Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şəcərəyi-tərakimə
Əbülqazi Bahadır xan (1603–1663) — Xivə xanı, tarixçi, şair. == Həyatı == Urgənc hökmdarı Ərəb Məhəmməd xanın oğlu, 1643-cü ildə Aral özbəklərinin, 1644-cü ildən isə Xivənin xanı olmuşdur. Əbülqazinin "Şəcərəyi tərakimə" (1659) və "Şəcərəyi türk" (1663) əsərlərində bir sıra türk xalqlarının tarixi haqqında qiymətli məlumat, həmçinin xalq əfsanələri, rəvayətlər, atalar sözü və s. verilmişdir. == Ədəbiyyat == Родословная туркмен. Пер. А. Г. Туманского. Асхабад, 1897. Родословное древо тюрков. Пер.
Təlatüm (film, 2006)
== Məzmun == Filmdə hadisələr 1993-cü ildə baş verir. Telefilm orijinal formada başlayır. Törətdikləri cinayət əməllərinə görə məhkəmənin hökmü ilə cəza çəkənlər dövlət başçısının verdiyi ilk əfv fərmanından sevinirlər. İkinci dəfə həbsxana taleyi yaşayan Kamil Şabanov (Əjdər Həmidov) deyir: "Heç inana bilmirəm ki, bu gün azadlığa çıxıram... Doğrudan da, bağışlamaq qəlbin böyüklüyüdür". Məhbus-aktyorun tərəf-müqabili isə onun sevincini kədərə çevirmək istəyir: "Çıxıb neyləyəcəksən, onsuz da tezliklə yanımıza qayıdacaqsan. Bura artıq sənin doğma evindir". Lakin Kamil həvəsdən düşmür. O, həbsxananın dəmir qapısından çıxanda sanki işıqlı dünyanı təzəcə görür. İllər boyu intizar çəkən ana (Şəfiqə Qasımova) balasını köksünə sıxır, onun üzünə, saçlarına sığal çəkir.
Ne mutlu Türküm diyene
Ne mutlu Türküm diyene — Türkiyə dövlətinin əsas prinsiplərindən biri, təhsil sahəsində istiqamət verici ideoloji ifadə. İlk dəfə olaraq 1933-cü ildə 10-cu il nitqində Mustafa Kamal Atatürk tərəfindən səsləndirilmişdir. Atatürkçülükün əsas devizi hesab olunur. Sonradan, 1972-ci ildən Türkiyə Təhsil Nazırliyi tərəfindən şagird andına daxil edilmişdir. 2013-cü ildən isə bu and ləğv edilmişdir.
Terbium
Terbium (Tb) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 65-ci element.
Bulbophyllum toranum
Bulbophyllum toranum (lat. Bulbophyllum toranum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Negundo texanum
Amerika ağcaqayını (lat. Acer negundo) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amеrikada, Yеni Mеksikada, Şərqi Arizоnada dağlıq sahələrdə yayılıb. == Botaniki təsviri == Hündürlüyü 25 m, gövdəsinin diamеtri 1 m-ə qədər оlan sеyrək çətirli ağacdır. Gövdəsinin qabığı bоz, cavan budaqları göyümtül-yaşıl rəngdədir. Yarpaqları 3-5, bəzi hallarda 7-9 ədəd yarpaqcıqdan ibarət оlub, tək lələkşəkillidir. Yarpaqcıqları yumurtavari, еllipisvari, nеştərvari, kənarları dişli, dilimli və ya tamkənarlıdır, qaidəsi dairəvi və ya nizəvaridir, uzunluğu 5-13 sm, еni 2,5 sm-dir. Yarpaqlar hər iki tərəfdən tükcüklərlə örtülü оlur, sоnradan isə çılpaqlaşır. Bitki ikiеvlidir, yarpaq açmazdan qabaq çiçəkləyir. Çiçəkləri yarpaq tumurcuqlarının hər iki tərəfində yеrləşmiş хüsusi çiçək tumurcuğundan inkişaf еdir.
Sedum ternatum
Sedum ternatum (lat. Sedum ternatum) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin dovşankələmikimilər fəsiləsinin sedum cinsinə aid bitki növü.
Solanum ternatum
Solanum ternatum (lat. Solanum ternatum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. == Sinonimləri == Solanum dendrophilum Bitter Solanum diffusum Ruiz & Pav. Solanum diffusum var. miozygum (Bitter) J.F.Macbr. Solanum diffusum ssp. miozygum Bitter Solanum feddei Bitter Solanum moritzianum Bitter Solanum semievectum Bitter Solanum semiscandens Bitter Solanum subquinatum Bitter Solanum ternifolium Werderm.
