Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Petroqrafiya
Petroqrafiya - süxurların mineraloji və kimyəvi tərkibi, quruluş və teksturu, yatım şəraiti, yayılması, mənşəyi, yer qabığı və onun səthində dəyişilmə qanunauy­ğun­luqları haqqında elm. Terminoloji etimoloji baxımdan keçən əsrin ikinci yarısından başlayaraq işlədilən daha dəqiq "Petrologiya" termini ilə eyni məna daşıyır. Petrologiya terminin geniş tətbiqi, petroqrafiya təsviri elm kimi qəbul olunması meylini gücləndirmişdir. Süxur tiplərindən asılı olaraq maqmatik, metamorfik, çökmə süxurlar petroqrafiya ayrılır. Süxurların xassələrinin xüsusiyyətinə görə petrokimya, petrofizika, petrotektonika, eksperimental petroqrafiya kimi mühüm, habelə müstəqil "Kosmik petroqrafiya" bölmələrini ayırırlar. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Petroqrad
Sankt-Peterburq (rus. Санкт-Петербург; 1914-cü ildən 1924-cü ilədək Petroqrad, 1924-cü ildən 1991-ci ilədək Leninqrad) — Rusiya Federasiyasının federal əhəmiyyətli şəhəri, Rusiyanın Şimal-Qərb Federal dairəsinin inzibati mərkəzi, Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin, MDB Parlament Assambleyasının, 1992-ci ildən Rusiya Leninqrad vilayətinin hakimiyyət orqanlarının yerləşdiyi şəhər. XVIII–XX əsrlərdə — Rusiya İmperiyasının paytaxtı. SSRİ dövründən qəhrəman şəhər. Şimali Avropada, Rusiyanın şimal-qərbində, Baltik dənizinin Fin körfəzinin sahilində , ora tökülən Neva çayının sahilində yerləşir. Rusiyanın vacib iqtisadi, elmi, mədəni və tarixi şəhəri, böyük nəqliyyat qovşağıdır. Şəhər mərkəzindəki tarixi abidələr UNESCO-nun dünya mirası siyahısına daxildir. == Adları == 27 may 1703-cü ildən 31 avqust 1914-cü ilədək Sankt-Peterburq (rus. Санкт-Петербург, azərb. Petresburğ / پطرسبورغ / Петресбург‎, fin Pietari) 31 avqust 1914-cü ildən 26 yanvar 1924-cü ilədək Petroqrad (rus.
Petroqrad Universiteti
Sankt-Peterburq Dövlət Universiteti (rus. Санкт-Петербу́ргский госуда́рственный университе́т - СПбГУ) — Rusiyanın böyük və qədim universitetlərindən biri. Universitetin tərkibinə 21 fakültə, 13 elmi-tədqiqat institutu, SPDU-nun Kanada kolleci, hərbi tədris fakultəsi və ümumuniversitet bədən tərbiyəsi və idman kafedrası daxildir. SPDU-nun Prezidenti Rusiya Elmlər Akademiyasının akademiki Lyudmila Verbiskaya, rektoru professor N.M.Kropaçevdir. == Xarici əlaqələri == Koimbra qrupunun üzvüdür. Universitetin BƏƏ-nin xüsusi təhsil zonası olan Dubay Bilik Kəndində filialı fəaliyyət göstərir. == məşhur məzunlar == Məzun rus inqilabçısı və Sovet İttifaqının qurucusu Vladimir Lenin idi. Məzunlar Rusiyanın baş nazirləri Pyotr Stolypin və Dmitri Medvedev, hazırkı prezident və Rusiyanın keçmiş Baş naziri Vladimir Putin və Litvanın keçmiş prezidenti Dahl Gribauskaite. Universitetin səkkiz məzunu Nobel mükafatı laureatlarıdır: İvan Pavlov (fiziologiya və tibb, 1904), İlya Mechnikov (fiziologiya və tibb, 1908), Nikolay Semenov (kimya, 1956), Lev Landau (fizika, 1962), Alexander Proxorov (fizika, 1964), Vasili Leontiev (İqtisadiyyat, 1973), Leonid Kantoroviç (İqtisadiyyat, 1975) və Joseph Brodsky (ədəbiyyat, 1987). Məzunlar Qriqori Perelman və Stanislav Smirnov fields medalı ilə təltif edildi.
