Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qovacıq
Qovacıq (rus dilində Кеваджик, Куваджук şəkillərində yazılır), indiki rusca rəsmi adı Sovetskoye (rus. Советское) — Rusiya Federasiyasının Dağıstan Respublikasının Məhərrəmkənd rayonunda yerləşən bir kənd. == Tarixi == Tarixi olaraq bu kənddə dağ yahudiləri qalırdı. Kəndin ikinci adı Məmrac idi. Deyilənə görə Məmrac bəy bir sufi başçısı idi. 1952-ci ildə SSRİ yahudiləri bu kənddən qovandan sonra Sovetski adı verir.
Ovacıq döyüşü
Ovacıq və ya Təkiryaylağı döyüşü— Nurəli Xəlifə komandanlığı altındakı Səfəvi ordusu ilə Bıyıklı Mehmed Paşa komandanlığı altındakı Osmanlı ordusu arasında baş vermiş döyüşdür. Döyüş nəticəsində Səfəvi ordusu məğlub olmaqla birlikdə, Nurəli Xəlifə həyatını itirmişdir. == Arxa plan == 1512-ci ildə Şərqi Anadoludakı müxtəlif türk və qeyri-sünni tayfalar Səfəvilər lehinə Osmanlı hakimiyyətinə qarşı üsyana başladılar. Üsyanın mərkəzi Çəmişgəzək olmaqla birlkdə, Tokata qədər ciddi toqquşmalara və qırğınlara səbəb oldu. Üsyanı yatırmaq üçün Sinan Paşa komandanlığı altında bölgəyə Osmanlı ordusu göndərilsə də, bu ordu qızılbaşlar tərəfindən ağır məğlubiyyətə uğradıldı. Bu üsyan başlayan zaman Səlim şahzadə idi və baş verənləri diqqətlə izləməkdəydi. Sonradan taxt uğrunda mübarizədə qalib gələrək atasını hakimiyyətdən devirməyi bacardı və ordusunu hazırlayaraq Səfəvilər üzərinə yürüşünə hazırlaşdı.Bu səfərin böyük döyüşü olan Çaldıran döyüşündə qələbə qazandı. Bu məğlubiyyətən sonra Səfəvi ordusunun Şərqi Anadoludakı hakimiyyətinin əsasları laxlamağa başladı. Son olaraq Kemah mühasirəsi ilə Ərzincandakı hakimiyyətini də itirən Şah İsmayıl Nurəli Xəlifəyə hücuma keçmə əmri verdi. Nurəli Xəlifə ilə döyüşmək üçün isə Səlim sevimli sərkərdələrindən olan Bıyıklı Mehmed Paşanı vəzifələndirdi.