Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Eliza Norvud
Elise Norvood (18 iyun 1981, Sidney) — Avstraliyanı təmsil edən su poloçusu. Elise Norvood, Avstraliya yığmasının heyətində 2004-cü ildə baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatılıb. == Karyerası == Elise Norvood, 2004-cü ildə Avstraliya yığması ilə birgə XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Birləşmiş Ştatlar yığmasına 5:6 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVIII Yay Olimpiya Oyunlarını 4-cü yerdə başa vurdu.
Melita Norvud
Melita Norvud (ing. Melita Stedman Norwood; 25 mart 1912, Bornmut, Dorset[d] – 2 iyun 2005, London) — Britaniya dövlət qulluqçusu, Böyük Britaniya Kommunist Partiyasının üzvü və KQB casusu. Anası britaniyalı, atası latviyalı olan Norvud Britaniya Əlvan Metallar Tədqiqat Assosiasiyasında işləyərkən atom silahlarının hazırlanması ilə bağlı dövlət sirlərini Sovet İttifaqına ötürməklə tanınır. SSRİ-yə ötürdüyü məlumatların yüksək strateji əhəmiyyətinə baxmayaraq, maddi mükafat almaqdan imtina edib. SSRİ-nin etdiyi pensiya təklifini rədd edib və iddia edib ki, onun məxfi işlərlə bağlı açıqlamaları ABŞ, Böyük Britaniya və Sovet İttifaqının iştirakı ilə üçüncü dünya müharibəsi ehtimalının qarşısını almağa kömək edib. Kristofer Endryunun həmmüəllifi olduğu Mitroxin Arxivi: KQB Avropada və Qərbdə kitabında o "həm KQB tarixində ən mühüm İngilis qadın agent, həm də Britaniyadakı Sovet casusları arasında ən uzun müddət xidmət edən" kimi təsvir edilib. O həmçinin Britaniya Kommunist Partiyası tərəfindən "əsl qəhrəman" və "sülh və sosializmin müdafiəsində ardıcıl döyüşçü" kimi təsvir edilir. O həmçinin Morning Star qəzetinin və onun sələfi Daily Worker-in ömürlük dəstəkçisi kimi tanınırdı. Populyar mədəniyyətdə o Norvudun həyatından ilhamlanan 2018-ci il casus dram filmi Qırmızı Yoandakı təsviri ilə tanınır.
Novsud
Novsud — İranın Kirmanşah ostanının Pavə şəhristanının Novsud bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,562 nəfər və 438 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Huramilərdən ibarətdir və Gorani dilinin Hurami dialektində danışırlar.
Horusun gözü
Horun gözü qədim Misirin rəmzi sayılan Horun döyüş zamanı Set tərəfindən çıxardılmış olan Ayı tərənnüm edən sol gözüdür. Şahin gözünü xatırladır. Bu simvol Ranının gözü yaxud Horun gözü adlanır və Qədim Misir tanrısı Horun sağ gözünü təcəssüm edir. Simvol Günəşi təmsil edir və Günəş tanrısı Ra (Re) ilə əlaqələndirilirdi. Sol göz isə Ay tanrısı Tehutini (Tot) təcəssüm edir. Zədəli sol göz Ayın fazalarını əks etdirir. Rəmzi olaraq onu qədim Misirdə bir çox misirlilər boyunlarında gəzdirirdilər. == Əfsanələrdə == Əfsanəyə görə sol göz Horun məkirli qardaşı Set tərəfindən oyulur, cadu tanrısı Tot isə gözü yenidən möcüzəvi şəkildə bərpa edir. Qədim Misirin bu günümüzə gəlib çıxmış yazılarında bu göz haqqında bir çox əfsanə mövcuddur. Bir əfsanəyə görə Set öz barmağını Horusun sol gözünə soxaraq çıxartmışdır.
