü ildə Paris Olimpiya Oyunlarında iştirak etdi və orada 5-ci yeri tutdu. 1925-ci ildə Avropa çempionu oldu. Avropa çempionatlarında 1926 və 1927-ci illərdə gümüş medalların sahibi oldu.
Avqustin Malar
Avqustin Malar (18 İyul 1894 – 1945 ? Zaksenhauzen) — İkinci dünya müharibəsi dövründə slovak general. Skalitsa şəhərində gimnaziyanı bitirdikdən sonra o, Praqada hərbi məktəbə daxil olmuşdur. Artıq 1931-ci ildə mayor rütbəsinə yüksələn Malar 1936-cı ildə Polkovnik-leytenant rütbəsinə kimi yüksəldi. İki dünya savaşı arasındakı dövrdə Malar Çexoslovakiya ordusunda slovak milliyətinə mənsub azsaylı yüksək rütbəli zabitlərdən biri idi. Almaniyanın Bohemya və Moraviya ərazisini işğal etdikdən və 1939-cu ilin martında ilk Slovakiya Respublikasının yaradılmasından sonra o, yenicə yaradılmış Slovakiya ordusunun ən yüksək rütbəli zabitlərdən biri idi. Oyuncaq Slovak dövləti, yaradılışından sonra SSRİ-yə müharibə elan etdi və özünün motorlu slovak diviziyasını şərq cəbhəsinə göndərdi. Malar 1941 və 1942-ci illərdə bu birliyin komandiri vəzifəsini icra etdi. Bu dövr ərzində o, general rütbəsinə kimi ucalaraq Alman Dəmir Xaç üzərində Cəngavər Xaçı adlanan medala layiq görüldü. İtaliya və Almaniyanın hərbi attaşesində xidmət göstərəndən sonra o, 1944-cü ildə Şərqi Slovak Ordusunun komandiri təyin edildi ki, bu iki ən yaxşı Slovak diviziyası Slovakiyanı SSRİ hücumlarından qoruyurdu.
Bronvin Mayer
Bronvin Mayer-Smit (d. 3 iyul 1974) — Avstraliyanı təmsil edən su poloçusu. Bronvin Mayer, Avstraliya yığmasının heyətində 2000-ci ildə baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatılıb və qızıl medal qazanıb. == Karyerası == Bronvin Mayer, 2000-ci ildə Avstraliya yığması ilə birgə XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Birləşmiş Ştatlar yığmasını 4:3 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVII Yay Olimpiya Oyunlarının çempionu oldu. Bronvin Mayer, 2004-cü ildə Avstraliya yığması ilə birgə XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Birləşmiş Ştatlar yığmasına 5:6 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVIII Yay Olimpiya Oyunlarını 4-cü yerdə başa vurdu.
Cessika Mayer
Cessika Mayer (21 avqust 1994) — Braziliyanı təmsil edən bədii gimnast. Cessika Mayer 2016-cı ildə Braziliyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Mayer həm də 2015-ci ildə Pan Amerika Oyunlarında iki qızıl və bir gümüş medal qazanıb. == Karyerası == Cessika Mayer 2016-cı ildə Braziliya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Morqana Qmaç, Emanuelle Lima, Qabrielle da Silva və Fransielle Pereyra ilə birgə təsnifat mərhələsində 32.649 xal topladı və 9-cu yeri tutaraq mübarizəni dayandırdı.
Cəlal Bayar
Cəlal Bayar (türk. Celâl Bayar; 16 may 1883, Umurbəy[d], Bursa vilayəti – 22 avqust 1986[…], İstanbul) — Türkiyə Respublikasının 3-cü prezidenti (1950–1960), 4-cü baş naziri (1937–1939), Demokrat Partiyasının qurucularından biri, Türkiyəli iqtisadçı və siyasətçi. Çağdaş Türkiyənin siyasi həyatının müxtəlif dövrlərində mühüm rol oynayan Bayar, cümhuriyyət dövründə TBMM üzvü, iqtisad elmləri üzrə millət vəkili olub. Mustafa Kamal Atatürkün 1950–1960-cı illər arasında sonuncu baş naziri və Türkiyənin üçüncü və ilk hərb kökəni olamayan prezidenti kimi fəaliyyət göstərib. == Həyatı == === Gəncliyi === Cəlal Bayar 1883-cü ildə Bursanın Gəmlik mahalının Umurbəy kəndində anadan olub. İlmiyə sinfinə mənsub fiqh alimi olan atası Abdullah Fehmi Əfəndi 93-cü il müharibəsindən sonra bu gün Bolqarıstan sərhədləri daxilindəki Pleven şəhərindən Gəmlik yaxınlığındakı Umurbəy kəndinə köçmüşdür. Bu kənddəki orta məktəbdə direktor, bir müddət Gəmlikdə müfti vəzifəsində çalışıb. Bayar Abdullah Fehmi Əfəndinin (böyük qardaşları Behzat və Asım) üçüncü oğludur. İbtidai və orta təhsilini atasının yanında alan Bayarın uşaqlığı və gəncliyi ailəsinin məskunlaşdığı Bursada keçir. Gəmlik Məhkəmə İdarəsi və Alay İdarəsində kursant vəzifəsində çalışıb.
