Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Siyasi partiyalar
Siyasi partiya — öz namizədlərini siyasi vəzifələrə təyin etmək yolu ilə dövlət siyasətinə təsir etməyə çalışan siyasi təşkilat. Partiyalar etiraz aksiyalarında və seçki kampaniyalarında iştirak edir, müxtəlif maraqlar əsasında, xüsusi məqsədlər üçün ifadə edilmiş ideologiyaları təbliğ edirlər. == Quruluş == Siyasi partiyanın təsis edilməsinə və onun nəzarətinə yardımçı olan könüllü şəxs partiyanın təşkilatçısı adlanır. Bu şəxs eyni zamanda partiya işçisi hesab edilir. Adətən siyasi partiya partiya rəhbəri (lideri), partiya katibi, partiya xəzinədarı və partiya sədri tərəfindən idarə edilir. Partiya lideri partiyanı təmsil edən ən səlahiyyətli üzv və nümayəndədir. Partiya katibi gündəlik işə və partiya yığıncaqlarının hesabatını saxlamağa cavabdehdir. Xəzinədar üzvlük haqqlarına görə məsuliyyət daşıyır. Partiya sədrinin əsas vəzifəsi isə partiya üzvlərini toplamaq və çağırmaq məqsədilə strategiyalar yaratmaqdır. Sədr, həmçinin, partiyanın yığıncaqlarına sədrlik edir.
Azadlıq Siyasi Partiyalar Bloku
Azadlıq Bloku — Azərbaycanda siyasi partiyalar ittifaqı. 2005-ci il Azərbaycan Respublikası Milli Məclisinə seçkilər ərəfəsində müxalifət siyasi partiyaların birliyi kimi yaradılmışdır. Blok Müsavat, Azərbaycan Xalq Cəbhəsi və Azərbaycan Demokrat Partiyaları tərəfindən təşkil olunmuşdur. 2006-cı ildə Müsavat Partiyası bloku tərk etmişdir. Sonralar Azərbaycan Liberal və Vətəndaş və İnkişaf partiyaları da bloka daxil olmuşlar. 2012-ci ildə blokun buraxıldığı deyildi. == Vahid namizədlər == === Milli Məclis === === Ali Məclis === 2005-ci il Naxçıvan Ali Məclisinə seçkilərdə Azadlıq Bloku üzvlərindən Müsavat Partiyası 16, Azərbaycan Xalq Cəbhəsi Partiyası 15 və Azərbaycan Demokrat Partiyası 13 namizədlə iştirak etmişdir. Ümumilikdə 65-i Yeni Azərbaycan Partiyası, 36-sı isə bitərəf namizəd olmaqla 146 namizəd içindən Azərbaycan Xalq Cəbhəsi Partiyası 2, Azadlıq Bloku isə 1 deputat çıxarmışdır. Çünki, deputat seçilmiş Əhəd Cəfərli AXCP-nin klassiklər qanadının üzvü idi.
Bizim Azərbaycan Siyasi Partiyalar Bloku
Bizim Azərbaycan bloku - Azərbaycanda siyasi partiyalar ittifaqı. 2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində müxalif siyasi partiyaların birliyi kimi yaradılmışdır. == Haqqında == Blok 29 mart 2003 tarixində Müsavat Partiyasının sədri İsa Qəmbərin təşəbbüsü ilə 2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində bəzi müxalif siyasi partiyaların və ictimai təşkilatlar tərəfindən təsis olunub. İlk öncə seçki bloku olaraq yaradılsa da sonradan siyasi partiyalar blokuna çevrilmişdir. Bloka 29 siyasi partiya və 67 ictimai təşkilat daxil olub. Blok 2003-cü il prezident seçkilərində İsa Qəmbəri dəstəkləyib. Blokun vahid namizədi İsa Qəmbər seçkidə 338 145 seçicinin səsini toplayaraq, 14 %-lə II yeri tutmuşdur. Lakin blok seçkilərin kütləvi saxtalaşdırıldığını iddia etmiş və nəticələri tanımamışdır. 15-16 oktyabr 2003-cü ildə seçki nəticələrinə etiraz etmək məqsədilə Azadlıq meydanında keçirilən icazəsiz mitinqlərdən sonra isə bloka daxil olan bir çox siyasi partiya rəhbərləri və mitinq iştirakçıları həbs olunmuşdur. 19 noyabr 2005-ci ildə bloka üzv olan İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı İsa Qəmbəri müdafiə etməyəcəklərini söyləmişdir.
Azərbaycan Respublikası Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivi
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi — Prezidentin və Prezident Administrasiyasının fəaliyyətinin maddi-texniki və maliyyə təminatı ilə məşğul olur. İşlər İdarəsi Administrasiyanın tərkibinə daxil deyil. Azərbaycanın dövlət başçısının fəaliyyətini bilavasitə təmin edən orqandır. 2021-ci ildən Prezidentin İşlər müdiri Ramin Quluzadədir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. == Strukturu == Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə tabe olan təşkilatlar: "Ulduz" Qonaq Evi (Prezident İqamətgahı və "Ulduz" Sarayı daxil olmaqla) "Gənclik" iqamətgahı "Zuğulba" iqamətgahı (1 N-li Pansionat və "Şəfəq" Sarayı daxil olmaqla) İşlər İdarəsinin Pansionatı (əvvəlki adı: 2 N-li Pansionat) "Qəbələ" iqamətgahı "Marxal" Müalicə-İstirahət Kompleksi Rəsmi Qəbullar Sarayı (əvvəlki adı: Səadət sarayı) Azərsuvenir "Azərbaycan Nəşriyyatı" MMC Prezident Kitabxanası İctimai-Siyasi Sənədlər Arxivi Təsisçisi Prezidentinin İşlər İdarəsi olan qəzetlərin siyahısı: "Bakinski raboçi" qəzetinin redaksiyası "Respublika" qəzetinin redaksiyası "Xalq qəzeti"nin redaksiyası == Azərsuvenir == Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin «Azərsuvenir» (Azərbaycan Suvenirləri) Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2012-ci il tarixli 155 saylı Qərarı ilə Azərbaycan «Zərgərsənaye» İstehsalat Birliyinin bazasında yaradılmışdır. Müəssisənin əsas fəaliyəti dövlət orden və medallarının, müxtəlif yubiley və xatirə medallarının, döş nişanlarının, dünya dövlətlərinin bayraqlarının, Azərbaycan milli naxış və ornamentləri ilə bəzədilmiş yüksək əyarlı hədiyyəlik gümüş məmulatlarının və digər milli suvenirlərin istehsalından ibarətdir. Bütün məhsullar «Azərsuvenir» MMC-nin istehsalı olan futlyarlarla fərdi qaydada qablaşdırılır. Yuxarıda qeyd olunan məhsulların müasir tələblərə cavab verən yüksək keyfiyyətli istehsalatını təmin etmək məqsədi ilə, müəssisədə yeni istehsalat sahələri yaradılmış müasir avadanlıqlar və yüksək texnoloqiyalar tətbiq edilmişdir. Bütün məmulatların istehsalı «Azərsuvenir» MMC-də fəaliyyət göstərən, yüksək peşəkarlardan ibarət bədii-texniki şuranın nəzarəti altında icra olunur.