Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Andlı öhdəlik
"Andlı öhdəlik" — 1803-cü il 12 apreldə Rusiya ilə Car-Balakən arasında bağlanmış saziş. == Haqqında == 1803-cü ilin aprelin 12-də Car-Balakənin 9 nəfərdən ibarət səlahiyyətli nümayəndə heyəti Tiflisə general Sisianovun yanına getdi. Burada onlarla Car-Balakən camaatının Rusiyanın hakimiyyəti altına alınması barədə saziş bağlandı. "Andlı öhdəliyə" əsasən: Car-Balakən Rusiyanın tərkibinə daxil edilirdi; Car-Balakən camaatlığı öz daxili muxtariyyətini saxlayırdı; Carlılar çar xəzinəsinə ipəklə xərac ödəməli idilər; Camaatlıq sədaqət əlaməti olaraq ruslara girov verməli idilər; Camaatlığın ərazisində rus əsgərləri yerləşdirilməli idi. Carlıların şahzadə Aleksadrı və onun əlaltılarını qəbul etməmək və öz içərilərində gizlətməmək barədə tərəddüdü sazişdə xüsusi qeyd olunurdu. == Mənbə == Azərbaycan tarixi. Yeddi cilddə. IV cild. Bakı,2007.
Öhdəlik hüququ
Öhdəliklər qanunu — geniş mənada daxili və ya xarici şəraitin doğurduğu vəzifənin yerinə yetirilməsi zərurəti. Hüquqi mənada bu, bir tərəfin (borclunun) digər tərəfin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətlərdən çəkinməyə borclu olduğu nisbi mülki hüquq münasibətidir. Belə hərəkətlər ola bilər: müəyyən əmlakın təhvil verilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, pulun ödənilməsi, habelə digər hərəkətlər. Xeyrinə belə hərəkət edilməli olan kreditor borcludan öz öhdəliyinin icrasını tələb etmək hüququna malikdir. Bu mənada öhdəliklər qanunla bütün şəxslər üçün nəzərdə tutulmuş hüquqi öhdəliklərdən fərqləndirilməlidir. Şəxsin hər bir hüququ həmişə digər şəxslərin bu hüquqa hörmət etmək, onun sahəsinə müdaxilə etməmək və belə müdaxilə olduqda bu hüquqlara dair xüsusi qaydalara uyğun cavab vermək öhdəliyinə (qanunla müəyyən edilmiş öhdəlik) eləcə də hüquq pozuntuları ilə bağlı uyğun gəlir.
Andlı öhdəlik (1803)
"Andlı öhdəlik" — 1803-cü il 12 apreldə Rusiya ilə Car-Balakən arasında bağlanmış saziş. == Haqqında == 1803-cü ilin aprelin 12-də Car-Balakənin 9 nəfərdən ibarət səlahiyyətli nümayəndə heyəti Tiflisə general Sisianovun yanına getdi. Burada onlarla Car-Balakən camaatının Rusiyanın hakimiyyəti altına alınması barədə saziş bağlandı. "Andlı öhdəliyə" əsasən: Car-Balakən Rusiyanın tərkibinə daxil edilirdi; Car-Balakən camaatlığı öz daxili muxtariyyətini saxlayırdı; Carlılar çar xəzinəsinə ipəklə xərac ödəməli idilər; Camaatlıq sədaqət əlaməti olaraq ruslara girov verməli idilər; Camaatlığın ərazisində rus əsgərləri yerləşdirilməli idi. Carlıların şahzadə Aleksadrı və onun əlaltılarını qəbul etməmək və öz içərilərində gizlətməmək barədə tərəddüdü sazişdə xüsusi qeyd olunurdu. == Mənbə == Azərbaycan tarixi. Yeddi cilddə. IV cild. Bakı,2007.
Perelik burnu
Perelik burnu (bolq. нос Перелик, ‘Nos Perelik’ \'nos pe-re-'lik\) — Antarktidanın Cənubi Şetland adalarının Robert adası sahillərindən şərqdə yerləşən burundur. Burun Qarinya buxtasından cənub-şərqdə, Kozloduy buxtasından şimalda yerləşmişdir. Burun Nelson boğazından 900 m şimal-qərbdə, Kitçen burnundan 1.4 km şimal-qərbdə, Smirnenski burnundan 1.2 km cənub-şərqdə yerləşmişdir. Burun cənubi Bolqarıstanda yerləşən Rodof dağlarının Qolyam Perelik zirvəsinin adını daşıyır. == Yerləşməsi == Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005.