Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Primorsk Diyarı
Primorski diyarı (rus. Приморский край) — Rusiya Federasiyası subyektlərindən biri. == Coğrafiya == Diyarın ərazisi 164.673 kvadrat kilometrdir . == Əhali == Rusiya Statistika Komitəsinin hesablamalarına əsasən 2018-ci il üçün diyarın əhalisinin sayı 1.913.037 nəfər təşkil edib.
Primorsk cərəyanı
Primorsk cərəyanı (Liman cərəyanı, və ya Şrenka cərəyanı) — Yapon dənizinin soyuq dəniz cərəyanlarından biri. == Hidroqrafiya == Primorsk cərəyanı Tatar boğazından başlayır. Xabarovsk və Primorsk diyarlarının sahili boyunca şimaldan cənuba doğru istiqamətdə hərəkət edir. Cərəyanın suları soyuqdur. Amur çayının mənsəbindən başladığından duzluğu azdır. Amur limanına kimi onun duğluğu 5-dən 15 ‰ qədər artır. Ancaq Soya cərəyanının bu arada düzluğu isə 33,8–34,5 ‰ təşkil edir. Cərəyanın güçü 1 km/s olur. Bəzi yerlərdə 2–2,5 km/s çata bilir. Cərəyanın eni 100 km, dərinliyi 50 metrdir Povorotnıy burnu yaxınlığında cərəyan iki qola ayrılır.
Primore (Monteneqro)
Primore — Monteneqronun bütün Adriatik sahili boyunca uzanan tarixi ərazi. Tarixi vilayət şimal-qərbdəki Kotor körfəzindən cənub-şərqdə Boyana çayının mənsəbinə qədər 230 km məsafədə uzanırdı. Çimərlik tətili üçün bir yer olmuşdur. Bardakı dəniz limanı, Bar - Belqrad dəmir yolu xətti, Tivat beynəlxalq hava limanı əsas nəqliyyat qovşağlarından biri idi. Orta əsr şəhərləri: Kotor, Budva və s. Yuqoslaviyanın yaranmasından əvvəl Monteneqro Primoresi, Monteneqro Krallığının bir hissəsi deyildi, əksinə Avstriya-Macarıstan İmperiyasının sərhədyanı bir bölgəsi olmuşdur. Sonda Sloven, Xorvat və Serb Dövlətinin bir hissəsi idi. == Tarixi == Orta əsrlərdə Monteneqro sahilləri Serbiya torpaqlarının bir hissəsi idi. XV əsrdə Albaniya Venetası adı altında Venesiyanın bir hissəsi olur. XVI əsrin sonlarında Venesiya Primorye ərazisinin çox hissəsini Osmanlı İmperiyasına verməyə məcbur olur.
Ruskiy adası (Primorsk diyarı)
Ruskiy adası — Vladivostok şəhərindən bir kilometr aralıda yerləşən və Vladivostok şəhər dairəsinin bələdiyyə quruluşunun bir hissəsini təşkil edən ada. Yapon dənizinin Böyük Pyotr körfəzində yerləşən bir adadır. İmperatrisa Evgeniya arxipelaqına daxildir. == Coğrafiya == Adanın sahəsi 97,6 km², uzunluğu təqribən 18 km, eni 13 km-dir. Ada sahillərində bir neçə buxta vardır. Onlardan ən böyüyü Novik buxtasıdır. Şimal-qərbdən cənub-şərqə qədər 12 km məsafədə dar bir qol şəklində uzanır və daxili nəqliyyat arteriyası əmələ gətirir. Bu buxta adanı iki qeyri-bərabər hissəyə bölür: Cənub-qərb (daha böyük) Sayornı yarımadası adlanan şimal-şərq (daha dar). === Coğrafi yerləşmə === Ruskiy adası Yapon dənizindəki Böyük Pyotr körfəzində, Vladivostokdan cənubda (şəhərin qitə hissəsi ilə ada arasındakı ən kiçik məsafə 800 metrdir). Vladivostokun böyük hissəsinin yerləşdiyi Muravyov-Amurski yarmadasından, Ruskiy Şərqi Bosfor boğazı ilə ayrılır.
Russki adası (Primorsk diyarı)