Eşitmə borusu
Yevstax və ya eşitmə borusu (lat. tuba auditiva (Eustachi)) — keçmişdə ona lat. salpinx auditivae deyilirdi. Orta hesabla 3,3 sm uzunluğunda boru olub, təbil boşluğunu udlağın burun hissəsi ilə birləşdirir; istiqaməti bayır tərəfə, dala və yuxarıyadır; üfüqi səthi ilə 40° və orta səthlə təxminən 45° bucaq təşkil edir. İki dəliyi vardır: 1) təbil boşluğuna açılan dəliyi — lat. ostium tympanicum tubae auditivae təbil boşluğunun ön divarında yerləşir və 2) udlağa açılan dəliyi — lat. ostium pharyngeum tubae auditivae udlağın burun hissəsinin yan divarında, aşağı burun balıqqulağının dal uc səviyyəsində olur; burunun udlaq dəliyi, adətən. qapalı olur, hər udma aktında açılır. Eşitmə borusu iki hissəyə bölünür: sümük hissə — lat. pars osseatubae auditivae və qığırdaq hissə — lat.
Nəfəs borusu
Nəfəs borusu, traxeya (yun. trachus hərfi mənası kontur, hüdud deməkdir, lat. trachea) — qırtlağın ardı olub, qida borusunun önündə yerləşmişdir. Formaca silindrə bənzəyir, ancaq öndən arxaya doğru bir az yastılaşmışdır. Uzunluğu təxminən 9-15 sm və diametri yuxarıda və aşağıda dar, ortada isə genişdir, eni 1,5-2,7 sm-ə bərabərdir. Nəfəs borusu orta xəttə yerləşərək topoqrafik cəhətcə iki hissəyə bölünür: Boyun hissə — lat. pars cervicalis; Döş hissə — lat. pars thoraica (thoracica). == Həmçinin bax == Traxeyanın intubasiyası Traxeotomiya == Mənbə == Prof.
Pito Borusu
Pito Borusu — cari maye (suspenziya) və ya qazın tam təzyiqini ölçmək üçün cihaz. Onun ixtiraçısı, fransız mühəndis-hidravlik Henri Pito (Henry Pito) adı ilə adlandırılmışdır (1732). L - formali bir boru şəklindədir. p ∂ ≈ ξ ρ V o 2 2 , {\displaystyle p_{\partial }\approx \xi {\frac {\rho V_{o}^{2}}{2}},} Harda ki, ρ {\displaystyle \rho } – hərəkət edən (qələn) mühitin sıxlığı; V o {\displaystyle V_{o}} – axın sürəti; ξ {\displaystyle \xi } – əmsal. Təzyiq altında olan (pnevmometrik və ya tam təzyiq borusu) Pito borusu xüsusi cihaz və qurğulara qoşulur. Diferensial manometrlərlə komplektdə qaz gəlirlərdə və ventilyasiya sistemlərində nisbi sürətin və həcm sərfinin müəyyən edilməsində tətbiq olunur.
Pitot Borusu

Qida borusu
İnsanın qida borusu — Həzm sistemi kanalının bir hissəsi. Yarıməzələvi borudan ibarət olub, udlaqdan qəbul edilmiş qidanın mədəyə ötürülməsi funksiyasını yerinə yetirir. Yetkin insanın qida borusunun uzunluğu 25–30 sm-dir. VI–VII boyun fəqərələrindən başlayaraq udlaqın davamı olub, döş boşluğundan keçərək döş qəfəsinin X–XI fəqərələri səviyyəsində qarın boşluğunda mədəyə açılır. Qida borusu diafraqmadan qida borusu dəliyi vasitəsiylə keçir ki, hansı ki qida borusu ilə yanaşı hər iki azan sinir də bu dəliklə diafraqmadan qarın boşluğuna keçir.
Rus görüşü
Rus görüşü — şahmatda e4, e5 Af3 Af6 gedişləri ilə başlanan debüt. Şahmat termini Bu debütü tətbiq edən A. Petrovun və təhlil edən K. Yanişin şərəfinə adlandırılmışdır.
