Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qalvaniz
Qalvaniz və ya Sinklənmə — 450-455 dərəcədə ərimiş sinkə batırılmış poladın örtülməsi prosesinə verilən addır. Sink dəmirlə güclü bağlar yaradaraq üç fazalı təbəqə əmələ gətirir. Xüsusilə korroziyaya qarşı həyata keçirilən bu proses hər cür hava şəraitində açıq havada işləyəcək metalların ömrünü uzatmaq üçün istifadə olunur. Sinklənmiş metalın səthi xromla örtülərsə, onun ömrü artacaqdır. Sinklənmə prosesindən sonra sinklənmənin mikron dəyərinə, materiala yapışması müvafiqliyinə, deşiklərdəki buruqlara, yaxud çapıqlara, uclardakı sinklənmiş çöküntülərə, bir-birinə yapışmış materiallara, çöküntü yapışmasına, örtülməmiş yerlərə və kül yapışmasına, həmçinin də ağ paslara diqqət yetirilməlidir. Dəmir materialı istehsal mərhələsində sinklənməyə müvafiq dizayn edilməlidir. İçi boş materiallarda sink giriş dəlikləri və təzyiqli çıxış delikləri xüsusilə vacibdir. Sinklənmə prosesi aşağıdakı kimidir. O, yağdan təmizləmə, durulama, aşındırma, yaxalama, flukslama, qurutma və örtülmə mərhələlərindən ibarətdir. Sinklənə bilən bəzi kiçik hissələr də mövcuddur.
Kalvinizm
Kalvinizm — Jan Kalvinin XVI əsrin əvvəllərində ortaya atdığı ideyalara əsasən yaratdığı xristianlıq cərəyanı. Bu dini inanc sistemi, ilk dəfə Cenevrədə, daha sonra isə Niderland, Şotlandiya, Almaniya və Fransada qurulan yeni kilsələrdə qəbul edilib. Bu məzhəb Fransada Nant fərmanı ilə qəbul edilmişdir. Kalvinizm ənənəvi dini baxışları deyil, ilk xristian baxışlarını əsas götürür. Protestantlığın kalvinizm məzhəbi dürüstlük və çalışqanlığa üstünlük verir. Bu, o dövrdə, məsələn Niderlandda yüksələn iqtisadiyyatı dəstəkləyən bir inanc şəkli idi. Kalvinə görə çalışqan, dürüst olan, dünya nemətlərindən uzaq dayanaraq ibadət edənlər rahiblər qədər tanrıya yaxındırlar və seçilmişlər qrupu sayıla bilərlər. Bərbəzəkli həyat sürmək, parlaq paltarlardan və ləl-cəvahiratdan istifadə etmək, rəqs etmək, sərxoş olmaq və tənbəllik bu dini inancda günah sayılır. Kalvinizm inancına görə insanlar qurtuluş üçün seçilmiş və seçilməmiş olaraq doğulurdular. İnanca görə, bu vəziyyəti dəyişmək mümkün deyildi.
Qalvanik element
Qalvanik element — kimyəvi reaksiyanın enerjisini elektrik enerjisinə çevirməyə imkan verən cihaz. Səthində oksidləşmə prosesi gedən elektrod anod adlanır. Oksidləşməyə mənfi yüklü ionlar məruz qaldığından (məhz onlar elektron verə bilir) mənfi yüklü ionlar anion adı almışdır. Səthində reduksiya prosesi gedən elektrod katod adlanır. Müsbət yüklü ionlar reduksiya olunduğundan (məhz onlar elektron qəbul edə bilər) kation adlanır. Dövrədən elektrik cərəyanının axması üçün aşağıdakı şərtlər ödənməlidir: 1) yüklü hissəciklərin (elektronların, ionların) olması; 2) potensiallar fərqinin olması (fəzaca ayrılmış müsbət və mənfi yüklərin olması ilə təmin olunur); 3) dövrənin qapalı olması. == Tarix == Müxtəlif metalların kontakt sərhədində elektrik cərəyanın meydana gəlməsi hadisəsi italyan fizioloqu, Bolonya Universitetinin (Bolonya şəh., İtaliya) tibb üzrə professoru olan Luici Qalvani tərəfindən 1786-cı ildə kəşf edildi. Qalvani mis qarmaqlara bərkidilmiş təzə qurbağaya polad neştərlə toxunduqda, onun arxa ayaqlarının əzələlərinin yığılma prosesini təsvir edir. Nəhayət o öz müşahidələrini "canlıların elektriklənməsi" şəklində şərh etdi. Qalvaninin təcrübələrilə yaxından maraqlanan italyan fiziki və kimyaçısı Alessandro Volta bu təcrübədə tamamilə yeni bir hadisəni — elektrik cərəyanının yarandığını gördü.
Luici Qalvani
Luici Qalvani (it. Luigi Galvani, 9 sentyabr 1737[…], Boloniya[…] – 4 dekabr 1798[…], Boloniya) — italyan həkimi, anatomist, fizioloq və fizik, elektrofiziologiyanın və elektrikin öyrənilməsinin banilərindən biri, eksperimental elektrofiziologiyanın banisi. O, əzələlərin daralması zamanı elektrik hadisələrini ilk dəfə öyrənmişdir (“heyvan elektriki”). Müxtəlif növ metallar və elektrolitlər təmasda olduqda potensial fərqin yaranmasını kəşf etmişdir. Qalvaninin nəzəri biliklərini praktikada tətbiq edənlərdən biri də onun qardaşı oğlu Covanni Aldini idi. O, əzələlərin daralması zamanı elektrik hadisələri ilə bağlı, daha doğrusu, edam edilmiş cinayətkarların cəsədləri üzərində təcrübələr aparmağa başladı.