Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Monachus monachus
Adi monax suitisi (lat. Monachus monachus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin monax suiti cinsinə aid heyvan növü. Türkiyədə (Foça), Yunanıstanda, Tunisdə, Mərakeşdə və İspaniyada yayılmışdır.
Monachus
Monax suiti (lat. Monachus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinə aid heyvan cinsi. Bu cins üç növə bölünür: Monachus monachus|Adi monax suitisi; Monachus schauinslandi|Havay monax suitisi; Monachus tropicalis|Karib monax suitisi. Bu cinsə daxil olan üç növün üçüdə Qırmızı kitaba daxil edilmişdir. Onların sayı olduqca azdır. Monax suitilərinin sayı bəzi mənbələrdə 500–5000, Havay monax suitilərinin sayı isə 700–1000 baş olaraq qiymətləndirilir.
Aegypius monachus
Qara kərkəs (lat. Aegypius monachus) — kərkəskimilər dəstəsindən quş növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == İri quşdur, kütləsi 12,5 kq-a çatır. Ümumi rəngi qonur, çalma lələkləri qaradır. Başı keçəldir (qonur qu lələklərlə örtülüb). Boynunun dərisi lələksiz göyümtüldür, dibində sərt lələklərdən "yaxalıq" var. == Yayılması == Avropa, Asiya və Şimal-Qərbi Afrikada yayılıb. Azərbaycanda dağ və dağətəyi rayonlarda məskunlaşıb. Oturaq yaşayır, lakin yüksək dağlıqda yalnız nəsil verir, qışlamaq üçün düzənliyə qədər enir.
Monachus schauinslandi
Havay monax suitisi (lat. Monachus schauinslandi) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin monax suiti cinsinə aid heyvan növü. == Xariçi görünüşü == Uzunluğu 225 sm, rəngi isə tünd qəhvəyi və ya tünd boz-qəhvəyi olur. Dişilər isə nisbətən açıq rəngdə olurlar. Erkəklər bir qayda olaraq dişilərdən iri olur. == Yayılması == Havay suitiləri Havay adalarının şimal-qərbdə yerləşən atol atol adalarında yayılmışdır. Əsasən Kure, Perl end Hermes, Frenç Friqat Şols, Miduey adalarında yaşayırlar. Əvvəllər isə hətta Kayay, Havay, Niihau, Oahu adaları sahilləri ərazisində də yaşayırdılar. 1958–1996-cı illərdə onların sayı 60% azalmışdır. 2004-cü ildə isə onların sayı 1400 başa çatmışdır.
Monachus tropicalis
Karib monax suitisi (lat. Monachus tropicalis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin monax suiti cinsinə aid heyvan növü. Hazırda tükənmə təhlükəsi vardır. Hətta tükənmə ehtimalı vardır. Bədəninin uzunluğu 2,4 m təşkil edirdi. Rəngi bütünlüklə qəhvəyi olur. == Yayıldığı ərazi == Onlar əsasən Karib dənizi və Meksika körfəzi sularında olan adalarında rast gəlinirdi. Qərbdə Honduras, Yukatan yarımadası, şərqdə isə Yamayka, Kuba və Baham adaları sahillərində yaşayır. Hazırda isə yayılma ərazisi bilinmir. Onlara sonuncu dəfə 1952-ci ildə Karib dənizinin qərbində görülüb.
Melaleuca monatha
Melaleuca monatha (lat. Melaleuca monatha) — mərsinkimilər fəsiləsinin çay ağacı cinsinə aid bitki növü.