Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Osmanlının Qacar torpaqlarını işğalı (1915-1918)
Birinci Dünya müharibəsi illəri zamanı Osmanlı imperiyasının açtığı İran cəbhəsində neytral Qacar ərazilərinin Osmanlı tərəfindən işğala məruz qalması — Osmanlının Qacar torpaqlarını işğalı (1915–1918) adlanır. == Neytral Qacar imperiyasının işğalı == İran cəbhəsi — Osmanlı İmperiyası, Britaniya İmperiyası və Rusiya İmperiyası arasında o zaman neytral Qacar imperiyasının müxtəlif bölgələrində 1914-cü ilin dekabrında başlayan bir sıra hərbi münaqişələr idi. Müharibədə yerli qacar qoşunları da iştirak edirdi. Münaqişə İran üçün dağıdıcı təcrübə idi, əsasən 1917–1919-cu illər arasında İngiltərə və Rusiyanın hərəkətlərinin təsiri ilə İranda baş verən aclıq səbəbindən 2 milyondan çox iranlı mülki şəxs həlak olub. Qacar ​​hökumətinin I Dünya Müharibəsi zamanı və dərhal sonra ölkənin suverenliyini qoruyub saxlamaması 1921-ci ildə dövlət çevrilişinə və Rza şahın Pəhləvi sülaləsini qurmasına səbəb oldu. == Osmanlının hücumu == 7 fevral 1915-ci ildə Osmanlı tərəfindən Amarra yaxınlığına hücum edildi.12 Apreldə isə İraqdan İslamabad Qərb üzərinə hücum edildi. Aprelin 28-i Qacarlar şəhərin nəzarətini yenidən ələ keçirib Osmanlı qüvvələrini sərhədə qədər qovdu. Lakin Mayın 1-indən 7-sinə qədər Osmanlılar Quhdəşt, İlam, Cəvanrud, Kamyaran, İslamabad Qərb və Kirmanşahı tutdu. Aylar sonra isə Avqustun 1-indən 6-sına qədər Qacarlar Osmanlı tərəfindən işğal olunmuş şəhərləri geri aldı. Osmanlının cavabı isə Noyabrın sonu, Dekabrın 1-ində böyük bir hücum olmuşdu.