Astroqraf
Astroqraf (azərb. astro+qraf‎) – Göy cisimlərinin fotoşəklini çəkmək üçün astronomik alət. XIX əsrin sonlarında göyün fotoqrafik müşahidəsinə başlanması və bunun üçün ixtisaslaşdırılmış alətlərə ehtiyacın yaranması astroqrafları teleskoplar içərisində xüsusi qrup kimi fərqləndirdi. Vizual müşahidələr aparılmadığından müasir astronomiyada alətlərin vizual müşahidə üçün və foto çəkilişlər üçün qruplara ayrılması əhəmiyyətini itirmişdir. Hazırda astroqraf teleskop növü kimi deyil, konkret çəkiliş aləti kimi istifadə olunur. Göy sferinin sutka ərzindəki hərəkətinin ardınca astoqrafın fırlanması dəqiq saat mexanizmi ilə yerinə yetirilir və ona gid (alətin optik boru suna paralel bərkidilmiş ikinci optik boru) vasitəsilə nəzarət olunur. Astoqrafın əsas xarakteristikası obyektivin, yaxud güzgünü fokus məsafəsi və alətin giriş dəliyidir. Göyün böyük sahəsindəki ulduzların, Yerin süni peyklərinin və s. foto şəklini çəkmək üçün genişbucaqlı, qısa fokuslu (fokus məsafəsi 1 m-ədək), daha dəqiq ölçmələr üçün isə fokus məsafəsi bir neçə (2–3,5) m olan astroqraflar tətbiq olunur. Çox dəqiq ölçmələr üçün ən uzun fokuslu (7–19 m) astroqraflar işlədilir.
Petrobras
"Petrobras" (port. Petróleo Brasileiro S.A.) — Braziliyanın ən böyük neft-qaz şirkəti Bu şirkət dünyanın ən çox gəlirə sahib 500 şirkətinin yer aldığı "Fortune Global 500" siyahısında 28-ci yerdədir. == Səhmləri == 60%-dən çox səhmləri Braziliya hökumətinə məxsus olan bu şirkətin digər səhmləri isə Nyu-York və San-Paulu birjalarında ticarətə çıxardılıb. "Petrobras" tarixə birjada birdəfəlik böyük dəyərli səhmlərin yerləşdirilməsi ilə düşmüşdür. Belə ki, 2010-cu ilin sentyabr ayında birjada onun 72,8 milyard dollar dəyərində səhmləri satılmışdır. == Okeanda fəaliyyəti == "Petrobras" şirkəti balinaların haqqlarını müdafiə edir, lakin bu onlara okeanda dərin quyular qazmağa mane olmur. == Faciələr == 16 avqust 1984-cü ildə şirkətin "Enchova Central Platform" üzən platforması Rio-de-Janeyro sahillərində qəzaya uğramışdır. Burada quyunun qəfil püskürməsi nəticəsində əvvəlcə partlayış, sonra isə yanğın baş vermişdir. İşçilərin əksəriyyəti evakuasiya edilmiş, lakin xilasetmə qayığı suya endirilərkən platformadan asılı qalmıdır. Bundan sonra 20 metrlik hündürlükdən dənizə çırpılan qayıqda 42 nəfər həlak olmuşdur.
Petroqlif
Petroqlif (Yunanca Petra – qaya və glyphein – oymaq) — qaya üzərində yonulmuş, cızılmış və ya boyamaqla düzəldilmiş arxeoloji rəsm sənətinə Petroqraf deyilir. Petroqlif, piktoqrafiya ilə qarışdırılmamalıdır. Petroqlifikaya aid olan ən gözəl nümunələrdən biri də Qobustan dövlət tarixi-bədii qoruğunda olan qayaüstü rəsmləridir. Azərbaycan qayaüstü təsvir abidələri arasında ən çox rast gəlinən zoomorf təsvirlərdən biri də öküz rəsmləridir. Qobustan, Abşeron , Kəlbəcər , Gəmiqaya abidələrində xeyli sayda öküz nümunələri var ki, bunlar da dövrlərə, işlənmə texnikasına və çəkilmə məqsədlərinə görə müxtəlifdirlər. Azərbaycan ərazisi ibtidai öküzlərin yaşaması üçün əlvərişli iqlim şəraitinə, zəngin qida ehtiyatına malik olmuşdur. Bunu Abşeron yarmadasının mərkəzində, Binəqədi yaxınlığındakı bitum yataqlarında aparılan qazıntılar zamanı geoloq Ə. S. Məstanzadə tərəfindən aşkarlanan ərazinin florası və faunası haqqında zəngin materiallar təsdiq edir. Binəqədi qır yatağından tapılmış heyvan sümükləri arasında Qobustan qayalarında təsviri olan, "Məstənzadə öküzü" adlanan öküz var. Tədqiqatçıların fikrincə, "Məstənzadə öküzü" buynuzlu heyvanların əcdadı olub, əhilləşdirilmiş bu növ heyvanlar da onun törəməsidir. Ehtimal olunur ki, bir vaxtlar burda şirin su yataqları bol olmuş, vəhşi heyvanlar, həmçinin ibtidai öküzlər bura su içmək üçün gəlmiş, qırlıqda "tələyə" düşüb batıb qalmışlar.
