Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rekoleta qəbiristanlığı
Rekoleta qəbiristanlığı — Argentinanın Boynes-Ayres şəhərində məzarlıq. == Ümumi məlumat == Bu qəbiristanlıqda Argentinanın çox sayda məşhur insanları dəfn olunub. Burada yerləşən məzarların bir çoxu tarixi abidə statusu alıb. Məzarlıqda həmçinin Argentinanın 2 dəfə prezidenti seçilmiş Xuan Peronun həyat yoldaşı Yeva Peron da dəfn olunub. Hər il Yeva Peronun məzarını ziyarət etmək üçün bu məzarlığa çoxlu turist gəlir. Turistlərin rahatlığını təmin etmək üçün məzarlıqda piyada ekuskursiyaları təşkil olunur.
Rekoleta Mədəniyyət Mərkəzi
Rekoleta Mədəniyyət Mərkəzi (ing. Recoleta Cultural Center) — Argentinanın Buenos Ayres şəhərində yerləşən sərgi və mədəni tədbirlər mərkəzi. Rekoleta Mədəniyyət Mərkəzi Argentina mədəniyyətinin simvoludur və Milli Tarixi Abidə elan edilib. Buenos Ayres şəhərinin Rekoleta məhəlləsində yerləşir. Burada heykəltəraşlıq və rəsm sərgiləri, eləcə də müxtəlif növ konsertlər, bədii tədbirlər, təqdimatlar və master klasslar keçirilir. 2006-cı ilin sentyabr/oktyabr aylarında burada Onedotzero festivalı uğurla keçirilmişdir. == Tarixi == Binada əvvəlcə Rekoletos rahiblərinin monastırı yerləşirdi. Sonra bir müddət xəstəxana və 1859-cu ildə xeyriyyə məkanı kimi xidmət göstərmişdir. Nəhayət, 1978-ci ildə Mədəniyyət Mərkəzi layihələndirildi və memarlar Jacques Bedel, Luis Benedit və Klorindo Testa orijinal quruluşu qoruyaraq lazımi islahatları həyata keçirdilər. == Fəaliyyəti == Rekoleta Mədəniyyət Mərkəzində 27 sərgi salonu, mikro kinoteatr, tamaşa zalı və amfiteatr var.