Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mitogenetik şüalar
Mitogenetik şüalar — dalğasının uzunluğu 1900–3250 Å, intensivliyi az olan ultrabənövşəyi şüalar. Bitki və heyvanların hüceyrə və toxumalarının çoxalması zamanı hasil edilir. == Tarixi == Mitogenetik şüalar 1923-cü ildə Aleksandr Qurviç tərəfindən kəşf edilmişdir. O göstərmişdir ki, mitogenik şüalar hüceyrələrin mitoz bölünməsinin və hüceyrədə ardıcıl kimyəvi prosesləri stimulə edir. Mitogenik şüalar hüceyrəsiz sistemlərdə də müşahidə olunmuşdur. Mitogenik şüaların spektrlərinin analizi onların tədqiq olunan obyektlərin fizioloji vəziyyətindən asılılığını aşkara çıxarır. Bəzi patoloji hallarda mitogenik şüalar intensivliyi dəyişir. == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == Bischof M. "Bibliography on biophoton research and related subjects". International Institute of Biophysics. 2010-01-25 tarixində arxivləşdirilib.
Monogenetik sorucular
Ontogenezin genetikası
Ontogenez — və ya fərdi inkişaf (yun. ontos – mövcud, gemsiz – doğulma) orqanizmin fərdi inkişaf prosesi olub mayalanmış yumurta hüceyrəsindən başlayıb ölüm ilə başa çatır. == Ontogenezin inkişaf dövrü == Fərdi inkişaf – ontogenez embrional və postembrional dövrlərə bölünür. Ontogenez termini ilk dəfə 1866-cı ildə E. Hekkel tərəfindən biologiya elminə daxil edilmişdir. Embrional dövr (yun. embrion – rüşeym) ziqotdan doğulana qədər (və ya yumurta qabığından xaricə çıxana qədər) olan fərdi inkişaf dövrünü əhatə edir. Postembrional dövr isə orqanizmin doğulandan (və ya yumurta qabığından çıxandan) ölənə qədər olan fərdi inkişaf dövrünü əhatə edir. Məlumdur ki, həm embrional, həm də postembrional dövrdə gedən bütün inkişaf prosesləri orqanizmin genotipində fərdi inkişafın bütün mərhələləri proqramlaşdırılmışdır. Fərdi inkişafın gedişi boyu genlər tədricən fəaliyyətə keçərək inkişafın bütün mərhələlərini idarə edir. Fərdi inkişaf genlərin fəaliyyətindən asılı olmasına baxmayaraq, xarici mühit şəraitinin bu prosesdə rolu böyükdür.
Monogenetik Sorucular sinfi