General-mayor
General-mayor — Azərbaycan Silahlı Qüvvələrində ali hərbi rütbə. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə kontr-admiral rütbəsidir.
Hayar Alxaldi
Hayar Alxaldi (17 mart 1995) — Bəhreynli sprinter. Hayar Alxaldi Bəhreyni 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Hayar Alxaldi birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m məsafəyə qaçış yarışlarında 1-ci təsnifat mərhələsində 11.59 saniyəlik nəticə ilə 1-ci cığırda 6-cı yeri tutdu və mübarizəni dayandırdı.
Macar Turançılığı
Macar turançılığı (mac. Turánizmus/Turanizmus) macar tarixi və xalqı ilə Orta Asiya, Mərkəzi Asiya və ya Ural bölgəsinin tarixi və xalqlarının eyniləşdirilməsi yaxud əlaqasini əhatə edən qarışıq fenomendir. Bu, özündə çoxlu fərqli konsepsiyaları birləşdirir və bir çox siyasi hərəkatlar üçün aparıcı prinsip rolunu oynamışdır. XIX əsrin ikinci və XX əsrin birinci yarısı ən fəal vaxtı idi. Bu, turançılıq konsepsiyası ilə əlaqəlidir. Macar zadəgan tarixi ənənəsi türk xalqlarını macarların ən yaxın qohumu hesab edirdi. Bu ənənə XIII əsrə aid olan orta əsr salnamələrində (məsələn, İohan de Turok tərəfindən yazılmış Gesta Hungarorum və Gesta Hunnorum et Hungarorum Macarıstanın İllüstrasiyalı Xronikası və Macarıstan salnaməsi) qorunub saxlanmışdır. Macarıstan salnaməsinə əsasən macarlar hunların nəslindəndir. Onlar İskitin Asiya hissələrindən gəlmiş, türklər də bu iskit mənşəyini onlarla bölüşmüşdür. Bu ənənə Macarıstanda və xaricdə XVIII əsrdə başlayan macar xalqları etnogenezinin elmi tədqiqatlarının başlanğıc nöqtəsi rolunu oynamışdır.
Macar dili
Macar dili (magyar). Fin-uqor (uqor qolu) dillərindən biridir. Macarıstanda və ona qonşu ölkələrdə (keçmiş Yuqoslaviya, Avstriya, Rumıniya) yayılmışdır. 15 milyondan çox daşıyıcısı vardır. Macar Respublikasının rəsmi dövlət dilidir. Yazısı latın əlifbası əsasında tərtib olunmuşdur.
Macar əlifbası
Makar adası
Makar adası — Laptevlər dənizində, Yana çayının deltasında yerləşir. Sahildən 30 km aralıda yerləşir. Ən yaxın quru parçası Şelonskiye adalarıdır (21 km). İnzibati cəhətdən Yakutiya ərazisinə daxildir.
Maqar (İsrail)
Maqar şəhəri (ivr. ‏מע'אר‏‎ ,ərəb. المغار‎) — İsrailin İsrail şimal dairəsində yerləşən yerli şuradır. Onun sahəsi 19810 dunam təşkil edir. Maqar şəhəri 1956-cı ildə yeri şura statusu almışdır. == Tarixi == === Qədim zamanlarda === Maqar şəhəri hələ Roma imperiyası dövründə "Zar" adı altında tarixçilərə məlum olmuşdur. Şərab istehsalı üçün bir çox zeytun ağacları və qədim mətbuat bu rayonda kənd təsərrüfatının uzun tarixi haqqında danışmağa imkan verir. Çoxsaylı mağaralarda qədim evlərə aid qalıqlar tapılmışdır. Şuranın adı ərəb sözündən götürülüb, mənası "mağara" deməkdir. === Osmanlı İmperiyası === 1596-cı ildə şura Osmanlı imperiyasının vergi siyahılarına daxil edilmişdir.
