Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nakano
Nakano — Tokionun xüsusi rayonlarından biri.
Nokaut
Nokaut (ing. knockout; knock – vurmaq, out – kənar, bayır) — aldığı zərbə nəticəsində boksçunun başının gicəllənməsi, yaxud huşunu itirməsi, hakim 8-dək sayınca özünə gəlib, döyüşü davam etdirə bilməməsi. Döyüşçü nokautla uduzan boksçu ilə azı 3 ay müddətinə yarışlarda iştirak etmək qadağan olunur. == Nokdaun == Nokdaun (ing. knockdown; mənası – sarsıdıcı zərbə) — aldığı zərbə nəticəsində boksçunun başının gicəllənməsi. Nokautdan fərqli olaraq nokdaun vəziyyətinə düşmüş boksçu hakim 8 sayınca özünə gəlib yarışı davam etdirmək iqtidaraında olur.
Kakava
Kakava — Türkiyədə qaraçıların bayram tədbiri. Mənşə ərazisi Türkiyənin Şərqi Frakiya regionudur. == Tədbirlər == Xilaskar Baba Finqonun gəlib onları xilas edəcəyi inancı Türkiyədə yaşayan qaraçıların folklorunda əhəmiyyətli rola malikdir. Bu fiqurun Qədim Misir ordusundan olan firon qoşunlarının komandiri olduğu güman edilir. Türkiyə qaraçılarına görə, Tunca çayının kənarına enərək mayın 5-dən 6-na keçən gecə "Xilasetmə hadisəsi" baş verir. Möcüzəli günün xatirəsi üçün çaya şam qoyulur, iştirakçıların əlləri, üzləri və ayaqları suda yuyulur. Əsas qeyd edilən mövzu Xilaskar Baba Finqonun ölməzliyidir. Türk dilində belə bir deyimdən istifadə edilir: Baba Finqo gələcək, bütün dərdlər bitəcək (türk. Baba Fingo Gelecek, Bütün Dertler Bitecek). Bu konsepsiya əsas götürülərək əyləncə tədbirləri həyata keçirilir.
Nabat
Nabat-Meyvə şirəsilə qənd qarışığından hazırlanan şəffaf kristalik şirni növü.
Artemisia nakaii
Artemisia nakaii (lat. Artemisia nakaii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Euphorbia nakaii
Acı südləyən (lat. Euphorbia esula) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Esula angustifolia Haw. Esula ararica (Jord.) Fourr. Esula dalechampii Haw. Esula major Garsault [Invalid] Esula pseudocyparissias (Jord.) Fourr. Esula riparia (Jord.) Fourr. Esula salicetorum (Jord.) Fourr. Esula vulgaris Fourr. Euphorbia androsaemifolia Schousb.
Hidetoşi Nakata
Hidetoşi Nakata (yap. 中田 英寿 Nakata Hidetoshi; 22 yanvar 1977, Kofu) — keçmiş Yaponiya futbolçusu. == Futboldan kənar == === Şəxsi həyatı === Futboldan kənar Nakata dəbə və rəngarəng saç kəsimlərinə maraq göstərir. Avropa skautlarının diqqətini cəlb etmək üçün, Nakata futbol üzrə dünya çempionatı 1998 zamanı saçını sarı rəngə boyamışdır. Yapon bərbəri Aki Vatanabe onu trend yaradan kimi qələmə verir.
Hikari Nakade
Hikari Nakade (d. 6 dekabr 1988) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Hitoşi Nakata
Hitoşi Nakata (中田 仁司, Nakata Hitoshi, 17 yanvar 1962-ci ildə anadan olub) — Keçmiş Yaponiya futbolçusu və baş məşqçisidir. O, Nelsinyo Baptistanın işdən azad edilməsindən sonra 2005-ci ildə Naqoya Qrampus FK klubu ilə müqavilə imzaladı. == Məşqçi statistikası == 31 dekabr 2015-ci il məlumatlarına əsasən.
Koci Nakata
Koci Nakata (d. 9 iyul 1979) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 57 oyun keçirib, 2 qol vurub.
Manami Nakano
Manami Nakano (d. 30 avqust 1986) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 12 oyun keçirib, 2 qol vurub.