Uqra görüşü
Uqra görüşü — Moskva knyazlığının Qızıl Orda dövlətindən asılılığına son qoyulması ilə nəticələnən münaqişə. 11 noyabr 1480-ci ildə Qızıl Orda hökmdarı Əhməd xanla Moskva knyazı III İvan arasında Uqra çayı ətrafında cərəyan edən qarşıdurmalı görüş başa çatmışdır. == Qarşıdurmanın gedişatı == Hələ XIII əsrin ortalarından monqol-tatarların (türk-moğollar) asılığı altında olan rus knyazlıqları onlara vergi verməyə məcbur edilmişdi. 1380-ci ildə baş vermiş Kulikovo döyüşündən sonra asılılıq zəifləsə də, rus torpaqları hələ tam azadlıq qazana bilməmişdi. Lakin XV əsrin ikinci yarısında Qızıl Orda dövlətindəki zəifləməni fürsət sayan rusların azadlıq hissləri güclənmişdi. 1476-cı ildə Moskva knyazlığı Qızıl Ordaya vergi ödəməkdən imtina etdi, 1480-ci ildə asılıqdan çıxdığını rəsmən bəyan etdi. Qeyd etmək lazımdır ki, rus dövlətçiliyinin həlledici məqamlarından sayılan bu dövrdə artıq ağıllı manevrlər edilirdi. İki cəbhədə sıxışacağını görən rus knyazlıqları Litvaya qarşı Krım xanlığı ilə ittifaqa girərək hücumların birindən yayına bildi. Knyaz III İvan isə Əhməd xana qarşı döyüşə hazırlaşdı. Qızıl Ordanın qüvvəsi qələbəyə iddialı sayılsa da, əlverişsiz hava şəraiti və rus artilleriyasının davamlı atəşi onları geri oturtmuş, hər iki tərəf mövqe savaşına başlamışdı.
Uşaqlıq borusu
Uşaqlıq (ya Fallop) borusu (lat. tuba uterina; tuba uterina fallopii - BNA, yun. salpinx) silindrəbənzər uzun boru şəklində cüt üzvlərdən olub, uşaqlığın yan tərəfində, enli bağın yuxarı kənarında yerləşmişdir. Böyüklərdə uzunluğu 6 sm-dən 20 sm-dək olur. Sağ boru sol borudan bir qədər uzun olur. Uşaqlıq borusu dörd hissədən ibarətdir; 1) uşaqlıq borusu boşazı — lat. isthmus tubae uterinae, 2) uşaqlıq borusu ampulu (pars ampularis)- 3) interstisial və ya uşaqlıq (pars interstisialis tubae)ən dar hissə. 4)qif (infundibulum tubae)ən distal və ən geniş hissə . Uşaqlıq borusu boğazı qısadır (təxminən 3–6 sm uzunluğundadır), uşaqlığın cismi ilə dibi arasında yan kənarından başlayaraq bayır tərəfə gedir və uşaqlıq borusu ampuluna keçir. Uşaqlıq borusu ampulu boğazdan uzundur (təxminən 8 sm uzunluğundadır), diametri böyük (6–8 mm), divarları nazik, gedişi qıvrım və özü də yumurtalığa yaxındır.
