Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zaxariye Noa
Zaxariye Noa (2 Fevral 1937 – 8 Yanvar 2017) — Keçmiş peşəkar Kamerun futbolçusudur. Noa 1961-ci ildə Sedan-Torsi klubu ilə Fransa Kubokunun qalibi olmuşdur. Noa daha əvvəllər Pari Sen-Jermen FK klubunuda müdafiəçi kimi çıxış etmişdir. Zaxariye Noa 8 yanvar 2017-ci ildə 79 yaşında vəfat etmişdir. Zaxariye Noa Fransalı tennis oyunçusu olan Yannik Noanın atası və basketbol oyunçusu olan Yannik Noanın babasıdır.
Nazriya Nazim
Nazriya Nazim (malaya. നസ്രിയ നസീം, ing. Nazriya Nazim; 20 dekabr 1994, Tiruvanantapuram[d]) — Hindistan aktrisası, müğənnisi, modeli, teleaparıcısı.
Nəzəriyə
Nəzəriyyə (yun. θεωρία — baxmaq, araşdırmaq və tədqiq etmək). Geniş mənada – müəyyən bir hadisənin şərhinə və izahına yönəldilmiş baxışlar, ideyalar, təsəvvürlər kompleksi. Dar, xüsusi mənada – gerçəkliyin nəzəriyyə obyekti olan sahəsinin qanunauyğunluqları və mühüm əlaqələri haqqında tam təsəvvür yaradan elmi biliyin ən yüksək, inkişaf etmiş təşkil forması. Təcrübəni, ictimai praktikanı ümumiləşdirən, təbiətin və cəmiyyətin obyektiv qanunauyğunluqlarını əks etdirən elmi baxışlar, ideyalar sistemi, təlim. Hər hansı bir elm sahəsinin nəticə və qaydalarının ümumiləşdirilməsi. Hər hansı bir şeyə şəxsi baxış. Nəzəriyyə ideya və prinsiplərin təlimi və təkmil sistemidir. Elmi təşkil edən ümumiləşdirilmiş qaydaların məcmusudur. O sintetik birlikdir, onun içərisində əvvəlki anlayışlar əvvəlki muxtariyyətlərini itirərək vahid pinsipin tərkib hissəsi olurlar..
Marksist nəzəriyə
Marksizm — sinif münasibətləri və sosial konflikti anlamaq üçün tarixi inkişafın materialist interpretasiyasını istifadə edən sosioiqtisadi analiz metodudur, həmçinin sosial transformasiyanı təhlil etmək üçün dialektik perspektivdir. 19-cu əsr Alman filosofları Karl Marks və Fridrix Engelsin əsərlərindən başlanğıcını götürür. Marksizm zaman keçdikcə müxtəlif qollara və düşüncə məktəblərinə çevrildiyinə görə hazırda qəti bir marksist nəzəriyyə yoxdur. Bəzi marksist düşüncə məktəbləri klassik marksizmin digər aspektlərini rədd edərkən və ya dəyişdirərkən müəyyən cəhətlərinə daha çox diqqət yetirir. Bəzi məktəblər ziddiyyətli nəticələrə gətirib çıxardan marksist anlayışları və qeyri-marksist anlayışları birləşdirməyə çalışdılar. Tarixi və dialektik materializmin bütün marksist düşüncə məktəblərinin təməl konsepsiyaları kimi tanınmasına doğru bir hərəkətin olduğu iddia edilmişdir. Bu fikir tarixin yalnız istehsal üsulu ilə deyil, həm də şüur və iradə ilə müəyyənləşdiyini iddia edən Ernesto Laklau və Şantal Muf kimi bəzi postmarksistlər tərəfindən rədd edilir. Marksizm antropologiya, arxeologiya, sənət nəzəriyyəsi, kriminologiya, mədəniyyətşünaslıq, iqtisadiyyat, təhsil, etika, kino nəzəriyyəsi, coğrafiya, tarixşünaslıq, ədəbiyyatşünaslıq, media tədqiqatları, fəlsəfə, siyasi elm, elm, psixologiya, elm araşdırmaları, sosiologiya, şəhərsalma və teatr da daxil olmaqla bir çox sahəyə nüfuz edərək qlobal akademiyalara böyük təsir göstərmişdir. == İcmal == Marksizm insanın maddi ehtiyaclarını ödəmək üçün tələb olunan maddi şərtləri və iqtisadi fəaliyyətləri təhlil edərək hər hansı bir cəmiyyət daxilindəki sosial fenomeni izah etməyə çalışır. Marksizm görə, iqtisadi təşkilat forması və ya istehsal üsulunu daha geniş ictimai münasibətlər, siyasi qurumlar, hüquq sistemləri, mədəni sistemlər, estetik və ideologiyalar daxil olmaqla bütün digər sosial fenomonlərə təsir göstərir.
Nazmiyə Muradlı
Nazmiyə Muradlı (Nazmiyə Muslu, 13 iyun 1979, Konya) — Türkiyə paralimpiya paruerlifteri. 2012 Yay Paralimpiya Oyunlarında 40 kq çəki dərəcəsində 109 kq çəki qaldıraraq birinci olmuşdur. 2016 Yay Paralimpiya Oyunlarında isə 104 kq-la eyni nəticəni təkrarlamışdır. == Bioqrafiyası == Nazmiyə Muradlı 13 iyun 1979-cu ildə Konya şəhərinin Meram bələdiyəsi ərazisində anadan olmuşdur. Anadan gəlmə əlil idi. Nazmiyənin anadan gəlmə çanaq oynağının çıxışından əziyyət çəkirdi. Xəstəliyin nəticəsi olaraq əlil arabasında hərəkət edirdi. Orta təhsilini ev şəraitində almışdır. Onun idmanla məşqul olmasını dostu təklif edir. İlk əvvəllər o idmanı buraxmaq istəyirdi.