Masami Nakata
Masami Nakata (28 may 1981) — Yaponiyanı təmsil edən bədii gimnast. == Karyerası == Masami Nakata Yaponiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 5-ci pillənin sahibi olub.
May Nakaçi
May Nakaçi (d. 16 dekabr 1980) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 30 oyun keçirib.
Najavə (Sərdəşt)
Najavə (fars. نژاوه‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 17 nəfər yaşayır (4 ailə).
Nakaba Suzuki
Nakaba Suzuki (鈴木央, Suzuki Nakaba, d. 8 fevral 1977, Sukaqava) – yapon manqaka. Suzuki Shueisha nəşriyyatının "Weekly Shōnen Jump", Shogakukan nəşriyyatının "Weekly Shōnen Sunday" və Kodansha nəşriyyatının "Weekly Shōnen Magazine" jurnalları üçün işləmişdir. == Həyatı == Həyatında aldığı ilk manqa Akira Toriyamanın "Dr. Slump" manqası olmuşdur. İbtidai və orta liseydə "Kinnikuman", "Fist of the North Star" və "Dragon Ball" seriyalarının fanatı olmuşdur. Peşəkar karyerasında 1994-cü ildə "Revenge" hekayəsi ilə başlamışdır. Bu işi Shueisha nəşriyyatının İsti Addım Mükafatında adı çəkilən iş olmuşdur. Ən tanınmış və ona şöhrət gətirən işi "The Seven Deadly Sins" manqa seriyası olmuşdur. Bu manqanı 2012-ci ildə yazmağa başlamışdır.
Nakatu (İcrud)
Nakatu (fars. نكتو‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 652 nəfər yaşayır (146 ailə).
Narast (Sərdəşt)
Narast (fars. نارست‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 115 nəfər yaşayır (20 ailə).
Ryuen Nakano
Şizuki Tadao (志筑 忠雄, 1760, Naqasaki – 22 avqust 1806, Naqasaki) – Yaponiya astronomu və tərcüməçisi. Yaponiyanı Nyutonun klassik mexanika konsepsiyaları ilə tanış etməsinə görə tanınır. Müasir astronomiyaya və fizikaya həsr olunmuş ilk yaponca kitabın müəllifidir. == İlk illəri və karyerası == Şizuki Tadao 1760-cı ildə Yaponiyanın Naqasaki şəhərində yaşayan Nakano ailəsində doğulmuşdur. Lakin daha sonra Şizuki ailəsinə səkkizinci nəslin oğlu kimi qəbul edilmişdir. Bu ailə holland və yapon dili mənbələri ilə məşğul olan peşəkar tərcüməçilərdən idi. Şizuki 1776-cı ildə tərcüməçi kimi işləməyə başlamışdır. Lakin 1777-ci ildə səhhətindəki problemlərə görə rəsmi vəzifəsini tərk etmiş və öz tərcümələri üzərində işləməyə başlamışdır. Nakano soyadını bərpa edərək Ryuen Nakano təxəllüsü ilə yazmağa qərar vermişdir. Daha sonra Nikolay Kopernikin heliosentrik sisteminin izahlarını və digər astronomiya əsərlərini tərcümə edən Motoki Ryoeyin tələbəsi olmuşdur.
Aşıq Nabat
Aşıq Nabat (Nabat Paşa qızı Cavadova; 1914, Xanlıqlar, Şərur-Dərələyəz qəzası – 3 oktyabr 1973, Siyaqut, İliç rayonu) — Azərbaycan aşığı. == Həyatı == Aşıq Nabat 1914-cü ildə Naxçıvanın Şərur rayonunun Parçı kəndində anadan olub. 1934-cü ildə ailəsi ilə Bərdə rayonuna köçmüş, burada Göyçəli aşıq Musanın şagirdi olmuş, aşıqlıq sənətinin sirlərinə yiyələnmişdir. Məlahətli səsi və gözəl ifaçılıq qabiliyyəti ilə qadın həmkarları arasında şöhrət qazanmışdı. Bakıda və 1938-ci ildə Moskvada keçirilən ədəbiyyat və incəsənət ongünlüklərinin, folklor festivallarının iştirakçısı olmuş, diplomlarla mükafatlandırılmışdır. Aşıq Nabat Azərbaycan aşıqlarının ikinci (1938) və üçüncü (1962) qurultaylarımn nümayəndəsi olmuş, Moskvada keçirilmiş Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə (1940) iştirak etmişdir. 3 oktyabr 1973-cü ildə Naxçıvanın Şərur rayonunun Siyaqut kəndində vəfat etmişdir. == İstinadlar == == Mənbə == Əzizə Cəfərzadə. Azərbaycanın aşıq və şair qadınları, Bakı, Gənclik, 1991. (səh.