Vakuum borusu
Vakuum borusu (Vacuum tube) – elektron selini idarə etmək üçün metal elektrodlardan və tordan ibarət şüşə boru; vakuum yaratmaq üçün həmin borudan, demək olar ki, bütün qazlar çıxarılıb. 1950-ci illərdə yarımkeçiricilərin meydana çıxmasından qabaq vakuum boruları elektron sxemlərdə gücləndirici və açarların funksiyasını yerinə yetirirdi. Onlardan bu gün də müəyyən qurğularda, məsələn, çox yüksək səviyyəli gücün tələb olunduğu katod-şüa borularında istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Yevstax borusu
Yevstax və ya eşitmə borusu (lat. tuba auditiva (Eustachi)) — keçmişdə ona lat. salpinx auditivae deyilirdi. Orta hesabla 3,3 sm uzunluğunda boru olub, təbil boşluğunu udlağın burun hissəsi ilə birləşdirir; istiqaməti bayır tərəfə, dala və yuxarıyadır; üfüqi səthi ilə 40° və orta səthlə təxminən 45° bucaq təşkil edir. İki dəliyi vardır: 1) təbil boşluğuna açılan dəliyi — lat. ostium tympanicum tubae auditivae təbil boşluğunun ön divarında yerləşir və 2) udlağa açılan dəliyi — lat. ostium pharyngeum tubae auditivae udlağın burun hissəsinin yan divarında, aşağı burun balıqqulağının dal uc səviyyəsində olur; burunun udlaq dəliyi, adətən. qapalı olur, hər udma aktında açılır. Eşitmə borusu iki hissəyə bölünür: sümük hissə — lat. pars osseatubae auditivae və qığırdaq hissə — lat.
Dünya görüşü
Dünyagörüşü çox geniş anlamlı bir anlayışdır, dünyaya və insanın buradakı yeri haqqında baxışlar sistemidir. Çeşidli baxışların, dəyərlərin, davranışların toplusudur. Toplumun və hər bir kəsin düşüncəsində yaranan mürəkkəb və bəsit nə varsa, dünyagörüşüdür. O hər kəsə ya da topluma məxsus ola bilər. Hər bir dönəmin də öz dünyagörüşü vardır. Insanın dünyagörüşünün hər bir hissəciyi başqaları ilə sıx bağlıdır, onların hamısı bir-biri ilə əlaqədədirlər. Hər bir kimsənin ya da toplumun intellektual, bilik və mədəni səviyyəsi nə qədər yüksəkdirsə, bir o qədər onların dünyagörüşü əsaslı təməllərə arxalanır. Bu səviyyələr olmayanda isə, insanlar öz fikirlərini, baxışlarını, həyat prinsiplərini əsaslandıra bilmirlər, öz fantaziyalarına, mövhumatlara qapanıb, ziddiyətlərdən çıxa bilmirlər. Eyni zamanda, dünyagörüşü təkcə düşüncəyə və biliyə deyil, həmdə emosiyaların üzərində qurulur. Çünki hər bir kəsin əsəb, sevgi, nifrət və s.
Barrett qida borusu
Barret qida borusu (Barret sindromu — Barrett’s syndrome, CELLO, ) — QERX xəstəliyinin ciddi ağırlaşmalarından biri olub , qida borusunun selikli qişasında ona xas olan yastı-çoxqatlı epitelin silindrik epitəllə əvəzlənməsi ilə xarakterizə olunur. Qida borusunun aşağı hissəsində hüceyrələrin bu metaplaziyası xroniki olaraq mədə turşusunun zədələyici təsiri ilə əlaqələndirilir.. Qida borusunda yanma və qastro-ezofageal reflüks səbəbindən müraciət edən xəstələrin 10 % -ə qədərində barret qida borusu aşkar olunur . Ümumilikdə isə əhalinin 1%-ində bu xəstəliyin olması ehtimal olunur. Bu xəstəlik xərçəngönü vəziyyət sayılır və qida borusunun aşağı hissəsində adenokarsinoma inkişafı üçün böyük risk hesab olunur . == Morfologiya == Barret qida borusu zamanı mədə turşusunun uzun müddətli qida borusuna patoloji axımı nəticəndə , qida borusunun aşağı hissələrində cavab reaksiyası olaraq çoxqatlı yastı epitel qida borusuna xas olmayan silindirik epitellə əvəz olunur. Bu zaman yeni yaranan epitel turşuluğa davamlı sayılsa da , metaplaziya prossesi adenokarsinoma yaranma ehtimalını artırmış olur. === Bağırsaq metaplaziyası === Barret qida borusunu təsdiqləmək üçün bağırsaq metaplaziyasının əlaməti olan qədəhəbənzər hüceyrələri aşkarlamaq lazımdır. Adətən metaplastik digər kötük hüceyrələri də aşkar olunsa da , ancaq qədəhəbənzər hüceyrələrin tapılması təsdiqlənmiş diaqnoz hesab olunur. Metaplaziya prossesini adətən qastroskopiya müayinəsi zamanı müşahidə etmək olur, lakin histoloji müayinə diaqnozunun tam təsdiqi üçün vacib sayılır.
