Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Türk qadın siyasətçilər
Müasir dövrdə Türkiyədəki qadınlar milli siyasətdə fəal iştirak edirlər və Türkiyə Böyük Millət Məclisində qadınların sayı son seçkilərdə daim artmaqdadır. == Tarixi == Birinci Dünya müharibəsi qurtardıqdan sonra Osmanlı İmperiyasının süqut etdikdən sonra 29 oktyabr 1923-cü ildə Türkiyə Cümhuriyyəti yaradıldı. Yeni yaradılan hökumət ilk dəfə olaraq qadınlara bir çox siyasi haqqlar verir. Osmanlı imperiyası dövründə şahzadələrin analarının, sultanların həyat yoldaşlarının düşüncələrinə xüsusi fikir verilirdi. Həmçinin onlar böyük nüfuza malik idilər, amma buna baxmayaraq onların qanuni olaraq mövqeləri təsdiqlənməmişdir. Yəni onların siyasi haqqı yox idi. Başqa sözlə desək xalqdan və ya hər hansı mövqeyə malik olan qadınlarda belə siyasətə qarışma haqqı mövcud deyildi. Qadınların siyasətdəki seçmə və seçilmə hüququ yenə də Osmanlı imperiyasının son dövrlərində verilməyə başladı. Nezihe Muhittin adlı bir qadın 1923-cü ildə iyun ayında Türkiyənin ilk qadın partiyasını qurdu. Həmin dövrdə Cumhuriyyət hələ tam elan edilməmiş, bu səbəbdən də onun heç bir hüquq və ya qanuni dayağı olmamışdır.
Qordon Vilson (Şotlandiya siyasətçisi)
Robert Qordon Vilson (ing. Robert Gordon Wilson; 16 aprel 1938, Qlazqo – 25 iyun 2017, Dandi) — Şotlandiya siyasətçisi və hüquqşünası. O, 1979–1990-cı illərdə Şotlandiya Milli Partiyasının (şmp) lideri və 1974-cü ildən 1987-ci ilə qədər Dandi-İsti təmsil edən parlament üzvü olmuşdur. O, 1983–1986-cı illərdə Dandi Universitetinin rektoru olmuşdur. == Əsərləri == SNP: The Turbulent Years 1960–1990, 2009. ISBN 9780951282076 Pirates of the Air: The Story of Radio Free Scotland, 2011 ISBN 9780951282083 Scotland: The Battle for Independence, 2014 ISBN 9780957228535 == İstinadlar == == Əlavə ədəbiyyat == Thomas A. W. Stewart, "'A disguised Liberal vote'? – third-party voting and the SNP under Gordon Wilson in Dundee during the 1970s and 1980s", Contemporary British History, vol. 33, no. 3 (2019), pp. 357–382.