Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Modika
Modika (it. Modica) — İtaliyanın Siciliya regionunda şəhər.
Madiy
Madiy (yunan: Μαδύης; e. ə. VII əsr – e. ə. VII əsr) – Ön Asiyada ağalıqları dövründə skiflərin hökmdarı. Madiy Skif çarlığının hökmdarı Prototinin oğludur. Madiyin Ön Asiyada hakimiyyətdə olduğu 28 il e.ə. VII əsrin II yarısına təsadüf etmişdir. Madiyin hakimiyyəti dövründə skiflər, madayları məğlub edərək, Ninevanı mühasirəyə aldılar. Bundan sonra Kiçik Asiyada bir neçə ardıcıl qələbə qazanan skiflər, kimmerləri də özlərinə tabe etdilər və Kiçik Asiyanın şərqi və Ön Asiyanın böyük bir regionunda (o Cümlədən Midiyada) hökmranlıqlarını bərqərar etdilər.
Modin burnu
Modin (birm. Mawtin Zun, ing. Cape Negrais) — Myanma ərazisdində yerləşən burun. Ölkənin cənub-qərb qutqracağını təşkil edir. İnzibati cəhətdən İravadi dairəsi, Panteyn rayonu ərazisinə daxildir. Burun Benqal körfəzi ilə Andaman dənizi arasında təbii sərhəd rolunu oynayır. Hindistanın Andaman və Nikobar adaları ərazisindən 193 km aralıda yerləşir. Buradan Rakhayn silsiləsi başlayır. Burunda eyni adlı şəhər yerləşir (ing. Mawdin).
Narendra Modi
Narendra Damodardas Modi (17 sentyabr 1950[…], Vadnaqar[d]) — Hindistanın 16-cı baş naziri (26 may 2014-cü ildən). == Siyasəti == Norendra Modi radikal-millətçi baxışlara çox erkən yaşlardan yiyələnib. 17 yaşında evdən çıxaraq dərviş kimi Hindistanı sərasər dolaşmış və səyahətdən geri dönən kimi doğma Qucarat ştatının paytaxtı Əhmədabadda hundu millətçi təşkilatının üzvü olmuşdur. Anti-müsəlman bəyanatları səsləndirən Narendra Modinin 2002-ci ildə doğulduğu Qucaratda baş vermiş qırğında mindən çox müsəlman öldürülməsində rolunun olması ilə bağlı Hindistan Ali Məhkəməsi onun təqsirsiz olduğunu bəyan etsə də, qırğının əks-sədası xaricdə də eşidildi və ABŞ-də Narendra Modinin gəlişinə qadağa qoyuldu. == Maraqlı faklar == Narendra Modi 2015-ci ilin iyununda "təsadüfən" "Google" versiyasında 10 ən təhlükəli cinayətkar siyahısına düşmüş və "Google" sonradan bu səhvə görə üzr istəməli olmuşdu. Narendra Modi sosial şəbəkələrdə fəal iştirak edir. Baş nazirin 2018-ci ilin may ayına olan məlumata əsasən, "Twitter"də 43 milyon oxucusu var. Bu dünya siyatəçiıəri arasında Barak Obama (103 milyon) və Donald Trampdan (52 milyon) sonra üçüncü nəticədir. Vegetriandır, asudə vaxtlarında isə qucarat dilində şeirlər yazır.
Sen-Bodiy-e-Pipe
Sen-Bodiy-e-Pipe (fr. Saint-Baudille-et-Pipet) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38366. Kommunanın 1999-cu il üçün əhalisi 232 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 530 km cənub-şərqdə, Liondan 135 km cənub-şərqdə, Qrenobldan 45 km cənubda yerləşir.
Civanci Cəmşidci Modi
Ser Ərvad Civanci Cəmşidci Modi (1854-1933) — Şəms-ül-üləma tituluna sahib, Zərdüşti dini lideri. 70-dən çox kitabın, 120-dən çox elmi əsərin müəllifidir. Hindistan Parsi cəmiyyətinin ən öndə gələn şəxslərindən sayılırdı. 1925-ci ildə Atəşgahı ziyarət etmiş, bu məbədin əslində zərdüşt yox, hindu məbədi olduğunu dəqiqləşdirmişdir.
Sen-Bodiy-de-la-Tur
Sen-Bodiy-de-la-Tur (fr. Saint-Baudille-de-la-Tour) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kremyo kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38365. Kommunanın 1999-cu il üçün əhalisi 570 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 230 ilə 404 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 410 km cənub-şərqdə, Liondan 39 km cənub-şərqdə, Qrenobldan 75 km şimal-qərbdə yerləşir.