Dostların Görüşü (1967)
== Məzmun == Film Oktyabr inqilabının 50 illiyi ərəfəsində Moskvada keçirilən Azərbaycan mədəniyyət və incəsənət həftəsindən söhbət açır.
Dostların Görüşü (1977)
Elektron-şüa borusu
Elektron-şüa borusu (CRT - cathode-ray tube)– televiziya monitorunun və mikrokompüterin standart displeyinin əsas elementi. Belə displey, içərisində elektron şüalar buraxan bir və ya bir neçə elektron top (GUN) olan vakuum borusunun əsasında qurulur; bu şüalar borucuğun qabaq divarının şüalanma zamanı işıqlanan daxili örtüyünə tuşlanır. Monoxrom elektron-şüa borusunda bir elektron top və bir qayda olaraq, ağ, yaşıl və ya sarı rənglər verən bir lüminofor gərəkli olur. Rəngli borucuq üçün isə üç elektron top lazımdır: nadir elementlərlə zənginləşdirilmiş və qırmızı, yaşıl və göy rənglər (qeyri-şəffaf boyalar deyil, işıq gücünün müxtəlif səviyyələri qatışdırıldığından, əsas rənglər olaraq, qırmızı-sarı-göy deyil, qırmızı-yaşıl-göy götürülür) verən üç tip lüminiforun hər birini şüalandırmaq üçün bir ədəd. Hər bir şüa, bir dəfəyə bir üfüqi darama sətri yaratmaqla əvvəlcə soldan sağa, sonra isə yuxarıdan aşağıya hərəkət edir. Şüa elektron-şüa borusunun boğazında yerləşən elektromaqnitlər sistemi vasitəsilə əyilir və borucuğun qabaq divarında olan lüminoforun piksellərini şüalandırmaqla görüntünü çəkir. Titrəməni olmaması üçün elektron şüa ekran görüntüsünü saniyədə 30 və ya daha artıq dəfə təzələyir. Görüntünün aydınlığı (dəqiqliyi) ekrandakı piksellərin sayından asılı olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Macarıstan görüşü (şahmat)
Şahmat terminlərinin lüğəti — Şahmat ədəbiyyatında tez-tez rast gəlinən əsas şahmat anlayışları və terminləri verilir. == A == Axmaq matı — şahmatda ən tez mümkün olan mat növü. Armaqedon Avanpost == B == Batareya (şahmat) == C == Cənub qambiti — İlk dəfə olaraq 1867-ci ildə danimarkalı usta Fromen və isveç şahmatçısı Lindek tərəfindən praktikaya tətbiq edilmişdir. Cinah — Şahmat taxtasının bir hissəsi sol cinah ağlar üçün vəzir, qaralar üçn isə şah cinahı adlandırılır. == Ç == Çevrilən piyada — Sonuncu xanaya çataraq şahdan başqa istənilən fiqura çevrilən piyadaya deyilir. Çəngəl — Piyadanın və ya atın eyni vaxtda iki fiqura və ya piyadaya hücumu. == D == Daimi şah — "Şah"ların ardıcıl seriyasıdır ki, şah özünə sığınacaq tapa bilmir. Dəyirman — Topun və filin iştirakı ilə açıq silsilə şahlar elan edən kombinasiyanın adı. Dəyişmə — Bir-birinə bərabər olan fiqurların dəyişməsi gedişidir. Düzgün olmayan başlanğıc — Bir sıra az işlənən və nəzəriyyəcə zəif işlədilmiş başlanğıcların (1.d3-Andersson debütü; 1.e3-van Kruysa debütü; 1.c3-Saraqossa başlanğıcı; 1.d3-Mizes başlanğıcı) və adsız başlanğıcların (1.b3, 1.