Theatrum Orbis Terrarum
Theatrum Orbis Terrarum — ilk müasir atlasın prototipi. Gillis Hoftmanın təkidlə dəstəklədiyi və Antverpendə 20 may 1570-ci ildə çap edilmiş tarixdə dünyanın ilk müasir coğrafi atlası idi. Orteli atlasına bəzən XVI əsr kartoqrafiyasının xülasəsi deyilirdi. == Məzmunu == "Yer kürəsinin mənzərəsi" adlanan bu atlas həmin dövr üçün mövcud olan coğrafi bilikləri özündə dəqiq əks etdirirdi. "Тhеаtrum orbis terrarum" (lat. "Yer kürəsinin mənzərəsi") adlanan bu atlas həmin dövr üçün mövcud olan coğrafi bilikləri özündə dəqiq əks etdirirdi. Yüz il ərzində o dənizçilər üçün əvəzedilməz rol oynadı. Orteiusun atlası kartoqrafiyanın inkişafında böyük rol oynayıb. “Teatrum Orbis Terrarum” atlası 20 may 1570-ci ildə Abraam Orteli tərəfindən çap edilmişdi. Atlasın original nəşri kartoqraflar tərəfindən hazırlanan 70 xəritədən və izahlı mətnlə birlikdə 53 səhifədən ibarətdir.
Terak (Averon)
Terak (Averon) (fr. Tayrac, oks. Tairac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Salveta-Perales kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12278. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 95 km şimal-şərqdə, Rodezdən isə 32 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 172 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 98 yaş arasında (15-64 yaş arasında) 64 nəfər İqtisadi cəhətdən fəal, 34 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 65.3%, 1999-cu ildə 66.7%).
Vyanada terakt (2020)
Vyanada terakt — 2 noyabr 2020-ci il tarixdə, Avstriyanın paytaxtı Vyana şəhərində altı fərqli yerdə çoxsaylı silahlı şəxslərin iştirakı ilə davam edən bir sıra terror hadisələri. Terakt nəticəsində terrorçulardan biri də daxil olmaqla bir neçə nəfər həlak olmuş, biri polis məmuru olmaqla bir neçə şəxsin yaralandığı bildirilmişdir. Bu, 2015-ci ilin noyabr ayında Paris şəhərinə edilən hücumlardan sonra Avropada ilk koordinasiyalı silahlı hücum idi. == Terakt == Hücumlar yerli vaxtla saat 20:00 radələrində, Avstriyanın paytaxtı Vyana şəhərindəki Şvedenplatsda silahlı bir adamın vətəndaşlara atəş açması ilə başladı. Terror hücumu bazar ertəsi günü Avstriyada yerli vaxtla gecə yarısından 06:00-a qədər komendant saatı daxil olmaqla yeni COVID-19 məhdudiyyətləri qüvvəyə mindiyi üçün ölkə daxilində karantin rejiminin gecə yarısı başlamasından bir neçə saat əvvəl gerçəkləşdi. Bu, hazırda Avropada COVID-19 infeksiyasının yayılmasına mane olmaq üçün tətbiq olunan bir neçə məhduriyyətdən biridir. Daha sonra bir neçə dəfə atəş açıldı. Qaçan digər terrorçular barədə məlumatlar qeyd olunur. Atışmada bir terrorçu da daxil olmaqla ən azı səkkiz nəfər öldü. Yerli "Kurier" qəzeti bir terrorçunun Vyananın mərkəzindəki yəhudi məhəlləsindəki kafe və barların kənarında oturan insanlara təsadüfi formada atəş etdiyini bildirir.
Zaxoda terakt (1995)
Zaxoda terakt — 27 fevral 1995-ci ildə, səhər saat 8:18-də İraqda, Kürdüstan regionunda, Dəhuk mühafəzəsində, Türkiyə sərhədindən 19 kilometr (12 mil) məsafədə yerləşən Zaxo şəhərində bombalı maşının partlaması. Bu, insidentdən doqquz ay əvvəl başlayan İraq Kürdüstanında vətəndaş müharibəsi zamanı baş vermişdir. Bomba 150 kiloqram (330 funt) çəkidə dinamitdən hazırlanmışdır. Avtomobil (taksi) çoxlu ziyarətçisi olan bazarda yerləşən çayxananın önündə partlamışdır. Terakt zamanı 100 nəfər həlak olmuş, 150 nəfər yaralanmışdır.
