Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qaradərili
Qaradərili və ya digər adları ilə zənci antropologiyada insanların təsnifləndirildiyi irq qruplarından biri. Bu anlayış yalnız müəyyən etnik qrupları deyil, ümumilikdə dəri rəngi qara olan bütün insanları xarakterizə edir. == Etimologiya == Zənci sözü dilimizə ərəb dilindən keçmişdir. Sözün kökü zənc dilimizə tərcümədə "qara" anlamını ifadə edir. Qaradərili insanlara daha çox təhqir və ya tabu kimi qəbul edilən "neqr" sözü isə latın dilindəki niger (qara) sözünün ispan və portuqal dillərinə keçmiş formasıdı. == Fiziki xüsusiyyətlər == Bu irqin ən önəmli xüsusiyyətlərindən biri dərilərinin yüksək miqdarda melanin piqmenti olduğuna görə tünd rəngli olmasıdır. Rəng çalarları tünd rəngdən nisbətən açığa doğru dəyişir. Dəridəki tər vəzlərinin çoxluğu istiliyin bədən hərarətini tənzimləməsinə kömək edir. Bədəndə çox az sayda tükə rast gəlinir. Saçlar əsasən qıvrımdır.
Qafqazda qaradərililər
Qafqazda yaşayan qaradərililər və ya Abxaziya qaradərililəri (gürc. შავკანიანი აფხაზები)- Abxaziyada mövcud olan azsaylı etnik qrup. Abxaziyanın ərazisində abxazlar, gürcülər və ruslardan ibarət etnik qruplar yaşayır. Lakin təxminən 100 il bundan əvvəl Hal-hazırda isə bu qrup Abxaziyanın əsas yerli əhalisi ilə qarışaraq assimilyasiyaya uğramışdır. Qafqaz qaradərililəri Kodor çayı boyunca yerləşən Çlou, Merkula, Aqdarra, Pokveş və əsasən Adzyubja kəndində yaşayırdılar. Onlar abxaz dilində danışır və özlərini abxaz adlandırırdılar. Aralarında müxtəlif dinlərə inanırdılar. Zəncilərin əksəriyyəti müsəlman, bəziləri xristian, yəhudi və bütpərəst idilər. Bu qaradərili qruplar haqqında müxtəlif fikirlər mövcuddur. Bir fərziyyədə ehtimal olunur ki, Abxaziyada yaşayan qaradərililərin əcdadları Osmanlı dövründə Abxaz knyazı Şervaşidzenin (Çaçbanın) öz plantasiyalarında işlətmək üçün qul bazarından aldığı bir neçə yüz qara qullardır.
Qaradərililər
Qaradərili və ya digər adları ilə zənci antropologiyada insanların təsnifləndirildiyi irq qruplarından biri. Bu anlayış yalnız müəyyən etnik qrupları deyil, ümumilikdə dəri rəngi qara olan bütün insanları xarakterizə edir. == Etimologiya == Zənci sözü dilimizə ərəb dilindən keçmişdir. Sözün kökü zənc dilimizə tərcümədə "qara" anlamını ifadə edir. Qaradərili insanlara daha çox təhqir və ya tabu kimi qəbul edilən "neqr" sözü isə latın dilindəki niger (qara) sözünün ispan və portuqal dillərinə keçmiş formasıdı. == Fiziki xüsusiyyətlər == Bu irqin ən önəmli xüsusiyyətlərindən biri dərilərinin yüksək miqdarda melanin piqmenti olduğuna görə tünd rəngli olmasıdır. Rəng çalarları tünd rəngdən nisbətən açığa doğru dəyişir. Dəridəki tər vəzlərinin çoxluğu istiliyin bədən hərarətini tənzimləməsinə kömək edir. Bədəndə çox az sayda tükə rast gəlinir. Saçlar əsasən qıvrımdır.
Azad Qaradərəli
Azad Qaradərəli — yazıçı, publisist, "Yazı" dərgisinin baş redaktoru. == Həyatı == Azad Qaradərəli 1954-cü ildə Zəngilan rayonunun Qaradərə kəndində doğulub. APİ-nin filologiya fakültəsini bitirib. Bir müddət müəllim işləyib. 1993-cü ildə Zəngilanın ermənilər tərəfindən işğalından sonra ailəsilə birgə Bakıda yaşayır. 1996-cı ildən 2012-ci ilin iyun ayına qədər Azərbaycan Teleradio Verilişləri QSC-də — radioda çalışıb. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində baş məsləhətçi vəzifəsində işləyib. Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsində dərs deyib. İlk nəsr kitabı 1987-ci ildə çap olunub. 2011-ci ildə nəşrə başlayan "Yazı" ədəbiyyat dərgisinin baş redaktorudur.
Qaravəlili
Yaşayış məntəqələri Azərbaycanda Qaravəlili (İmişli) — İmişli rayonunda kənd. İranda Qaravəlili (Meşkinşəhr) — Ərdəbil ostanının Meşkinşəhr şəhristanında kənd.
Qaravəlili (Balakən)
Qaravəli (Balakən)
Qaravəlili (Meşkinşəhr)
Qaravəlili (fars. قره ولي لو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 101 nəfər yaşayır (21 ailə).
Qaravəlili (İmişli)
Qaravəlili — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə İmişli rayonunun Qaravəlili kəndi Bəcirəvan kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qaravəlili kənd Soveti yaradılmışdır. == Əhalisi == Kənd əhalisinin sayı 1020 nəfərdir ki, onun da 502 nəfəri kişi, 518 nəfəri isə qadındır. === Tanınmış şəxsləri === Bəhram Saffan oğlu Zahidov — AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitunun direktorunun elmi işlər üzrə müavini, Hüquq elmləri doktoru, professor, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Şamaxı, Sabirabad və Xəzər (Əzizbəyov) rayonlarının sabiq prokuroru. Zahidov Nazim Asəf oğlu (Nazim Zahid) — rus dili müəllimi, şair, Azərbaycan Yazıçılar birliyinin üzvü. == Din == Kənddə "Şıxlar" məscidi dini icması fəaliyyət göstərir.
Qaravəlili bələdiyyəsi
İmişli bələdiyyələri — İmişli rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qarakeçili eli
Qarakeçili eli (kürd. Qeregêçî/Qergêçî, türk. Karakeçili) — Türkiyədə yaşayan türkmən və ya kürd tayfası. Əsasən kurmanc dili və ərəb dilində danışırlar. == Mənşəyi == Bəzi Osmanlı mənbələrində türkmən tayfası kimi, bəzilərində isə kürd kimi qeyd olunmuşdular. Kürd tayfalarının Mil və Zil adlı iki qola bölündüyünü bildirən Ziya Gökalpın fikrinə görə, Qarakeçili tayfası Zil qoluna aiddir. Osmanlı sultanı II Səlimin hakimiyyəti dövrünə aid sənədlərə görə, Qarakeçili tayfasının nümayəndələrinin çoxunun köçəri olduğu yazılmışdır. 1891-ci ildə Sultan II Əbdülhəmidin təşkil etdiyi Həmidiyyə alaylarında Qarakeçili tayfasının üzvləri də iştirak edirdilər. Elazığ və Tuncelidə ana dili türk dili olan və türk kimliyini daşıyan Qarakeçili tayfasının nümayəndələri var.