Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Təkdənli buğda
Təkdənli buğda (lat. Triticum monococcum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin buğda cinsinə aid bitki növü. == Statusu == Çox nadir növdür. == Yayılması == Şuşakənd, Topxana ətrafında və Laçın, Şuşa, İsmayıllı, Yardımlı rayonlarında rast gəlir. Azərbaycandan kənarda – Krım, Ermənistan, Balkan yarımadası və Ön Asiya. == Bitdiyi yer == Quru, çınqıllı, gilli, qumlu yamaclar, az münbit torpaqlarda. == Ehtiyatı == Azdır. Tək-tək, bəzən qrup halında rast gələn sahələri məlumdur. == Çoxalması == Toxumla çoxalır. == Ehtiyatının dəyişilməsi səbəbləri == Ərazidən təsərrüfat üşün istifadə etdikdə asanlıqla yox ola bilər.