Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İlyas Topsakal
İlyas Topsakal (1970, Samsun ili) — alim-professor və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == İlyas Topsakal 1970-ci ildə Samsun ilində anadan olub. Ərciyəs Universiteti İlahiyyat Bölməsindən məzun olub. Mərmərə Universitetində magistr və PhD dərəcələri alıb. İngiltərənin Redinq Universiteti Tarix Bölməsində Rusiya tarixi mövzusunda araşdırmalar aparıb. 2012-ci ildə dosent, 2017-ci ildə isə professor elmi adları alıb. İstanbul Universiteti Ədəbiyyat Bölməsində Kafedra müdiri vəzifəsində çalışıb. 2023-cü ildə MHP namizədi olaraq Samsun ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Milli Təhsil, Mədəniyyət, Gənclər və İdman Komissiyasının üzvü vəzifəsində təmsil olunub. İngiliscə, rusca və ərəbcə bilir.