Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mehrablı
Mehrablı — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Mehrablı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Mehrablı kəndi Qaradolaq kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Mehrablı kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Meyrablı yaşayış məntəqəsini əfşar tayfasının mehrablı tirəsinə mənsub olan ailələr burada məskən saldığına görə kənd belə adlandırılmışdır. Qaradolaq tayfalarının da mehrablı adlı qolu vardır. Mehrab sözünü şəxs adı kimi də əlaqələndirənlər vardır. Mehrab sözü ərəbcə "ibadətgah" anlamı daşıyır. Adətən məscidlərdə qiblə cəhətdəki (Məkkə istiqamətində) divarda düzəldilən və qarşısında namaz qılınan oyuq və ya taxçaya mehrab deyirlər. Yarımdairəvi, bəzən isə düzbucaqlı formada olan mehrab yarımkümbəzlə tamamlanır, mərmər, yaş suvaq, gəc, ağac üzərində oyma ornamentlərlə inkrustasiya, divar rəsmi, dekorativ yarımsütunlar və kiçik tağlar qurşağı ilə bəzədilir. Bir yerdən başqa yerə aparıla bilən oyma ornamentli ağacdan mehrablar da var. Mehrab sözünün məcazi mənada "üz çevriləcək yer" anlamı da var.
Mehrablı (Qəmərli)
Mehrablı - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 13 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. Toponim türk mənşəli qaradolaq tayfasından olan mehrablı nəsil adından əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 20. VIII. 1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vardaşen (Güllü kənd) qoyulmuşdur. == Əhalisi == Kənddə 1897-ci ildə 14 nəfər azərbaycanlı yaşamışdır.
Mehrablı bələdiyyəsi
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Mehralı Qasımov
Qasımov Mehrəli Süleyman oğlu (30 oktyabr 1993, Bakı) — Ukrayna Respublikasının Azərbaycandakı Fəxri Konsulu, "Ukrayna Mərkəzi"nin təsisçisi. == Həyatı == Mehrəli Qasımov 30 oktyabr 1993-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2009–2013-cü illərdə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Əlaqələr fakültəsində bakalavr, 2013–2015-ci illərdə eyni fakültədə magistr təhsili almışdır. 2022–2023-cü illərdə Böyük Britaniyanın Kraliyyət ailəsinin üzvü Prince Michael of Kent-in rəhbərlik etdiyi The Institute of Certified Financials Managers Universitetində İnsan Resurslarının İdarə edilməsi üzrə təhsil almışdır. 2009 –2013-cü illərdə Ukraynada fəaliyyət göstərən "SOCAR Energy" (Satış şöbəsi), 2013–2015-ci illərdə "SAP Azerbaijan" (Satış üzrə menecer), 2015–2020-ci illərdə "DeGolyer&MacNaughton Corp. USA" (Direktor müavini) şirkətlərində çalışmışdır. 2020-ci ildən Ukrayna Xarici İşlər Nazirliyində (Ukraynanın Azərbaycandakı Fəxri Konsulu) çalışır. Ukrayna ilə Azərbaycan arasında bir çox strateji, iqtisadi-ticarət layihələrinin reallaşdırılmasında xüsusi rol oynayır. Azərbaycanda "Ukrayna Mərkəzi"nin təsisçisidir. == Mükafatları == Ukrayna Prezidenti Volodimir Zelenskinin Sərəncama görə, Qasımov Mehrəli Süleyman oğlu III dərəcəli "Xidmətə görə" ("За заслуги") ordeniilə təltif edilib.
Bahadur Mehralı oğlu
Bahadur Mehralı oğlu (1883 – 5 dekabr 1962) — Azərbaycan xanəndəsi. == Həyatı == Bahadur Mehralı oğlu 1883-cü ildə Şuşa şəhərində anadan olmuşdu. 1928-ci ildə ailəsi ilə birlikdə Ağdama köçmüşdü. Bahadur artıq 20 yaşından bir xanəndə kimi Qarabağ məclislərində məşhurlaşmışdı. Onu tez-tez Şəkiyə, Şamaxıya, Gəncəyə, İrəvana, Tiflisə, hətta İrana dəvət edirdilər. Toy məclislərindən başqa, o, həmçinin Şuşada və Ağdamda keçirilən Şərq konsertlərində çıxış edirdi. Bahadur Mehralı oğlu usta xanəndə kimi geniş səs diapazonuna malik idi. O, bütün muğamları pəsdə və zildə asanlıqla oxuyurdu. F.Şuşinskinin yazdığına görə o, Qarabağ məktəbinin bütün ifaçılıq qaydalarına ciddi riayət edər, hər şeyi ölçüb-biçər, artıq xallar vurmazdı. Bahadur guşəxanlıqda, söz seçməkdə, qəzəlxanlıqda usta idi.
