Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qısayol klavişi
Qısayol klavişi (shortcut,1. "Быстрая" клавиша,kısayol tuşu) – klaviaturada: ayrıca və ya başqa klavişlərlə birlikdə basıldıqda menyu bəndini seçən, yaxud müəyyən komandanı başladan klaviş, yaxud klavişlər kombinasiyası. Məsələn, mətn redaktorunda işləyərkən Ctrl + A kombinasiyası bütün mətni seçdirir. Bəzən belə klavişlər kombinasiyasını “qaynar” klavişlər, klaviatura qısaltmaları, “cəld” açarlar da adlandırırlar. Bax: ACCELERATOR KEY, HOT KEY. 2. Ярлык ~ kısayol ~ qısayol – obyektin, proqramın, yaxud komandanın göstəricisi olan və özündə əlavə informasiya saxlayan fayl. “Əlverişsiz” yerlərdə saxlanılan proqramları tez başlatmaq üçün çox zaman iş masasında onların qısayolları yaradılır. İş masasındakı simgənin faylın özünə, yoxsa qısayoluna məxsus olmasını simgənin aşağısındakı kiçik oxa görə bilmək olur. Qısayol faylının ölçüsü, adətən, onlarla baytdan yüzlərlə baytadək ola bilir. Ayrıca fayl olduğundan qısayol faylı ilə bağlı hər hansı dəyişiklik onun göstərdiyi obyektin özünə təsir etmir.
İşkyol gölü
İşkyol ( ərəb. بحيرة اشكل‎ ) — Tunisin şimalında, Afrikanın Aralıq dənizindəki ən şimal şəhəri olan Bizertadan 20 kilometr (12 mil) məsafədə yerləşən göl. İşkyol Milli Parkının göl və bataqlıq əraziləri hər il yüz minlərlə köçəri quş üçün vacib bir dayanma nöqtəsidir. Göl ziyarətçiləri arasında ördəklər, qazlar, leyləklər və qızılqazlar var. Gölün qidalandırıcı çaylarında bəndlərin qurulması gölün və bataqlıqların ekoloji tarazlığına böyük dəyişikliklər gətirmişdir. == Tarix == Bəndlər göllərə və bataqlıqlara şirin su axınını kəskin şəkildə azaltdığından, qamışlıqlar, cilkimilər və digər şirin su bitkiləri duzlu su bitkiləri ilə əvəzlənmişdir. Bu dəyişikliklər, əvvəllər mövcud olan bitkilərin qarışıqlığından asılı olan köçəri quş populyasiyalarında kəskin azalma yaradıb. UNESCO-nun verdiyi məlumata görə, Tunis hökuməti şirin suyun qorunması və duzluluğun azaldılması üçün bəzi addımlar atmış və göl 2006-cı ildə UNESCO-nun Təhlükədə olan Ümumdünya irsi siyahısından çıxarılmışdır. Lakin Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin bəzi hesabatlarına görə, duzluluq həddən artıq yüksək səviyyəyə çatmışdır və bərpa ehtimalı sürətlə yoxa çıxa bilər. == İşkyol Milli Parkı == İşkyol Milli Parkı Tunisin şimalında, Bizertadan 25 km cənub-qərbdə yerləşən Ümumdünya irsidir.
Sen-Mişel-de-Şayol
Sen-Mişel-de-Şayol (fr. Saint-Michel-de-Chaillol, oks. Sant Michèu) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Bonne-an-Şansor kantonuna daxildir. INSEE kodu — 05153. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 334 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını kənd təsərrüfatı və heyvandarlıq kimi qış turizmi təşkil edir. 2007-ci ildə əmək qabiliyyətli 228 nəfərin (15-64 yaş arasında) 162 nəfəri iqtisadi cəhətdən fəal, 66 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.1%, 1999-cu ildə 70.5%).