Arif Abbasov (etnoqraf)
Arif Abbasov (tam adı: Arif Akim oğlu Abbasov) — 22 dekabr 1937, Naxçıvan – 21 aprel 2005) tarixçi-etnoqraf. Tarix elmləri doktoru (1995), AMEA-nın müxbir üzvü (2001), general-mayor Akim Abbasovun oğludur. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti yanında təbiətşünaslıq və texnika tarixi elmi şurasının elmi katibi (1973–78), AMEA Tarix İnstitutunun direktor müavini və etno-sosioloji tədqiqatlat şöbəsinin rəhbəri (1978–93), 1993-cü ildən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru. == Həyatı == Arif Abbasov 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirmiş və Azərbaycan Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda elmi-tədqiqat işlərinə başlamış, bir müddət Moskvada keçmiş SSRİ Elmlər Akademiyasının Etnoqrafiya İnstitutunda təcrübə keçmişdir. Moskvadan qayıtdıqdan sonra o, Azərbaycan EA-nın Tarix İnstitutunun direktor müavini və etnososioloji tədqiqatlar şöbəsinin müdiri (1978–1993), Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru (1993–2005) işləmişdir. A. Abbasov 1974-cü ildə Azərbaycanın dağ-mədən sənayesi fəhlələrinin müasir məişət və mədəniyyəti mövzusunda namizədlik, 1995-ci ildə Azərbaycanın yeni şəhərlərinin həyat tərzi (etnososioloji tədqiqatlar üzrə) mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Professor A. Abbasovun müasir Azərbaycan etnoqrafiyasının inkişafında böyük xidmətləri olmuşdur. Azərbaycan etnoqrafiyasında bir çox problemlərin tədqiqi bilavasitə onun adı və elmi yaradıcılığı ilə bağlıdır. Alim monoqrafiyalarında və məqalələrində etnik xüsusiyyətlərin göstərilməsi ilə kifayətlənməmiş, həm də onların müəyyən sosial-iqtisadi şəraitdə perspektivlərini araşdıraraq müasir ictimai elmdə mühüm əhəmiyyət kəsb edən nəticələr əldə etmişdir. Tədqiqatları Azərbaycanda etnomədəni və etnososioloji proseslərin öyrənilməsinə həsr olunmuşdur.
Nikolay Aristov (etnoqraf)
Nikolay Aleksandroviç Aristov (rus. Николай Александрович Аристов; 1847 - 1910)—Rusiya etnoqrafı. == Həyatı == Nikolay Aleksandroviç Aristov 1847-cı ildə anadan olmuşdur. Araşdırmaları «Живая старина» jurnalında yayımlanmışdır. Elmi marağı etnologiyadır. «Заметки об этническом составе тюркских племен и народностей и сведения об их численности» adlı çalışması bu günə qədər aktuallığını saxlamışdır. Nikolay Aristov Yeddisu hərbi qubernatorunun köməkçisi vəzifəsində çalışmışdı (1881 — 1889). Nikolay Aristov 1883-cü ildən Rusiya Coğrafiya cəmiyyətinin üzvü idi. Nikolay Aristov 1910-cu ildə vəfat edib. == Elmi fəaliyyəti == Nikolay Aristov da «sak»/»saka» və onun təhrif edilmiş törəməsi sayılan «skif» kəlməsinin ilkin variantının məhz «sa» sözü olduğunu, «k» şəkilçisinin isə cəmlik bildirdiyini qeyd etmişdir.