Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ölikoltık
Ölikoltık — Qazaxıstanın qərbində, Mangistau vilayəti ərazisində yerləşən şoranlıq ərazi. Şoranlıq Xəzərönü ovalığının şimal-şərqində yerləşir. 180 km uzunluğa, 80 km enə, 12 000 km². Myortvıy Kultuk körfəzində suyun səviyyəsinin enməsi nəticəsiində meydana gəlmişdir. Səthi kiçik duz qatı ilə örtülmüşdür. Nadir bitki örtüyünə malikdir. Ərazidə neft və qaz yataqları vardır:Boran-kul, Bozaşi, Kalamkas. Son araşdırmalar göstərir ki, dənizin səviyyəsinin qalxması ilə şoranlığın ərazisi azalır. == Ədəbiyyat == Оликолтык // Казахстан. Национальная энциклопедия.