Meraklı Minik jurnalı
Türkiyə Elmi və Texniki Araşdırma Təşkilatı hazırladığı Türkiyənin ilk aylıq məktəb əvvəli elm jurnalıdır. Yanvar 2007də nəşr həyatına başlayan Maraqlı Kiçik, hər ayın 1ində oxucularıyla görüşən 3-6 yaşa istiqamətli bir elm jurnalı. Jurnal, içindəki bir-birindən rəngli şəkil və fotoşəkil çəkər, təsir edici yazılar, maraqlı məlumatlar və əyləncəli fəaliyyətlərlə uşaqları elm dünyasında bir səfərə çıxarır. Jurnalın, macəralarla dolu bu səfərdə uşaqlara yoldaşlıq edən qəhrəmanları Kiçik, Çakçak, Kırçıl, Karamel və Nüvə, oxucuları arxalarında sürüyərək hər ədəddə yeni bir mövzunu kəşfə çıxırlar.
Meraklı minik (jurnal)
Türkiyə Elmi və Texniki Araşdırma Təşkilatı hazırladığı Türkiyənin ilk aylıq məktəb əvvəli elm jurnalıdır. Yanvar 2007də nəşr həyatına başlayan Maraqlı Kiçik, hər ayın 1ində oxucularıyla görüşən 3-6 yaşa istiqamətli bir elm jurnalı. Jurnal, içindəki bir-birindən rəngli şəkil və fotoşəkil çəkər, təsir edici yazılar, maraqlı məlumatlar və əyləncəli fəaliyyətlərlə uşaqları elm dünyasında bir səfərə çıxarır. Jurnalın, macəralarla dolu bu səfərdə uşaqlara yoldaşlıq edən qəhrəmanları Kiçik, Çakçak, Kırçıl, Karamel və Nüvə, oxucuları arxalarında sürüyərək hər ədəddə yeni bir mövzunu kəşfə çıxırlar.
Məhrablı
Məhrablı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Heç bir Azərbaycan saytında bu adla qeyd olunmadığından bu kəndin ad dəyişikliyinə məruz qaldığı və ya artıq mövcud olmadığı ehtimal edilir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Məhrablı kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.
Qətranlı akasiya
Qətranlı akasiya (lat. Acacia gummifera) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
Qətranlı psoralea
Bituminaria bituminosa (lat. Bituminaria bituminosa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin bituminaria cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Aspalthium bituminosum (L.) Fourr. Aspalthium frutescens Medik. Bipontinia bituminosa (L.) Alef. Lotodes bituminosum (L.) Kuntze Psoralea bituminosa L. Psoralea frutescens Poir. Psoralea punctata F.Dietr. Rhynchodium bituminosum (L.) C.Presl == Yarımnövləri == Bituminaria bituminosa subsp. bituminosa Bituminaria bituminosa subsp.
Qətranlı südləyən
Qətranlı südləyən (lat. Euphorbia resinifera) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Tam ətraflı axtarış
Tam ətraflı axtarış – 1. Verilənlər bazasının hər bir yazısında, yaxud axtarış ağacının bütün bəndləri üzrə axtarış. 2. Bütün variantları araşdırmaqla məsələnin həlli. Tam ətraflı axtarış alqoritmlərinin tətbiqinə variantların sayının kombinator partlayışı (COMBINATORIAL EXPLOSION) mane olur. Məsələn, şahmat lövhəsində mümkün vəziyyətlərin sayı 10 üstü 120 olur, yəni onların tam ətraflı axtarışı praktik olaraq mümkün deyil.