Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şah İsmayıl Xətainin heykəli
Şah İsmayıl Xətainin heykəli — Azərbaycanın paytaxtı Bakı şəhərində, Yusif Səfərov küçəsində yerləşən Şah İsmayıl Xətainin heykəli. == Tarixi == Heykəl 1993-cü ildə Bakıda ucaldılmışdır. Abidənin müəllifləri Azərbaycan heykəltaraşları, Azərbaycan SSR xalq rəssamı İbrahim Zeynalov və Zakir Mehdiyev, memarları isə P.Hüseynov, Q.Əliyev olub. Heykəl yüksək bədii-estetik dəyəri, plastik forma rəngarəngliyi və milli koloriti ilə seçilir. 2007-ci ilə Şah İsmayıl Xətai heykəlinin postamenti yenidən qurulmuş, abidə isə yenidən bərpa edilmişdir. 2017-ci ildə yol təmirinə görə abidənin yerinin dəyişdirilməsi düşünülsə də, nəticə etibarilə təmir zamanı abidəyə toxunulmadı. 2020-ci ildə isə heykəl Yusif Səfərov küçəsində Leyla Şıxlinskayanın klinikası ilə Mərkəzi Neftçilər Xəstəxanasının arasındakı əraziyə köçürüldü.