Nabat Abdullayeva
Nabat Abdullayeva (tam adı: Nabat Cumay qızı Abdullayeva; 25 may 1925, Nuxa – 27 dekabr 2006, Bakı) — Azərbaycan dilçisi, filologiya elmləri doktoru (1980), professor (1982). 1950-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. 1954-cü ildən həmin institutda pedaqoji fəaliyyət göstərmişdir. Azərbaycan dilinin morfologiyası və sintaksisi sahəsində tədqiqatları var. Ali məktəb tələbələri üçün bir sıra dərs vəsaitlərinin müəllifidir.
Nabat Aşurbəyova
Aşurbəyova Nabat Qoca qızı (1795, Bakı – 7 dekabr 1912, Bakı) — məşhur Azərbaycan xeyriyyəçi-mesenat, şəxsi vəsaiti hesabına Təzəpir məscidini tikdirib. == Həyatı == Nabat Aşurbəyova 1795-ci ildə Bakı şəhərində Qoca bəy Aşurbəyovun ailəsində dünyaya gəlmişdir. O, öz səxavəti və xeyirxahlığına görə ad qazanmış, neft mədənlərinə və bir çox böyük imarətlərə malik olmuş, şollar su kəmərinin çəkilməsinə külli miqdarda pul xərcləmiş, Sabunçu xəstəxanasında kasıb və yetimlərin müalicəsini öz üzərinə götürmüş, tatar küçəsində (sovet dövründə Krupskaya, indi A. Topçubaşov) hamam tikdirmişdir. Həmin hamam həftənin bir gününü kasıblar və kimsəsizlər üçün pulsuz işləyirdi. Onun şeirlər yazdığı da məlumdur. Təəssüf ki, həmin şeirlər sonrakı nəsillər üçün saxlanmamışdır. Onun həyatındakı ən böyük işi Bakı şəhərində tikdirdiyi (1905–1914-cü illər) Təzəpir məscididir. Hal-hazırda həmin məsciddə Qafqaz Müsəlmanları Ruhani İdarəsi yerləşir. Bu məscidin tikilməsində o, ilk diplomu azərbaycanlı memar, Sankt-Peterburq Mülki İnşaat Mühəndisliyi İnstitutunun məzunu Zivər bəy Əhmədbəyovun xidmətlərindən istifadə etmişdir. Sonrakı illərdə o, Bakı şəhərinin ilk baş memarı olmuşdur.
Nabat Məhərrəmqızı
Nabat Məhərrəm qızı Səmədova (d. 4 iyul 1950) — Azərbaycan rəssamı, Azərbaycanın əməkdar rəssam (2018). == Həyatı == N.Səmədova 1974-cü ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirmişdir. 1980-cı ildə o, Moskvada Ümumittifaq İxtisasartırma kurslarında "Quruluşçu rəssam" ixtisasına yiyələnmiş, 1975-ci ildə isə Lənkəran Dövlət Dram Teatrında quruluşçu rəssam kimi fəaliyyətə başlamışdır. Lənkəran teatrında ilk işləri "Oqtay Eloğlu", "Dağılan tifaq", "Bahalı oğlan" və s. tamaşalar olmuşdur. 1982-ci ildə N.Səmədova Sumqayıt Dövlət Musiqili Dram Teatrına quruluşçu rəssam təyin edilmişdir. Bu teatrda rəssam H.Cavidin "Afət", İ.Karaçalının "İtirilmiş məktub", A.Abdulinin "13-cü sədr" əsərlərinə uğurlu tərtibatlar vermişdir. Rəssamın son dövr yaradıcılığı Azərbaycan Dövlət Musiqili Komediya Teatrı ilə sıx bağlı olmuşdur. N.Səmədova bu teatrda S.Fərəcov, Ə.Əmirlinin "Səhnədə məhəbbət", O.Rəcəbov, A.Babayevin "Əlin cibində olsun", R.Mustafayev, C.Məmmədovun "Məsmə xala dayımdır", R.Əkbərin "Bəydullanın möhtəşəm toyu", S.Fərəcov, R.N.Güntəkinin "Bir günlük siğə" musiqili komediyalarına maraqlı, tamaşaların bütövlüyünə xidmət edən bədii tərtibat vermişdir.