Qida borusu (insan)
İnsanın qida borusu — Həzm sistemi kanalının bir hissəsi. Yarıməzələvi borudan ibarət olub, udlaqdan qəbul edilmiş qidanın mədəyə ötürülməsi funksiyasını yerinə yetirir. Yetkin insanın qida borusunun uzunluğu 25–30 sm-dir. VI–VII boyun fəqərələrindən başlayaraq udlaqın davamı olub, döş boşluğundan keçərək döş qəfəsinin X–XI fəqərələri səviyyəsində qarın boşluğunda mədəyə açılır. Qida borusu diafraqmadan qida borusu dəliyi vasitəsiylə keçir ki, hansı ki qida borusu ilə yanaşı hər iki azan sinir də bu dəliklə diafraqmadan qarın boşluğuna keçir.
Rus görüşü (şahmat)
Rus görüşü — şahmatda e4, e5 Af3 Af6 gedişləri ilə başlanan debüt. Şahmat termini Bu debütü tətbiq edən A. Petrovun və təhlil edən K. Yanişin şərəfinə adlandırılmışdır.
Vyana görüşü (şahmat)
Şahmat terminlərinin lüğəti — Şahmat ədəbiyyatında tez-tez rast gəlinən əsas şahmat anlayışları və terminləri verilir. == A == Axmaq matı — şahmatda ən tez mümkün olan mat növü. Armaqedon Avanpost == B == Batareya (şahmat) == C == Cənub qambiti — İlk dəfə olaraq 1867-ci ildə danimarkalı usta Fromen və isveç şahmatçısı Lindek tərəfindən praktikaya tətbiq edilmişdir. Cinah — Şahmat taxtasının bir hissəsi sol cinah ağlar üçün vəzir, qaralar üçn isə şah cinahı adlandırılır. == Ç == Çevrilən piyada — Sonuncu xanaya çataraq şahdan başqa istənilən fiqura çevrilən piyadaya deyilir. Çəngəl — Piyadanın və ya atın eyni vaxtda iki fiqura və ya piyadaya hücumu. == D == Daimi şah — "Şah"ların ardıcıl seriyasıdır ki, şah özünə sığınacaq tapa bilmir. Dəyirman — Topun və filin iştirakı ilə açıq silsilə şahlar elan edən kombinasiyanın adı. Dəyişmə — Bir-birinə bərabər olan fiqurların dəyişməsi gedişidir. Düzgün olmayan başlanğıc — Bir sıra az işlənən və nəzəriyyəcə zəif işlədilmiş başlanğıcların (1.d3-Andersson debütü; 1.e3-van Kruysa debütü; 1.c3-Saraqossa başlanğıcı; 1.d3-Mizes başlanğıcı) və adsız başlanğıcların (1.b3, 1.
İspan görüşü (şahmat)
İspan görüşü — Şahmatda 1. e2-e4 e7-e5 2. Ag1-f3 Ab8-c6 3. Ff1-b5. gedişləri ilə başlayan debüt. İlk dəfə olaraq ispaniyalı şahmatçılar Lüsyenin (XV əsr) və Lopesin (XVI əsr) əsərlərində göstərilir.
İtalyan görüşü (şahmat)
İtalyan görüşü — Şahmat termini Bu qədim debüt gettin əlyazmalarında və XVI-XVII əsrlər italyan şahmatçılarının oyunlarında təsadüf edilir.