Acer californicum var. texanum
Amerika ağcaqayını (lat. Acer negundo) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amеrikada, Yеni Mеksikada, Şərqi Arizоnada dağlıq sahələrdə yayılıb. == Botaniki təsviri == Hündürlüyü 25 m, gövdəsinin diamеtri 1 m-ə qədər оlan sеyrək çətirli ağacdır. Gövdəsinin qabığı bоz, cavan budaqları göyümtül-yaşıl rəngdədir. Yarpaqları 3-5, bəzi hallarda 7-9 ədəd yarpaqcıqdan ibarət оlub, tək lələkşəkillidir. Yarpaqcıqları yumurtavari, еllipisvari, nеştərvari, kənarları dişli, dilimli və ya tamkənarlıdır, qaidəsi dairəvi və ya nizəvaridir, uzunluğu 5-13 sm, еni 2,5 sm-dir. Yarpaqlar hər iki tərəfdən tükcüklərlə örtülü оlur, sоnradan isə çılpaqlaşır. Bitki ikiеvlidir, yarpaq açmazdan qabaq çiçəkləyir. Çiçəkləri yarpaq tumurcuqlarının hər iki tərəfində yеrləşmiş хüsusi çiçək tumurcuğundan inkişaf еdir.
Acer negundo var. texanum

Acer pseudoplatanus var. ternatum
Çinaryarpaq ağcaqayın — Sabunağacıkimilər fəsiləsinə aid bitki növü. == Təbii yayılması == Rusiya, Qərbi Avropa, İspaniya, Şimali Portuqaliya, Balkan ölkələri, Kiçik Asiya, Türkiyə, Ukrayna, Moldova və Baltikayanı ölkələrdə arealı vardır. == Sinonim == Acer abchasicum Rupr. Acer atropurpureum Dippel Acer bohemicum C.Presl ex Opiz. [Invalid] Acer dittrichii Ortm. Acer erythrocarpum Dippel Acer euchlorum Dippel Acer fieberi Opiz [Invalid] Acer hybridum Bosc Acer majus Gray Acer melliodorum Opiz Acer montanum Garsault [Invalid] Acer opizii Ortmann ex Opiz. Acer opulifolium Thuill. Acer procerum Salisb. Acer pseudoplatanus var. acuminatum Tausch Acer pseudoplatanus f.
"Krokus Siti Holl"da terakt
"Krokus Siti Holl"da terakt (rus. Теракт в «Крокус Сити Холле») — 22 mart 2024-cü il tarixində, saat 20:00 MSK (UTC+3) radələrində Moskvanın qərb kənarında yerləşən Rusiyanın Krasnoqorsk şəhərindəki Crocus City Hall musiqi salonuna koordinasiyalı hücum hadisəsi. Bir neçə silahlı şəxs məkana toplaşan insanlara kütləvi atəş açıb və məkanı yandırmaq üçün yandırıcı vasitələrdən istifadə edib. Hücum 2004-cü ildə Beslanda terror aktından sonra Rusiyada ən qanlı terror aktı olmaqla, ən azı 144 nəfərin ölümü, 360-dan çox insanın yaralanması ilə nəticələnib. Rusiya Xarici İşlər Nazirliyi hadisəni terror aktı adlandırıb. Hücumdan qısa müddət sonra Amaq Xəbər Agentliyinin Telegram kanalı vasitəsilə yayılan bəyanatda İslam Dövlətinin Cənubi-Mərkəzi Asiyada yerləşən regional qolu olan İslam Dövləti – Xorasan Vilayəti (İD-XV və ya İŞİD-X) məsuliyyəti öz üzərinə götürüb. Rusiya dövlət mediası və prezident Vladimir Putin də daxil olmaqla rəsmilər hücumda Ukraynanın əli olduğunu iddia edir, Ukrayna bunu tamamilə təkzib edir. Martın 23-də İD-XV hücumçuların fotolarını və hücumla bağlı tam hesabatı yayımladı. Daha sonra, həmin gün Amaq Xəbər Agentliyi qurbanların güllələnməsini və boğazlarının kəsilməsini əks etdirən video yayımlayıb. Rusiya prezidenti Vladimir Putin hücumu "barbar terror aktı" adlandırıb və silahlı şəxslərin həbs olunduğunu bildirib.