Nabat Səmədova
Nabat Məhərrəm qızı Səmədova (d. 4 iyul 1950) — Azərbaycan rəssamı, Azərbaycanın əməkdar rəssam (2018). == Həyatı == N.Səmədova 1974-cü ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirmişdir. 1980-cı ildə o, Moskvada Ümumittifaq İxtisasartırma kurslarında "Quruluşçu rəssam" ixtisasına yiyələnmiş, 1975-ci ildə isə Lənkəran Dövlət Dram Teatrında quruluşçu rəssam kimi fəaliyyətə başlamışdır. Lənkəran teatrında ilk işləri "Oqtay Eloğlu", "Dağılan tifaq", "Bahalı oğlan" və s. tamaşalar olmuşdur. 1982-ci ildə N.Səmədova Sumqayıt Dövlət Musiqili Dram Teatrına quruluşçu rəssam təyin edilmişdir. Bu teatrda rəssam H.Cavidin "Afət", İ.Karaçalının "İtirilmiş məktub", A.Abdulinin "13-cü sədr" əsərlərinə uğurlu tərtibatlar vermişdir. Rəssamın son dövr yaradıcılığı Azərbaycan Dövlət Musiqili Komediya Teatrı ilə sıx bağlı olmuşdur. N.Səmədova bu teatrda S.Fərəcov, Ə.Əmirlinin "Səhnədə məhəbbət", O.Rəcəbov, A.Babayevin "Əlin cibində olsun", R.Mustafayev, C.Məmmədovun "Məsmə xala dayımdır", R.Əkbərin "Bəydullanın möhtəşəm toyu", S.Fərəcov, R.N.Güntəkinin "Bir günlük siğə" musiqili komediyalarına maraqlı, tamaşaların bütövlüyünə xidmət edən bədii tərtibat vermişdir.
Nadav Qedj
Nadav Qedj (ivr. ‏נדב גדג'‏‎; 2 noyabr 1998, Paris) — İsrail müğənnisi. O, İsraili 2015 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Nadav Qedj 2 noyabr 1998-ci ildə Fransanın paytaxtı Paris şəhərində yəhudi ailəsində anadan olmuşdur. O İsrailin Netanya şəhərində yaşayır. 2016-cı ildə İsraildə hərbi xidmətə yollanmışdır. == Musiqi karyerası == === 2015–2016: Avroviziya Mahnı Müsabiqəsi === 2015-ci ildə Nadav Qedj İsrailin IBA telekanalının Avroviziya üçün təşkil etdiyi HaKokhav HaBa 2017 adlı milli seçim turunda iştirak etmişdir. Uzun sürən seçim turlarında Nadav Rihanna, Stivi Uander, Beyonce, Castin Timberleyk və Bruno Marsdan mahnılar ifa etmişdir. Nəticədə yarışmada qalib gələrək, ifaçı İsraili Avstriyanın paytaxtı Vyanada keçirilən Avroviziya 2017-də təmsil etmək hüququ qazanmışdır. Nadavın Avroviziya səhnəsində ifa edəcəyi mahnı olan "Golden Boy" ilk dəfə 12 mart tarixində dinləyicilərə təqdim olunmuşdur.
Sakat (Bakalı)
Sakat (başq. Саҡат, rus. Сакатово) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Qamışlıtamak kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı):23 km, kənd sovetliyindən (Qamışlıtamak) 2 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 56 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (40%), başqırdlar (57) üstünlük təşkil edir.