Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Skabioza
Skabioza (lat. Scabiosa) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinə aid bitki cinsi. Keçmişdə skabiozanın yarpaqları ilə qoturluq xəstəliyini sağaldırdılar. Buna görə bu bitkinin adı yunancadan tərcümədə skabioza "qotur" deməkdir. Bitkinin təxminən 100-ə yaxın növü məlumdur ki, onlardan 12-si Azərbaycanda geniş yayılmışdır. Bu cinsə daxil olan növlər birillik, ikiillik və çoxillik qruplara bölünür. Bəzi növlər kolşəkillidir. Gülçülükdə əsasən 20 növdən istifadə olunur. Onların ikisindən parkların, bağların, ofis interyerlərinin bəzədilməsində geniş istifadə edilir. Tünd-qırmızı skabioza (S.atropurpurea) birillik növ kimi yetişdirir.
Qafqaz skabiozası
Qafqaz lomeloziyası (lat. Lomelosia caucasica) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin lomeloziya cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik bitkidir. Gövdəsi 20-60 (80) sm hündürlükdə, adətən tək, sadə, demək olar ki, çılpaq, çox vaxt yuxarı hissədə xırda tükcüklü, aşağı hissədə az saylı tükcüklüdür. Gövdə ətrafı yarpaqlar tam, uzun saplaqlı, dar lansetvari, lansetvari və ya uzunsov ellipsvari; gövdə yarpaqları oturaq, əsasında tam və ya iridişli və ya lələkvaridir. Başcıqlar tək, iri, çiçəkləmə dövründə diametri 3-8 (10) sm, uzun çiçək saplağındadır. Sarğı yarpaqcıqları lansetvari və ya uzunsovlansetvari, itiləşmiş, sıx qısa tükcüklüdür. Tacı mavi (bəzən ağ) və ya göy, içəridə boztükcüklü, ikidodaqlıdır. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında subalp və alp qurşağında yayılmışdır. Çəmənlərdə bitir.
Scabiosa

Skalioz
Skolioz (yun. σκολιός — "əyri", lat. scoliōsis) — onurğa sütununun əyriliyi. Skolioz xəstəliyi xüsusən gənc və yeniyetmə yaşlarında özünü daha qabarıq büruzə verdiyindən bəzən insanlarda kompleks halına gəlir. Əyriliklər əsasən döş və bel nahiyələrində müșahidə olunur. Xəstəliyin proqressiv inkişafı onurğa sütununun və döş qəfəsinin nəzərə çarpacaq dərəcədə deformasiyasına gətirib çıxarır. Bu isə inkişaf edən orqanizmdə bir sıra orqan və sistelərin patoloji dəyişikliklərinə səbəb olur. Skolioz xəstəliyinin (əyilmə bucağı 10 dərəcədən artıq) ümumi yayılma tezliyi 2–3%, 6–14 yaşlı uşaqlar arasında 0,5%, 12–14 yaşlı yeniyetmələr arasında isə 1,2% təşkil edir. Yeniyetnəlik dövrünün idiopatik skoliozu ən çox 10–14 yaş dövründə təsadüf edir. Xəstəlik oğlan uşaqlarına nisbətən qız uşaqlarında daha çox müşahidə olunur.
Scabiosa atropurpurea
Scabiosa atropurpurea (lat. Scabiosa atropurpurea) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin skabioza cinsinə aid bitki növü.
Scabiosa caucasica
Qafqaz lomeloziyası (lat. Lomelosia caucasica) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin lomeloziya cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik bitkidir. Gövdəsi 20-60 (80) sm hündürlükdə, adətən tək, sadə, demək olar ki, çılpaq, çox vaxt yuxarı hissədə xırda tükcüklü, aşağı hissədə az saylı tükcüklüdür. Gövdə ətrafı yarpaqlar tam, uzun saplaqlı, dar lansetvari, lansetvari və ya uzunsov ellipsvari; gövdə yarpaqları oturaq, əsasında tam və ya iridişli və ya lələkvaridir. Başcıqlar tək, iri, çiçəkləmə dövründə diametri 3-8 (10) sm, uzun çiçək saplağındadır. Sarğı yarpaqcıqları lansetvari və ya uzunsovlansetvari, itiləşmiş, sıx qısa tükcüklüdür. Tacı mavi (bəzən ağ) və ya göy, içəridə boztükcüklü, ikidodaqlıdır. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında subalp və alp qurşağında yayılmışdır. Çəmənlərdə bitir.
Scabiosa ochroleuca
Scabiosa ochroleuca (lat. Scabiosa ochroleuca) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin skabioza cinsinə aid bitki növü.
Scabiosa stellata
Scabiosa stellata (lat. Scabiosa stellata) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin skabioza cinsinə aid bitki növü.