Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dead by Daylight
Dead by Daylight — Kanada oyun studiyası "Behaviour Interactive" tərəfindən hazırlanmış onlayn survival horror videooyunu. Oyunda beş oyunçu iştirak edir, dörd oyunçu sağ qalanlar rolunu, bir oyunçu isə qatil rolunu öz üzərinə götürür. Sağ qalanlar generatorları təmir edərək qatil tərəfindən yaxalanmadan çıxış qapılarından qaçmaq üçün birlikdə işləyirlər. Qatil onları tutub başqa bir aləmin varlığına qurban verməyə çalışır. Oyun ilk dəfə 2016-cı ildə Windows üçün buraxılmışdır. Bundan bir il sonra 2017-ci ildə PlayStation 4 və Xbox One üçün yayımlanıb. Oyun Nintendo Switch üçün 2019-cu ildə, Android, iOS, PlayStation 5, Stadia və Xbox Series X/S üçün isə 2020-ci ildə buraxılmışdır. Oyunun Steam Deck üçün versiyası 2023-cü ildə işıq üzü görüb. Oyun bu günə kimi 50 milyondan çox oyunçu yığmağı bacarmışdır. Hazırda Blumhouse Productions və Atomic Monster tərəfindən "Dead by Daylight" əsasında filmin çəkilməsi planlaşdırılır.
Livin' in the Sunlight, Lovin' in the Moonlight
"Livin' in the Sunlight, Lovin' in the Moonlight" — Al Şerman və Al Luis tərəfindən 1930-cu ildə Moris Şevalyenin baş rolda oynadığı "The Big Pond" filmi üçün yazılmış məşhur mahnı. 22 mart 1930-cu ildə Binq Krosbi və Pol Vaytmen Orkestri bu mahnının məşhur kaver versiyasını da yazdılar. Mahnı günün çartlarında 16-cı mövqedə qalmağı bacardı. Berni Kamins və onun Orkestrı da 1930-cu ildə mahnı ilə uğur qazanmış və onların versiyası 20-ci pillədə qərarlaşmışdı. El Boulli mahnını Les Allen ilə 17 oktyabr 1930-cu ildə səsyazı studiyasında yazdırmışdı. Britaniyadan gələn başqa kaver versiyanın müəllifləri iki qardaş Bob və Alf Pirson idi. 1968-ci ildə "Tiny Tim" bu mahnının kaver versiyasını buraxdı. Mahnının bu qeyri-adi ukulele versiyası Süngər Bob Kvadrat Şalvarın "Köməkçi axtarılır" pilot epizodunda istifadə edilmiş və yenidən populyarlaşmışdır. 2008-ci ilin yanvarında "American Idol" müsabiqəsinin iştirakçısı Sara Vitaker mahnı ilə çıxış etmişdi. Valve əvvəlcə "Team Fortress 2" adlı sinif əsaslı çox oyunçulu oyununun "Meet the Pyro" treylerində Tiny Tim versiyasını istifadə etməyi düşünsə də, nəticədə son qərarı "The Lovin' Spoonful"-un "Do You Believe in Magic" adlı mahnısı oldu.