Mayak (Beyləqan)
Mayak — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində qəsəbə.
Mayak (dəqiqləşdirmə)
Mayak — Gəmilərə yol göstərən qurğu. Mayak (Beyləqan) — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində qəsəbə. Mayak bələdiyyəsi — Azərbaycan Respublikasının Beyləqan rayonunda bələdiyyə.. Mayak (qəzet) — Sovet dövründə Əli Bayramlıda nəşr olunmuş qəzet. 1 №-li Mayak — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. 2 №-li Mayak — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd.
Mayak (radiostansiya)
"Mayak" dövlət radioyayım kompaniyası ("Mayak" DRK, "Radio Mayak") — SSRİ məkanının ən böyük və ən tanınan radiostansiyalarından biri. 1964-cü ildə Sov.İKP MK-nın qərarı ilə qurulmuşdur. 1 avqust 1964-cü ildən 14 mart 2013-cü ilə kimi bütün SSRİ və MDB ərazisində uzun və qısa dalğalarda yayımlanırdı. Hal-hazırda UKV və FM diapazonlarında Rusiyanın bir çox şəhərlərində və MDB ölkələrinin bəzi şəhərlərində yayımlanır. Bu günə kimi radionun siqnalı kimi Moskva gecələri musiqisindən istifadə olunur.
Mayak Kərimov
Mayak Kərimov (30 noyabr 1944 – 4 noyabr 2011)— Azərbaycanlı aktyor. == Həyatı == Mayak Kərimov 30 noyabr 1944-cü ildə anadan olmuşdur. 1967-ci ildən "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi filmlərdə əsasən epizodik rollarda çəkilmişdir. 1970-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Aktyorluq" fakültəsini bitirmişdir. Onu 60-a qədər filmdə görmək olar. 4 noyabr 2011-ci ildə vəfat etmişdir. == Filmoqrafiya == 1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film) 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film) 777 №-li müəssisədə (film, 1988) (qısametrajlı bədii süjet-Mozalan № 129) Alman klinikasına şəxsi səfər (film, 1988)(tammetrajlı bədii film)-rol: əksinqilabçı təşkilat üzvü Anın quruluşu (film, 1980)(tammetrajlı bədii film)-rol: Ədhəmin dostu Anlamaq istəyirəm (film, 1980)-rol: elmi işçi Bəyin oğurlanması (film, 1985) Bir nömrəli... (film, 1980) Bircəciyim (film, 1986) Birisigün, gecəyarısı... (film, 1981) Dad (film, 1984) Dədə Qorqud (film, 1975) Doğma sahillər (film, 1989) Dolu (film, 2012) Əlavə iz (film, 1981) Əzablı yollar (film, 1982) Evlənmək istəyirəm (film, 1983) Gümüşü furqon (film, 1982) "Hacı Mail" nağılı... (film, 2005) Həmyerli (film, 1989) Həyat bizi sınayır (film, 1972) Xəbərdarlıq (film, 1985) Xoşbəxtlik qayğıları (film, 1976) İşarəni dənizdən gözləyin (film, 1986) İşgüzar səfər (film, 1982) Kölgədə 40 dərəcə isti (film, 1988) Küləyapardı (film, 1986) Qatır Məmməd (film, 1974) Qayınana (film, 1978) Qəm pəncərəsi (film, 1986) Qətl günü (film, 1990) Qəzəlxan (film, 1991) Mastika (film, 1986) Məhəbbətin familiyası (film, 1977) Mənim ağ şəhərim (film, 1993) Musiqili sınaq (film, 1982) Nəsimi (film, 1973) Nizami (film, 1982) O qızı tapın (film, 1970) Orijinal üsul (film, 1983) Özgə ömür (film, 1987) Papaq (film, 2007) Pəncərə (film, 1991) Sizi dünyalar qədər sevirdim (film, 1985) Sübut (film, 1982) Şir evdən getdi (film, 1977) Təhminə (film, 1993) Tənha narın nağılı (film, 1984) Torpaq.
Mayak bələdiyyəsi
Beyləqan bələdiyyələri — Beyləqan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.